İsrail prezidenti Reuven Rivlin "erməni soyqırımı” ilə bağlı petisiyanı imzalamayıb. APA-nın "Times of İsrael” saytına istinadən verdiyi xəbərə, petisiyanı hazırlayan şəxslər prezidentin bu qərarından təəccübləndiklərini bildiriblər.
Yerli ekspertlər R. Rivlinin prezident seçildikdən sonra siyasi məsələlərdə xüsusi həssaslıq nümayiş etdirdiyini, habelə İsrail-Türkiyə münasibətlərinin daha da gərginləşəcəyindən ehtiyat etdiyini vurğulayıblar.