Cümə günü, 02 oktyabr 2026
     

Şuşanın yeni qanuni statusu - mədəniyyət və dövlətçilik tariximizdə açılmış yeni səhifə...

Image


Prezident İlham Əliyev 8 noyabr 2020-ci il tarixində Şuşanın müzəffər ordumuz tərəfindən düşmən işğalından azad edilməsi müjdəsini xalqımıza çatdırarkən qeyd edirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalardı: “İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.

Uzun illər düşmən əsarətində qalsa da, lakin ona baş əyməyən, sınmayan, məğrurluğunu qoruyan Şuşa bu gün özünün ən yüksək, ehtişamlı tarixi dövrünü yaşayır. Prezident İlham Əliyevin sərəncamı ilə azad Şuşanın “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilməsi tariximizdə ayrıca bir səhifə yaratdı.

İşğal dövründə düşmənin min bir saxtakarlığı ilə üz-üzə qalan Şuşada Azərbaycan mədəniyyətinin, tarixinin, ədəbiyyatının, arxeologiyasının, etnoqrafiyasının, elminin möhtəşəm örnəkləri yaranıb. Pənahəli xan tərəfindən əsası qoyulandan indiyə kimi Şuşa nəinki Azərbaycanda, bütövlükdə, Qafqazda möhtəşəm bir şəhər, özü də qala şəhər kimi tanınır. Şuşa bütün Qafqazın, Türk dünyasının, İslam aləminin qəlbidir desək yanılmarıq. Bu gün Şuşanın qəlbi başqa bir ahənglə döyünür. Şuşa yenidən qurulur, tikilir, öz libasını geyinir.

Prezident İlham Əliyev Şuşaya xüsusi münasibət bəsləyir, bu şəhərimizin tarixi görkəminin özünə qaytarılması üçün çox mühüm sənədlər imzalayıb və Şuşanın qorunması, mühafizəsi üçün bütün müvafiq tədbirlərin həyata keçirilməsini reallaşdıran addımlar atıb.

  • Cıdır düzündə “Xarıbülbül”...

Şuşa işğaldan azad ediləndən sonra Prezident İlham Əliyev Şuşada “Xarıbülbül” musiqi festivalının və Vaqif poeziya bayramının bərpa edilməsi ilə bağlı təşəbbüs irəli sürdü və sərəncam imzaladı. Mayın ortalarında isə ölkə başçısı İlham Əliyevin və ailə üzvlərinin iştirakı ilə Şuşada – Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirildi. Şuşa bir daha dünyaya Azərbaycan şəhəri olduğunu göstərdi, sübut etdi. Buradan dünyaya çox vacib mesajlar verildi. Dost sevindi, düşmənin ürəyi çatladı.

  • Şuşa şəhəri haqqında ayrıca qanun...

Şuşanın tarixi, strateji, siyasi, mədəni əhəmiyyəti o qədər böyükdür ki, bunu nə iləsə müqayisə etmək çətindir. Şuşa hələ Pənahabad adlandırıldığı dövrlərdə dünyanın diqqətində idi, Rusiyanın, İranın, başqa ölkələrin ən böyük maraq göstərdiyi, əlaqə qurmaq istədiyi şəhər idi. Bu gün də Şuşa öz tarixi əhəmiyyətini qoruyur.

Məlum olduğu kimi, Milli Məclisdə Şuşa ilə bağlı ayrıca qanun qəbul olunub. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin qəbul edilməsinin özü də çox mühüm hadisədir. Qəbul edilən qanunda Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılması, Şuşa şəhəri Dövlət Qoruğunun qorunması və bərpası üçün xüsusi fondun yaradılması, Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük verilməsi kimi məsələlər nəzərdə tutulur.

Şuşanın hərtərəfli qorunması, mühafizəsi olduqca vacib olduğu üçün bu barədə xüsusi qanunvericilik aktının olması zəruri idi. Şuşanın qoruq elan olunması olduqca zəruri idi və bu reallaşır.

  • Tarixi Azərbaycan şəhərindən tarixi mesaj...

Heş şübhəsiz ki, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanunun qəbul edilməsi ictimaiyyət tərəfindən də çox müsbət qarşılanır. Memarlar və tarixçilər hesab edirlər ki, Şuşa haqqında ayrıca qanunun qəbul edilməsi Şuşanın qorunmasına şərait yaradır. İşğaldan azad edilənə qədər ermənilərin hər cür vandalizm aktı törətdikləri Şuşanın bu gün canlandığını deyən ekspertlərin sözlərinə görə, Şuşanın bərpa edilən hər bir tarixi abidəsi, hər bir müqəddəs ocağı qorunub mühafizə edilməlidir.

  • Şuşanın qoruq elan edilməsi tarixi qərardır

“Qarabağa aparan yol” qəzetin baş redaktoru, AYB üzvü, şair-publisist Əli Mahmud hesab edir ki, Şuşa haqqında xüsusi qanun qəbul edilməsi Ermənistana və onu dəstəkləyən qüvvələrə çox böyük bir mesaj oldu. Şuşanın dövlət siyasətində xüsusi istiqamət təşkil etdiyini deyən Ə.Mahmudun sözlərinə görə, Şuşa haqqında qanunun qəbulu və Şuşanın qoruq elan edilməsi tarixi qərardır və bunu gələcək nəsillər də təqdir edəcəklər. “Şuşanın düşmən işğalından azad edilməsi dünyada bənzəri olmayan bir mücadilə ilə reallaşıb. Əlbəttə, 28 il ərazində düşmən Şuşada çoxsaylı saxtalaşdırma işi aparmışdı. Onların hamısı sizə məlum olduğu üçün bir-bir saymaq istəmirəm. Düşmənin vurduğu ən böyük zərbələrdən biri tarixi, arxeoloji, mədəni abidələrimizdən bizim milli indentikliyimizi silmək idi, amma ona nail ola bilmədi. Düşmən nə qədər saxtalaşdırma aparsa da, milli kimliyimizi silə bilməyib, çünki hər qaya parçasında bizim izimiz var. Düzdür, düşmən saxtalaşdırma aparıb, amma bütün o saxtalaşdırmalar hamısı həqiqətin qarşısında əriyir. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanunun qəbul edilməsini böyük fəxr və qürur hissi ilə qarşıladıq. Şuşa sakinlərinin hər birinin arzusu abad Şuşaya qayıtmaqdır. Şuşa haqqında qanunun qəbul edilməsinin çox böyül siyasi, tarixi və mənəvi əhəmiyyəti var, bu danılmazdır. Cənab Prezident Şuşanın yenidən qurulmasına, bərpasına xüsusi diqqət göstərir. Burada gedən bütün proseslərin cənab Prezidentin diqqətində olması onu göstərir ki, Şuşa öz tarixi görkəminə tam olaraq qaytarılacaq. Əlbəttə,
cənab Prezidentin Şuşaya dəfələrlə səfər etməsi, buradan dünyaya çox mühüm mesajlar verməsi bizi çox qürurlandırır. Eyni zamanda da  Prezident tərəfindən Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, “Xarıbülbül” musiqi festivalının əziz şəhidlərimizin xatirəsinə həsr edilməsi çox mühüm hadisə oldu. Bütün bunların ardınca isə belə bir qanunun qəbul edilməsi təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının, İslam aləminin, Qafqazın incisi olan Şuşanın, bütün mənalarda, Azərbaycan üçün nə qədər böyük əhəmiyyət daşıdığını, Şuşanın Azərbaycan xalqının həyatında hansı rol oynadığını ortaya qoydu”.

  • “Şuşanın statusunu və təhlükəsizliyini möhkəmləndirən...”

Ə.Mahmud bildirdi ki, Şuşa tarixi şəhər olduğu üçün onun qoruq elan edilməsi tamamilə doğrudur. Onun sözlərinə görə, Prezident İlham Əliyev bizim Şuşaya əbədi qayıtdığımızı bəyan edib. Müsahibimizin sözlərinə görə, artıq Şuşanın qorunması ayrıca qanunvericilik şəklində həyata keçiriləcək. Ə.Mahmudun fikrincə, Şuşanın qoruq elan edilməsi həm də ona görə yaxşıdır ki, bura icazəsiz daxil olmaq mümkün olmayacaq və şəhər, bütün mənalarda, mühafizə ediləcək.

Qeyd edək ki, digər ekspertlərə görə, Şuşaya verilən status onun gələcəyinin daha da etibarlı qorunduğunu ortaya qoyur. Bir sıra fikirlərə görə, Azərbaycanın mədəniyyət paytaxtı kimi Şuşanın statusunu və təhlükəsizliyini möhkəmləndirən və onu əbədi edən bu təşəbbüs dostlarımızı sevindirdiyi kimi, dünya ermənliyini və onların havadarlarını da o qədər məyus edəcək, regionda Azərbaycanın xeyrinə dəyişmiş geosiyasi mühitə də müsbət mənada təsirsiz ötüşməyəcək.

Ekspertlər onu da deyirlər ki, Şuşanın statusunun hərtərəfli şəkildə möhkəmləndirilməsi gələcəkdə Şuşanın UNESCO-nun müvafiq siyahısına daxil olmasına imkan verəcək. Şuşanın tarixi mərkəzinin UNESCO-nun siyahısına daxil edilməsi üçün müraciətlər edildiyini deyən ekspertlərin bildirdiyinə görə, Şuşa tarixi Azərbaycan şəhəri kimi dünyada tanınacaq.

Şuşanın bütün tarixinin, tarixi şəxsiyyətlərin evlərinin, abidələrinin, kəhrizlərinin, karvansaralarının, məscidlərinin, məhəllələrinin yenidən dünyaya təqdim edilməsi ayrı bir hadisə kimi dəyərləndirilməlidir. Onu da qeyd edək ki, Şuşanın bərpası Şuşa şəhərinin baş planı əsasında həyata keçirilir.

Qoruq statusu alan Şuşanın tarixinin yeni mərhələsi başlayıb. Dünya turistlərinin də diqqət mərkəzində olan Şuşanın təbliğatını daha yüksək səviyyədə qurmalıyıq ki, o öz statusunu tam olaraq ifadə edə bilsin.

Bir vaxtlar Şuşa haqqında Corc Keppel yazırdı: “Şəhər hündür qayalı dağların yamacında tikilib. Yamac o qədər dikdir ki, sanki evlər oradan quş qəfəsləri kimi asılıb. Mən zirvəyə çatana kimi iki saat yuxarı qalxmışam”.

Uca zirvədə yerləşən Şuşa bu gün də dünyaya öz əzəmətini nümayiş etdirir.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib - FOTO

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ