Fələstinli nazir Ziyad Əbu Ein İsrail əsgərləri ilə fələstinlilər arasında toqquşma zamanı ölüb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Fələstinin Qərbi Şəriyə ərazisində baş verib.
İsrail hərbçiləri ilə qarşıdurma zamanı vəziyyəti pisləşən Z. Əbu Ein təcili tibbi yardım maşını ilə Ramallah xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Hadisənin təfərrüatları barədə geniş məlumat verilmir.