Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Rusiya ilə Türkiyə arasında qaz kəmərinin tikintisinə dair sazişi şərh edib.
R. Abdullayev bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” yatağından hasil edilən qazı Gürcüstandan keçməklə Gürcüstan-Türkiyə sərhədinə nəql etmək üçün nəzərdə tutulan Cənubi Qafqaz Boru Kəməri heç bir qaz kəmərinin rəqibi deyil.