Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə ABŞ ölkəmizdə hakimiyyəti dəyişmək üçün zəmin yaratmaq məqsədi güdür, Rusiya XİN başçısının müavini Sergey Ryabkov Dövlət Dumasında çıxış edərkən bildirib.
"Sanksiyaların Rusiyada hakimiyyəti dəyişmək məqsədilə tətbiq edildiyi heç gizlədilmir də", Sergey Ryabkov bildirib.
Ryabkovun təbirincə, Rusiya rəsmiləri bununla bağlı heç bir "əsəbilik" hissi keçirməyərək "ölçülüb-biçilmiş" addımlıar atmaqdadır.
Bundan əvvəl ABŞ Konqresi prezident Vladimir Putin dövründə "Rusiya Federasiyasının siyasi və iqtisadi hökmranlığa nail olmaq məqsədilə qonşu dövlətlərə qarşı təcavüzkar siyasət yürütməsini" kəskin surətdə pisləyən 758 nömrəli qətnamə qəbul etmişdi.
Moskvada bu qətnamənin qəbul edilməsi anti-Rusiya addımı kimi qiymətləndirilib.
Dövlət Dumasının Xarici məsələlər komitəsinin başçısı Aleksey Puşkovun sözlərinə görə, həmin qətnamə yeni soyuq müharibəni rəsmiləşdirən sənəd kimi qiymətləndirilir.