Bazar günü günü, 29 noyabr 2026
     

Ən böyük dünya bankı neft ixrac edən ölkələrə bəd xəbər verdi

Image


Dünya neft bazarında bu məhsulun hələ də dəyər itirməsi davam edir. Məsələnin maraq doğuran tərəfi isə neftin qiyməti ilə bağlı yeni təhlükəli proqnozların verilməsidir. Son məlumatlara görə, neft bazarında təklif bolluğunun davam etməsi üzündən "qara qızıl" beş ilin ən aşağı səviyyəsinə düşüb. "Brent" markalı neftin qiyməti artıq 65 dollar həddinə enib.
Bu, 2009-cu ildən bəri ən aşağı qiymət hesab olunur. Küveyt neft şirkətinin prezidenti Nizar əl-Adsani bildirib ki, qarşıdakı minimum 6 ay ərzində dünya bazarında neftin qiyməti 65 dollar ətrafında olacaq: "Hələ 6 və ya 7 ay neftin qiyməti 65 dollar ətrafında olacaq". Şirkət rəhbərinin sözlərinə görə, neftin qiyməti yalnız o zaman artacaq ki, OPEK hasilat siyasətinə yenidən baxsın və dünyanın iqtisadi perspektivləri aydınlaşsın. Onun fikrincə, neftin qiymətinə geosiyasi münaqişələr də təsir edəcək.
Belə bir vaxtda dünyanın ən böyük sərmayə bankı "Morgan Stanley" neft ixrac edən ölkələrə bəd xəbər verib. Bank son hesabatında 2015-ci ildə "qara qızıl"ın barrelinin 43 dollar təşkil edəcəyini bildirib. Qeyd edib ki, sürətli enişin kökündə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) istehsal həcmini azaltmaması dayanır. Bundan əlavə, "Morgan Stanley" iddia edir ki, neft qiymətinin aşağı olması sərmayələrə mənfi təsir edəcək. Banka görə, neft qiymətləri 2015-in ilk rübündə 57 dollara qədər düşəjək. Bunun ardınca qiymətlərin ikinci rübdə 43 dollar səviyyəsinə qədər geriləyəcəyi proqnoz edilir. Hesabatda gələn ilin üçüncü rübündə neftin barrelinin qiymətinin 48 dollar, dördüncü rübündə isə 65 dollar olacağı nəzərdə tutulub. Həmçinin hesabatda neft qiymətlərinin uzun müddət aşağı qalmasının sərmayələri azaldacağına, bunun isə 2017 və 2018-ci illərdə bazarlarda daha az neft təklifinə səbəb olacağına diqqət çəkilib. Təklifin düşməsilə 2017-ci il üçün neftin barrelinin qiymətinin 75 dollar olacağı, hətta qiymətlərin 115 dollara qədər yüksələ biləcəyi qeyd edilib. Hesabatda 2018-ci ildə isə qiymətlərin ən aşağı 80, ən yüksək 120 dollar ola biləcəyi qeyd edilib. Beləliklə, hesabatdan görünür ki, gələn il ərzində neftin qiyməti 43-57 dollar arasında dəyişəcək. Bu da Azərbaycan üçün məqbul deyil. Məsələ burasındadır ki, Azərbaycan büdcəsində neftin qiyməti gələn il üçün 90 dollardan götürülüb. Lakin neftin qiyməti "Morgan Stanley"nin dediyi həddə dəyişsə, ölkəmiz üçün ciddi problemlər meydana çıxacaq. Cari il üçün isə heç bir problem yoxdur. İqtisadçı ekspert İlham Şabana bu xüsusda bildirir: "Dekabr ayında hətta neftin orta qiyməti 60 dollardan bir qədər aşağı düşsə belə, Azərbaycan hökuməti ümumən qarşısında duran proqnoz göstəricilərini tam şəkildə yerinə yetirmiş olacaq".
Ekspertin fikrincə, neftin qiymətinin ilin ikinci yarısından sürətlə düşməsi faktiki olaraq büdcədə hiss edilməyəcək: "Neftin qiymətinin düşməsinin Azərbaycana təsirindən danışarkən biz iki məsələyə diqqət yetirməliyik: azalmanın Neft Fonduna və büdcəyə mənfi təsiri. Bu ilin büdcəsində neftin orta ixrac qiyməti 100 dollardan proqnoz edilib. Və 11 ayın yekunlarına görə, Neft Fondunun yaydığı məlumata əsasən, Azərbaycan neftinin orta ixrac qiyməti 105,6 dollar təşkil edib. Bu o deməkdir ki, dekabr ayında hətta neftin orta qiyməti 60 dollardan bir qədər aşağı düşsə belə, Azərbaycan hökuməti ümumən qarşısında duran proqnoz göstəriciləri tam şəkildə yerinə yetirmiş olacaq. Neft sektorundan alacağı proqnoz tam şəkildə yerinə yetiriləcək. Ancaq bir şeyə diqqət çəkmək istərdim ki, artıq ilin 10 ayında Dövlət Neft Şirkətinin büdcə qarşısında ödəmələri ötən ilin müvafiq dövrü ilə müqayisədə 18%-dən çox yerinə yetirilmişdi, yəni SOKAR illik planı faktiki doldurmuşdu. Neft Fondundan büdcəyə transfertlər isə stabildir, burada bir problem yoxdur. Ona görə də bu il üçün neftin qiymətinin ilin ikinci yarısından sürətlə düşməsini faktiki olaraq büdcə hiss etməyəcək".
Məsələ ilə bağlı BP şirkəti də mövqeyini açıqlayıb. "BP-Azerbaijan"ın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirir ki, dünya neft bazarında son aylar müşahidə olunan qiymət böhranı BP şirkətinin yalnız gələcək layihələrinin icrasına mənfi təsir göstərə bilər. Onun asözlərinə görə, BP-nin hazırda Azərbaycanda icrasına başlanan yalnız bir yeni layihəsi var":Bu da "Şahdəniz-2" layihəsidir ki, onunla bağlı investisiya qərarı artıq ötən ilin dekabrında qəbul olunub".
Qeyd edək ki, "BP-Azerbaijan" şirkəti hazırda Xəzər dənizində "Azəri-Çıraq-Günəşli" yataqlarında neft, "Şahdəniz"in ilk mərhələsi çərçivəsində isə qaz hasilatı prosesində layihələrin operatoru kimi iştirak edir. Burada hasil olunan neft və qaz isə Bakı-Ceyhan və Bakı-Ərzurum boru kəmərləri vasitəsilə dünya bazarına çıxarılır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ