Cümə günü, 02 oktyabr 2026
     

UNESCO-nun işğal illərində Azərbaycana qərəzli münasibətini ISESCO-da da gördülər...

Image


30 il ərzində UNESCO missiyası Qarabağa səfər etməyib. Bunu ISESCO-nun sabiq baş direktoru Əbdüləziz əl-Tüveycri Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və “Trend” BİA tərəfindən təşkil olunmuş "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq perspektivləri veb-konfransının yekunları" mövzusunda onlayn-konfrans zamanı deyib.

Onun sözlərinə görə, ermənilərin Azərbaycan ərazilərini işğal altında saxladığı müddətdə çoxsaylı şəhər və kənd dağıdılıb, abidələr və mədəniyyət obyektlərinə böyük ziyan vurulub: “Biz müxtəlif dillərdə - ingilis, fransız, ispan və Çin dillərində kitab hazırlamışıq və dünya ölkələrinə göndərmişik. Dünya həqiqəti bilməlidir. Bir çoxu son 30 il ərzində işğal altında olmuş ərazilərdə nə baş verdiyini bilmir. Dağıntıların sənədlərlə təsdiqi mədəni baxımdan çox vacibdir”.

O hesab edir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həmin ərazilərə səfər etmək üçün komandanın formalaşması və dünya ictimaiyyətini oradakı dağıntılar barədə məlumatlandırmaq üçün materialın hazırlanmasına görə məsuliyyət daşıyır.

Ə.əl-Tüveycri bildirib ki, 30 il ərzində UNESCO missiyası Qarabağa səfər etməyib, indi isə oraya missiya yollamağa hazırlaşır: “Niyə 30 il susurdunuz? Missiya göndərin, amma həqiqətləri təhrif etmək üçün yox. Hörmətli şəxslərdən, təcrübəli diplomatlardan ibarət missiya göndərin ki, onlar reallıqları görsünlər və bütün bunlar barədə UNESCO-nun Baş Assambleyasında və İcraiyyə Şurasında danışsınlar”.

  • “Gizli deyil ki, siyasi alət kimi UNESCO bəzi hallarda istifadə olunur”

Qafqaz Tarixi İnstitutunun direktoru, tanınmış ekspert Rizvan Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, UNESCO-nun son 30 ildə Azərbaycanla bağlı siyasətinin istiqaməti heç kəsə sirr deyil. “Sözsüz ki, son 30 ildə, xüsusən də son illərdə UNESCO tərəfindən Azərbaycana qarşı sərgilənən mövqe haqsız mövqedir. Əksər halda haqsızdır. Burada bəzi səbəblər var. Biz bu barədə sizinlə çox danışmışıq. UNESCO ideyasının yaradıcısı və bu qurumun əsasını qoyan, onun əsas dəstəkçisi Fransa və bir qrup digər Avropa ölkəsidir. Çox təəssüflər olsun ki, bu ölkələr də antitürk, antiislam mövqeyindədir. Adlarını çəkdiyim və çəkmədiyim məlum ölkələrin də ermənilərə və Ermənistana, eləcə də bəzi xristian dairələrə çox yaxın olduqları sirr deyil. Əfsuslar olsun ki, mədəni layihələr adı altında UNESCO, eləcə də onu idarə edən şəxslər tamamilə siyasətlə məşğuldurlar və bu siyasətin də qayəsi əksər halda müsəlman və türk ölkələrinə, eyni zamanda da onların marağından çıxış etməyən bir qrup ölkəyə qarşıdır. Gizli deyil ki, siyasi alət kimi UNESCO bəzi hallarda istifadə olunur. Bizim Qarabağ məsələsində də biz bunun bariz nümunəsini gördük. İndi, sözsüz, bu sual UNESCO-nun rəhbərliyi qarşısında, ümumiyyətlə, bütün beynəlxalq tədbirlərdə qoyulmalıdır ki, əgər illərdir UNESCO Qarabağda minlərlə tarixi abidənin, məscidlərin, karvansaraların, bütöv şəhərlərin, Ağdam, Füzuli şəhərlərinin, qəbiristanlıqların məhvinə susurdusa, yaxud boş sözlər söyləyirdisə, indi UNESCO-nun Azərbaycanın üzərinə təpki ilə gəlməyə nə məcbur edir? Hansısa “erməni irsi” ilə bağlı problem varsa, o araşdırılamalı, amma paralel olaraq UNESCO 30 il ermənilər tərəfindən bizim irsə qarşı törədilən vandalizmi araşdırmalı və ilkin ümumi hesabat olmalıdır. Amma qərəzli və birtərəfli yox. Ümumiyyətlə, müharibə və müharibədən sonra baş verən hadisələr, regionun, Qarabağın memarlıq, bütövlükdə, mədəni irsinə vurulan zərbəni UNESCO qərəzsiz araşdırmalıdır. Bunu UNESCO-dan həm Azərbaycan, həm də Azərbaycanın tərəfdaşları tələb etməlidirlər. Çox müsbət haldır ki, ISESCO səviyyəsində bu məsələlərdə Azərbaycana çox böyük təkan və dəstək var. İslam Əməkdaşlıq Təşkilatının töhfəsi də var”.

R.Hüseynovun sözlərinə görə, bu məsələdə Azərbaycan özünə iki böyük dəstək tapa bilər. O qeyd etdi ki, birincisi,  ISESCO-dan, islam ölkələri birliyindən, ikincisi, siyasi-mədəni qurum olaraq İslam Əməkdaşlıq Təşkilatından, üçüncüsü isə Qoşulmama Hərəkatına üzv olan dövlətlərdən bu dəstəyi ala bilər. “Qoşulmama Hərəkatında bir çox ölkə var və o təşkilatda Azərbaycan çox böyük nüfuza malikdir.  Bu seqment, üç təşkilat üzrə nəinki UNESCO-ya, ümumiyyətlə, bizi istəməyən qüvvələrə qarşı çox effektiv bir vasitə kimi istifadə etmək olar” - deyə R.Hüseynov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib - FOTO

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ