Cümə günü, 02 oktyabr 2026
     

Peyvənd millətçiliyi... Faşizm peyvəndi... - Əkbər QOŞALI yazır

Image


“Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” – bu, Ümum­dünya Səhiyyə Assamb­leya­sının 74-cü sessiyasının mövzu­suydu. İşə baxın, təh­lükəsiz və ədalətli dünya, bizim ən çox istədiyimiz, uğrunda çalışdığımız, mübarizə apardığımız dəyərdir.

 

Bəli, məhz dəyər! Bizi dövlət müstəqilliyimizin yaşı qədər “müşayiət etmiş” Ermənistan işğalı bu dəyərin “nə”liyini, “necə”liyini yaxından tanımayanların da tanımasına səbəb olub. Hər nə problemimiz olsa, onun bir Ermənistan tərəfi, Ermənistan içliyi var... Sabah-birisigün Ermənistan olmasa (inşallah da elə olacaq) bölgə necə olar, dünya necə olardı? – Necə olacaq? – 102 il öncəsindən pis olma­ya­caq. Doğrudur, getdikcə daha çox inanmağa başlamışam ki, “müqəddəs yer” kimi “əclaf yeri” də boş qalmır – səhnəyə illa bir Ermənistan çıxarıla bilər. Bilirsiz, yeni Ermənistan və erməniliyin qondarılmaması üçün bəşəriyyət yalnız “COVİD-19” infeksiyası ilə deyil, gözə görünən-görünməyən, bilinən-bilinməyən bütün siyasi-ideoloji infeksiyalarla da mübarizə aparmalıdır. Məsələn, SSRİsayağı mübarizə deyil. Təsəvvür edin: yarandığı gündən beynəlmiləlçilik, xalqlar dostluğu, müttəfiqlik dedilər, yazdılar, faşizmə qarşı birləşdilər, faşistlərin yuvasını başlarına uçurdular amma... amma SSRİ öz bətnində neofaşistlər və neofaşizm bəslədi. Sizcə, plan-proqramlı, kitab-dəftərli beynəlmiləlçilik necə oldu da SSRİ-nin qürub vaxtında erməni üzü (üzsüzlüyü) ilə nəticələnə bildi? Sənətin estetik gücü, zərifliyi ilə - kino, teatr, ədəbiyyat, rəssamlıq, musiqi, mət­buat... demədən hər yerdə, hər cür beynəl­mi­ləlçilik, antifaşizm tərənnüm, təbliğ və  təşviq edilsə də, sonuc vahim oldu: SSRİ-nin çeçələ barmağı Ermənistan XX yüzilin sonu - XXI yüzilin başlarında dünya fazşiminin ünvanına, bayraqdarına çevrildi. Nijdeli-mijdeli Ermənistan Petrosyan, Köçəryan, Sarqisyan, Paşinyan demədən, bütün dönəmlərdə qan tökdü, işğalçılıq etdi, separatizmi dəstəklədi, faşizm yuvası oldu, terror əsdirdi. Bu necə olur? 

Mən əlbəttə, beynəlmiləl dəyərlərin, xalqlar dostluğunun, ümumən hər hansı əsl nəcabətin əleyhinə deyiləm. Haşa! Baxın, keçmiş SSRİ-nin tərkibində olmuş başqa xalq­ların heç biri ilə bizim problemimiz yoxdur. Keçmiş SSRİ-dəki tam əksər xalq­ların bir-biri ilə problemi yoxdur zatən. Əsas problem ocaqlarına diqqət edək: lap başda Ermənistan-Azərbaycan, Rusiya-Gürcüstan, Rusiya-Ukrayna, Rusiya-Moldova elanolunmamış müharibə, münaqişə, təxribat və ya anlaş­mazlıq meydanları, cəbhələri gəlir... Qanunsuzluğun "qanunauyğunluğ"unu görürsüzmü?..

  • Rusiyanın Tutçev anlamı...

Demək, Ermənistanı beynəlmiləlçilikdən “qoruyan”, beynəlmiləlləşməyə qoymayan nəsnələr var. Demək, Kreml zamanında Ermənistanı məchul günlər üçün bəsləyib-barındırıb...

Bugün Köçəryan elə beləcə də deyib: "Azər­baycanı Naxçıvana zor gücü ilə dəhliz açmaqdan yalnız Ermənistanda Rusiyanın hərbi mövcudluğu faktoru saxlayır”. Yaxud Rusiyanın bizim Xankəndimizdəki rusməramlı qüvvələrinin “Humanitar Reaksiya Mərkəzi”nin nümayəndəsi Alek­sandr Korolevin yeni mətbu açıqlamasına diqqət edək: “Rusiya sülhməramlı kontin­gentinin hərbi qulluqçuları yüzdən çox zəvvardan ibarət bir qrupun Amaras xristian monastırına ziyarətinin təhlükəsizliyini təmin etdi. Bu adam­lar buraya Ste­panakert şəhərindən və monastıra bitişik yaşayış məntə­qə­lərindən gəlib.

Amaras erkən orta yüzil xristian monastırlarından biridir və Martuni  bölgəsində yerləşir. Orta yüzil Ermənistanda məşhur bir dini və mədəniyyət mərkəzi statusuna sahib idi.

Rusiya sülhməramlı kontingentinin Humanitar Reaksiya Mərkəzi zəvvarların Dağlıq Qarabağdakı dini yerlərə müşayiəti və qorunmasını həyata keçirir. Belə yerlərdən biri Amaras monastırıdır”. - Belə bir qələt açıqlama verən adam və ya adamlar sülməramlı ola bilərmi? Faşizmi yenmiş ölkənin əsas varisinin "sülhməramlı" qüvvəsinin təmsilçisi təsadüfənmi belə deyir? Bu, faşizmi yenərkən onu mənimsəmiş, ruhuna sindirmiş zehniyyətin məhsuludur. Belə zehniyyətlə nəinki, təhlükəsiz, ədalətli və sağlam dünya qurmaq olar, tam tərsinə, yalnız vurub dağıtmaq olar... Bu minvalla pandemiyaya yox, e, heç bir qlobal problemə son qoymaq, növbəti problemlərin, təhlükələrin qarşısını almaq olmaz. Zeh­niyyətinə faşizm oturmuşlarla birlikdə daha yaşanılır bir dünya qurmaq çətindir. Ona görə də, “dünya düzəlmir ki düzəlmir, baba”...  

Həmin zəhərli zehniyyətdir ki mayın 28-də Novosibirsk şəhərində polis əməkdaşı olaraq qarşımıza çıxdı: əslən azərbaycanlı Vəkil Yaqub oğlu Abdullayevi başından güllələdi və 18 yaşlı gənc keçindi. Neynədi kiçik ürəkli böyük Rusiya? – Hadisə ilə bağlı “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddələri ilə cinayət işi açıldığını duyurdu... Həm də həmin polisin təltif olunması təklifi səsləndirildi? – yoxsa, doğrudanmı “rus xalqının çatı var”? Doğrudan da, “Rusiyanı ağılla anlamaq mümkün deyil” (Fyodor Tutçev). 31 yanvar 2017-ci ildə Rusiyanın başqa bir şəhərində - Surqutda Azərbaycanın başqa bir vətəndaşı öldürülmüşdü: yenə başından, yenə güllə ilə..! – Hadisə günün gün orta çağı (14:00), Andreyevski küçəsində yerləşən “Rus” kafesində baş vermişdi. Rusiyanın hansı şəhərində hansı il azərbaycanlı öldürül­məyib ki?!. Ağına-bozuna baxmayan ağ ayının özünün etdikləri azmış kimi 200 ildir Qafqaza bir donuz da dadandırıb, Qafqazda hüzur qalmayıb...

Biz o vaxt-bu vaxt ədalətə, təhlükəsizliyə çağırırıq, ədaləti, etibarı təmsil edi­rik, ancaq donuz darıdan çıxmır ki çıxmır... Nəhayət 2020-ci ilin 44 günü içində 200 ildən ziyadə 30 il meydan sulamış donuzu bu dəfə iti qovan kimi qovduq. O donuz tam da ötən ilin bu vaxtları Şuşada infeksiya yayırdı...

Bu siyasi-ideoloji bölümdən sonra, ikinci bölümə - Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasına və ölkəmizin pandemiyaya qarşı aldığı önəmli qərarlara, o qərarların beynəlxalq inkasına keçid alalım...     

  • Üstün Azərbaycan və ÜST...

Pandemiyaya qarşı mübarizədə respublikamızın örnək göstərildiyi bəllidir. Bəllidir ki ÜST rəhbərliyinin rəylərinə əsasən Prezident İlham Əliyevin başçılığı ilə pandemiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər  məqsədyönlü, düşünülmüş təsirli siyasətin təntənəsidir. Söz vaxtına çəkər – tam da bugünlərdə Azərbaycan pandemiya məhdudiyyətləri ilə bağlı böyük açılımlar edir. Bir sıra məhdudiyyətlərin aradan qaldırılması asan vəzifə deyil, belə qərarlar təhlillər nəticəsində, müvafiq göstəricələr nəzərə alınaraq verilir. Bir zamanlar 4 rəqəmli, hətta dörd minin üzərində yoluxma ilə həyacan yaradan “COVİD19”, ən son bilgiyə görə ikirəqəmli yoluxma ilə müşayiət olunmaqdadır. “COVİD19”-dan həyatını itirən bütün vətəndaşlarımıza Tanrıdan rəhmət, xəstələrimizə möhkəm sağlamlıq dilərkən, dövlətimizə, xalqımıza könül dolusu şükranlar edirəm. Dövlət də, xalq da bacardığını etdi. Dövlət-xalq birliyinin yalnız 44 günlük müharibədə deyil, pandemiya ilə mübarizədə parlaq şəkildə göründüyünü məmnunluqla de­məliyik. Əslində, Azərbaycan dövləti yalnız vətəndaşlarımız üçün deyil, bütün dünya üçün fədakarlıq edib və edir. 

Bu, erməni faşizminə qarşı mübarizədən çıxan nəticədir;

bu, “COVİD-19”la mübarizədən çıxan nəticədir. 

Hər iki fədakarlığın nəticələrini yaxın-uzaq xalqlar zaman-zaman idrak edib, etiraf edəcək.

2020-ci ilin xalqı Azərbaycan xalqıdır! Azərbaycanın xidmətləri bir ilə, bir ölkəyə, bir sahəyə sığmır. “COVİD-19”la bağlı Prezidentlər səviyyəsində ilk beynəlxalq müzakirə harda aprıldı? – Türk Şurasının toplantısında. Daha böyük beynəlxalq müzakirə harda aparıldı? – Qoşulmama Hərəkatında. Hər iki beynəlxalq qurumun başçısı Azərbaycan Prezidentidir. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatı BMT Baş Assambleyasının xüsusi sessi­yasının çağırılması üçün müraciət etdi. BMT Baş Assambleyası bir qədər bürokratik uzatmadan sonra nəhayət ötən ilin sonuncu ayında xüsusi sessiya keçirdi. 

Məhz Azərbaycan Prezidenti vaksinlərin ədalətli bölgüsü mövzusunu, bundan öncə, “COVİD19”la mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini beynəlxalq ictimaiyyətin diq­qətinə çatdırdı.

“Peyvənd millətçiliyi”nin yolverilməzliyini gur səslə, cəsarətlə beynəlxalq ictimaiyyətə duyuran lider məhz Azərbaycanın dövlət başçısıdır!

“COVİD-19” Azərbaycandan yayılmayıb – bu öz yerində; Azərbaycan “COVİD19”a yoluxmuş­ların ölkəmizə gəlişini, ölkəmizin yoluxmuş sakinlərinin başqa ölkələrə keçidini məhdud­laşdırdı – bu sahədə ilk və davamlı addım atan ölkələrdən oldu.

Biz dünyada vaksin alan və əhalinin vaksinasiyasına başlayan öncül ölkələr sırasındayıq.

  • Mayın son gününün əsas çıxışı

Bəli, Azərbaycan Prezidenti İlham Əliyev ÜST Baş direktoru Tedros Adhanom Qebreyesusun dəvəti əsasında, Ümumdünya Səhiyyə Assamb­leyasının 74-cü sessiyanın bağlanış mərasimində çıxış etdi (31.05.2021).

Azərbaycan Prezidentinin dünya səhiyyə literaturunu zənginləşdirəcək bu yığcam nitqi, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə haqlı mövqeyini, davamlı işini, ədalətli dav­ranışını bir daha ifadə etdi:

“Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq do­ğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozala­rının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür”...

BMT sistemi çərçivəsində beynəlxalq səhiyyə məsələlərini əlaqələndirən 73 yaşlı ÜST-ün əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyası yaddaşlarda Azərbaycan Prezidentinin nitqi başda olmaqla, ədalətə, birliyə, həmrəyliyə çağırışlarla qalacaq. Hələliksə, dünya pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınmasına çalışır. Bunun yolu birlikdən, daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulmasından keçir...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

BAYRAĞIMIZ UCA OLSUN!

Əkbər QOŞALI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib - FOTO

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ