Bazar günü günü, 29 noyabr 2026
     

Rusiya-Türkiyə qaz kəməri sual altında, Avropa yürüşə başladı...

Image


Rusiyanın «Cənub axını» qaz kəmərinin marşrutunu dəyişməsi dünyanın siyasi, iqtisadi gündəminin əsas mövzularından biri olaraq qalır. Bu xüsusda indi aktiv müzakirə olunan məsələ Avropanın Xəzərdən mümkün qədər çox qaz alması və buna xidmət edən infrastrukturun dəstəklənməsidir. Elə Avropa rəsmilərinin açıqlamaları da məhz bu xüsusdadır.
Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Maroş Şeftsoviç bu xüsusda bildirir ki, Avropanın Rusiya qazından asılılığının azalması Avropa İttifaqının prioritetlərindən biridir: «Cənub axını» layihəsinin dəstəklənməsi bizim Rusiyadan asılılığımızı yalnız artıracaq. Bizi Xəzər dənizi ilə bağlayacaq «Cənub qaz dəhlizi» layihəsini dəstəkləyəcəyik». Onun sözlərinə görə, Avropa İttifaqı əsas diqqəti Avropanın Rusiya qazından asılılığının azaldılmasına və Azərbaycan, Türkmənistan və digər ölkələrin iştirakı ilə layihələrin dəstəklənməsinə yönəldəcək.
TAP boru kəməri layihəsinin baş direktoru Kjetil Tungland da bu xüsusda maraqlı fikirlər səsləndirib. O deyib ki, «Cənub axını»nın olub-olmamasından asılı olmayaraq, TAP layihəsi inkişaf etməyə davam edəcək: «Avropadakı bazarımız və Azərbaycandan nəql ediləcək qaz hazırdır. Biz aradakı əlaqəni qururuq. TANAP vasitəsilə icra edilən əməkdaşlıq son dərəcə məhsuldardır. TAP və TANAP «Cənub qaz dəhlizi»nin Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyan layihələrdir. TAP-ın 50 faizi Azərbaycan qazını nəql edəcək, digər yarısı Avropa qanunları çərçivəsində hər kəsə açıq olacaq. Rusiya qazının nəqli ehtimalı layihəmizə təsir etməyəcək. TANAP-ın davamı olan TAP Azərbaycan təbii qaz yataqları ilə Avropa bazarı arasında birbaşa əlaqə quracaq». Digər Avropa ölkələri, o cümlədən Bolqarıstan və Macarıstanın da Azərbaycan qazına marağı nəzərəçarpacaq dərəcədə artıb. Macarıstan baş naziri Viktor Orban bildirir ki, ölkəsi Ukraynadan yan keçən qaz nəqli üçün alternativ imkanlar axtarır. Onun sözlərinə görə, başlıca məqsəd qaz nəqlinin təhlükəsizliyini təmin etməkdir. Ölkəsinin Azərbaycanla yaxşı münasibətlərə malik olduğunu deyən Orban bildirib ki, Macarıstan Rusiyanın «Cənub axını» layihəsindən imtinasından sonra müxtəlif variantları nəzərdən keçirir.
Belə görünür ki, bundan sonra Avropanın əsas diqqət mərkəzində yer alan hal Xəzər dənizi ilə bağlı olacaq. İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo məsələ ilə bağlı bildirir: «Aydındır ki, «Cənub axını» layihə mərhələsində olanda da bizim üçün «Cənub qaz dəhlizi» layihəsi prioritet olub. İtaliya hökuməti «Cənub axını» layihəsini faydalı hesab etsə də, təchizatçılar və marşrutların diversifikasiyasını təmin edən TAP daha prioritetdir». Onun sözlərinə görə, bu fikri İtaliya iqtisadi inkişaf naziri Federika Guidi və baş nazir Renzi də yaxın günlərdə bəyan edib: «TAP layihəsi vasitəsilə 2020-ci ildən İtaliyaya Azərbaycandan qaz ixrac ediləcək».
Bəzi ekspertlər isə Kremlin «Cənub axını»ndan imtinasından sonra Bakı ilə Moskva arasında enerji sahəsində əməkdaşlığın dərinləşəcəyini istisna etmir. Rusiya boru kəmərlərinin Bolqarıstandan imtina edilərək Türkiyəyə çəkilməsi nöqteyi-nəzərindən son dovrdə Azərbaycan və Rusiyanın enerji şirkətləri arasında müşahidə olunan əməkdaşlıq da bunu deməyə əsas verir. Məsələ burasındadır ki, Rusiyadan Türkiyəyə yeni boru kəmərinin tikintisi sual altında qalır. Hazırda tərəflər arasında yalnız qarşılıqlı anlaşma memorandumu imzalanıb. «Qazprom»un layihəsinin yeni mərhələdə reallaşması məsələsi də sual altındadır. Bunun üçün ciddi maliyyə resursları tələb olunur, «Qazprom»un isə çoxlu kredit borcu var. Bu layihənin reallaşması üçün resurslar tapacağı mümkün görünmür. Bütün bunlar o deməkdir ki, Rusiyanın «Cənub axını» layihəsinin reallaşmasından imtina etməsi Azərbaycanın özünün enerji layihələrinin həyata keçirilməsinə dair fəaliyyətini çətinləşdirməyəcək. Digər tərəfdən, Azərbaycanın nəinki bütün imzalanmış sənədləri, həm də öz layihəsinin reallaşdırılması üçün maliyyə mənbələri var. Digər tərəfdən, nə Bakı, nə də Moskva bir-biri ilə rəqabət apararaq özlərinin xammalına qiymətin azaldılmasında maraqlıdır.
«Fitch Ratings» beynəlxalq reytinq agentliyi isə bildirir ki, hazırda qaz kəmərini Rusiyadan Bolqarıstana, daha sonra Avstriyaya çəkmək əvəzinə, onu Rusiyadan Türkiyəyədək uzatmaq təklif edilir: «Baş tutmayan «Nabucco» layihəsi kimi, «Cənub axını» da ciddi çətinliklərlə, o cümlədən son tələbin yetərli olması təminatı problemi ilə üzləşir. Əvvəlcə layihəni Avropanın mərkəzində və cənubunda bir sıra ölkələr dəstəkləmişdi, çünki bu layihə ilə onlar Ukraynadan yan keçən alternativ qaz kəməri marşrutu ilə öz tədarüklərini təmin edə bilərdilər». Agentlik hesab edir ki, iri energetika şirkətləri arasında uzunmüddətli idxal sazişlərinə istəyin böyük olmadığı müşahidə edilir: «Bu, zəif tələblə bağlıdır, çünki bir çox bazar iqtisadiyyatlı ölkələrdə elektrik enerjisi istehsalında üstünlük başqa mənbələrə verilir. Rusiyadan Ukraynadan keçməklə Mərkəzi Avropaya tədarük edilən qaz son aylarda azalıb, «Şimal axını» kəməri ilə Almaniya ərazisindən nəql edilən «mavi yanacaq» isə artıb. Buraxılış gücləri baxımından ortamüddətli perspektivdə Avropanın rus qazına tələbatını «Şimal axını» və Ukraynadan keçən kəmərlə tam təmin etmək olar». Bu isə Rusiyadan Türkiyəyə yeni kəmər çəkilişini sual altına alır. Bütün bunlar indiki qaz oyunundan Azərbaycanın uduşlu çıxa biləcəyini şərtləndirir.
Bu arada Baki-xeber.com xəbər verir ki, Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri və qurumun yüksək rütbəli bir neçə məmuru Türkiyəyə gəlib. Ekspertlərə görə, tərəflər arasında əsas müzakirə obyekti son vaxtlar müşahidə edilən Rusiya-Türkiyə yaxınlaşması, xüsusilə iki ölkə arasında qaz anlaşması olacaq. Bu səfərdən öncə Avropa Birliyi Türkiyəni Rusiyaya qarşı tətbiq olunan sanksiyalara mane olmamağa çağırıb. Qeyd edilib ki, AB rəsmi nümayəndələri Ankara səfəri zamanı Türkiyə hökumətini Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmağa razı salmağa çalışacaqlar. Ən azından Türkiyənin mövcud vəziyyətdən sui-istifadə edərək Rusiyanın AB ölkələrindən idxalını qadağan etdiyi qida məhsullarının bu ölkəyə ixracını dayandırmasına çalışacaqlar.
Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız isə deyib ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə baxmayaraq, Ankara bu ölkə ilə əməkdaşlıq edəcək. Onun sözlərinə görə, hazırda elə ölkələr var ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, bu ölkəyə mal ixrac edirlər.
Onu da qeyd edək ki, Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ