Rusiyanın "Qazprom" şirkəti Türkiyədə qaz kəmərinin tikintisi üçün "Qazprom Russkaya" müəssisəsini yaradır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu şirkətin rəsmi nümayəndəsi Sergey Kupriyanov jurnalistlərə deyib.
Onun sözlərinə görə, müəssisə Sankt-Peterburqda qeydiyyatdan keçəcək və artıq bu gün müvafiq prosedurlara başlanılıb.