Terror təşkilatı İŞİD-lə bağlı şok iddia ortaya atılıb. İddiaya görə, MOSSAD İŞİD yaraqlılarına təlim keçir. Bunu Rusiya prezidenti Vladimir Putinin köməkçilərindən Aleksandr Proxanov deyib. Baki-xeber.com xəbər verir ki, İranın Press TV kanalına açıqlama verən Aleksandr Proxanov İŞİD rəhbərliyinin MOSSAD tərəfindən öyrədildiyini iddia edib.
Onun sözlərinə görə təşkilat rəhbərliyi MOSSAD tərəfindən kəşfiyyat mövzusunda öyrədilir. Proxanov ayrıca İŞİD-in silahlı qruplarının da MOSSAD-dan hərbi təlim aldığını da iddia edir.
Rusiya rəsmisi İŞİD-in ABŞ-ın Orta Şərq siyasətinin məhsulu olduğunu deyir: "İŞİD ABŞ-ın əlində olan bir vasitədir. ABŞ, Avropaya, əgər biz müdaxilə etməsək İŞİD sizə zərər verər deyir".
Proxanovun iddiasına görə, İŞİD-in ana hədəfləri isə Rusiya və İrandır: "Onlar ötən günlərdə Çeçenistanda bizə hücum etdilər. Ayrıca onların ideologiyasında İranda ya da Yaxın Şərqdəki digər müsəlman ölkələrdəki İslami qaydalarla əlaqəli bir şey yoxdur".