"Mən partiya maraqlarını həmişə şəxsi və qrup maraqlarından üstün tutmuşam və bundan sonra da həmin prinsiplə Müsavat Partiyasında fəaliyyətimi davam etdirəcəyəm”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, növbədənkənar qurultayın çağırılması məqsədilə yaradılan Təşəbbüs Qrupunun rəhbəri Qubad İbadoğlu deyib.
Q. İbadoğlu bildirib ki, Müsavatda növbədənkənar qurultayın çağırılması ilə bağlı qarşıya qoyulan hədəf dəyişməyib: "Hədəfimiz dəyişməyib, amma hədəfə nəyin bahasına olursa olsun, çatmaq niyyətində də deyiləm”.
Q. İbadoğlu Müsavatın son qurultayında baş verən pozuntularla bağlı Ədliyyə Nazirliyinə müraciət etmədiyini də vurğulayıb: "Mən Ədliyyə Nazirliyinə heç bir müraciət etməmişəm və ümumiyyətlə, bu fikirdə olmamışam. Ədliyyə Nazirliyinin qurultayın nəticələrinə müsbət münasibət bildirməsində maraqlıyam”.