Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Rauf Arifoğlu: «Əli Kərimliyə yaxşılıq etmək şeytana yaxşılıq etmək kimi bir şeydir» (MÜSAHİBƏ)
Tarix: 03.12.2014 / 17:14
Bölmə: Siyasət
Trend-in "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə müsahibəsi
- Rauf bəy, sizinlə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli arasında zaman-zaman gərginlik yaşanıb və hazırda bu gərginlik daha da artıb. Sizcə, bu gərginliyin əsas səbəbləri nədir?
- Bu problemin kökü o qədər köhnədir ki, hər dəfə uzaqdan gəlmək belə adamı yorur. 1998, 1999 və 2000-ci illərdə Əli Kərimli qəzetlə bağlı dəfələrlə prokurorluğa müraciət edib, hətta bizi zorla istintaqa apartdırmaqla bağlı ərizə yazıb və bizi - Azər Ayxanı və məni polis gücünə istintaqa cəlb etdirib. O zaman da eyni şeyləri deyirdi. İndi dediklərindən az fərqlənirdi dedikləri. Amma o zaman özü deyirdi, indi öz əhatəsində olan uşaq-muşağa, bəzən qadınlara, bəzən özünü tanımayan bir sıra siyasət fəallarına eyni şeyləri dedirdir. İndi leksikon dəyişib, bizi daha ağır ifadələrlə təhqir etdirir. 1997-ci ildən başlayan konflikt davam edir. Təbii ki, arada müəyyən fasilələr olub. Misal üçün 2001-2005-ci illərdə dörd illik period olub ki, onun 17 ayını mən həbsxanada olmuşam, ondan əvvəl 2001-ci ildə onun özü üçün kritik bir vəziyyət yaranmışdı, Azərbaycan Xalq Cəbhəsi parçalanmışdı və Müsavat Partiyası da, digər partiyalar da, AMİP xaric, heç kim Əli Kərimli cinahını partiya kimi tanımırdı. O zaman ancaq mən tanıdım, baxmayaraq ki, üzvü olduğum Müsavat Partiyası Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi fraksiyanı Xalq Cəbhəsi kimi tanıyırdı. İndi demirəm mən bunu yaxşı etmişəm, amma hər halda bu jesti etdim və bir qəzet rəhbəri olaraq mən onu Azərbaycan Xalq Cəbhəsi kimi tanıdım. İndi mənə çox minnət qoyurlar ki, vaxtilə mən Əli Kərimliyə kişi adam, mərd adam, yaxşı adam sözü demişəm. Ancaq bu, göydən düşməyib ki. Mən ona bir yaxşılıq etmişəm, partiyasını legitimləşdirmişəm, yoxsa yəqin ki, o, indi bu vəziyətdə olmazdı və o təşkilatı da onun əlindən alardılar. Belə başa düşürəm ki, ona həyatının yaxşılığını, öz həyatımın isə yanlışını yapmışam. O adam elə kateqoriyadan olan adamdır ki, ona yaxşılıq etmək şeytana yaxşılıq etmək kimi bir şeydir. Bu, artıq mənin gəldiyim son qənaətdir. Ona görə də bəyan etdim ki, əgər siz hər dəfə mənim Əli Kərimli haqında dediyim pozitiv bir fikri mənə qarşı şantaj elementi olaraq istifadə edirsinizsə, elə bil ki, hansısa dəhşətli bir səhvim kimi bunu mənə qarşı istifadə edirsinizsə, mən bundan imtina edirəm. O sözlərin müəllifi mən deyiləm? Mən illər keçəndən sonra Əli Kərimli haqqında dediklərim bütün müsbət fikirlərdən peşman olmuşam və nə demişəmsə onların qarşısına bir "na” şəkilçisi əlavə edirəm - kişi demişəmsə, o sözün qarşısına, mərd adam demişəmsə, o mərd sözünün qarşısına da. Onun haqqında dediyim bütün pozitiv sözlərin bu gün inkarını söyləmək səlahiyyətini özümdə hiss edirəm. Bu mənim sözlərimdir, mən düzəliş edə bilərəm.
Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, bu adamın psixoloji tipini açmaq bir az çətindir. Yəni illərlə qarşısındakı adamı söydürür, təhqir etdirir, onu gözdən salmağa çalışır, ancaq barış mühiti yaranan kimi, ortam yaranan kimi birinci təklifi o olur ki, gəl mənim yanımda ol. Bu da onu aydın göstərir ki, o bizim məhz belə olduğumuza görə yox, məhz onun yanında olmadığımıza görə və onun maraqlarına mane olduğumuza görə bizi sıradan çıxarmaq, yaxud öz yanında görmək istəyir. Onun da maraqlarının nədən ibarət olduğunu mənə açıq şəkildə deyib. İndi bir sıra siyasətlə az maraqlanan insanlara bu bir az qəribə gələ bilər, amma bunun illərlə marağı demokratik düşərgədə Müsavat Partiyasının liderliyini aradan qaldırmaq və özünün rəhbərlik etdiyi təşkilatın liderliyinə nail olmaqdır. Mənə açıq demişdi ki, o, hesab edir ki, Müsavat Partiyasının başqanı, indi isə keçmiş başqanı İsa Qəmbərin yanında bir neçə adam var ki, həmin adamlar İsa bəyin yanından gəlsə, İsa bəyin gücü avtomatik olaraq Əli Kərimlinin gücünə keçər. Və o, hesab edirdi ki, İsa Qəmbəri güclü göstərən "Yeni Müsavat” qəzeti, mən və digər tanınan siyasi fiqurlardır. O, təklif etmişdi ki, biz o pozisiyanı buraxaq və Azərbaycan Xalq Cəbhəsinə keçək, hətta 2011, 2012-ci illərdə mənə birinci müavinlik təklif edib. O vaxta qədər də 4-5 il məni ardıcıl olaraq indi dediyi ifadələrlə təhqir etdirib, söydürüb, böhtan atdırıb və mən o zaman ondan soruşdum ki, sən neçə ildir məni söydürürsən, indi də deyirsən ki, gəl mənim birinci müavinim ol, "Azadlıq” qəzetinə də sən nəzarət et? Bəs mənim haqqımda olan bu qədər qara piar necə olacaq? O dedi ki, bizdə hər şey liderə bağlıdır, onun ağzına bağlıdır. Bu illər ərzində bunu sənə qarşı mən etdirmişəm, mən rəyasət heyətində də, təşkilat çərçivəsində də, ictimai rəydə də mənim adamlarımın fikirlərini dəyişməyi öz öhdəmə götürürəm. Yəni o söylədi ki, Azərbaycan Xalq Cəbhəsi camiəsi heç də Müsavat Partiyası kimi çoxfikirli deyil, demokratik prosedurlarla idarə olunmur, orada bir lider nə deyirsə, yerdə qalanlar ona inanır, onu qəbul edir və onun arxasınca gedir. O, sanki məni bütün bu şantaj kampaniyasından bir şərtlə qurtara biləcəyini açıqladı ki, mən onun yanına keçim. Bunu dəfələrlə demişəm, indiyə qədər bir dəfə də inkar etməyib ki, bu belə deyil, çünki mən bunu sübut edə bilərəm. Əgər Əli Kərimli desə ki, bu belə deyil, mən bunu çox rahat şəkildə sübut edə bilərəm və onun ilk inkarını gözləyirəm. Proses yenə davam edir. Görünür, Əli Kərimlinin Müsavat Partiyası ilə bağlı hansısa planı var və ona elə gəlir ki, Müsavat Partiyasını bölmək, parçalamaq, zəiflətmək üçün uyğun bir zamandır. Ona görə də bu cür hərəkətlərə yenidən rəvac verib və indi də hesab edir ki, qarşısında "Yeni Müsavat” qəzeti varsa, Müsavat Partiyasını parçalamaq çətin olar. Hər halda mən bunların təhlilini deyirəm. Bu, rəyasət heyətində olan təhlildir və mənim də qulağıma gəlib çatıb. Ona görə də üstümüzə gəlirlər və bu dəfə daha amansız şəkildə gəlirlər.
- Rauf bəy, qeyd etdiyiniz kimi, artıq uzun müddətdir ki, sizə qarşı bu kampaniya aparılır. Sizcə, bunun bir sonu varmı?
- Bu, mənəvi terrordur. Ölkənin müstəqil bir qəzetinə qarşı mənəvi terrordur. Bilirsiniz ki, Əli Kərimli "Azad Akif” imzası ilə sistematik məqalələr yazır. Onu özü yazır və mənə bu barədə özü etiraf edib ki, əksər baş məqalələri onun özü yazır. Çünki ətrafında yazacaq adamı qalmayıb. Orada etiraf edir ki, doğrudan da "Yeni Müsavat” qəzeti ilə Əli Kərimlinin mübarizəsi 97-ci ilə dayanır və o vaxt da biz bunu tənqid etmişik və bu da cavabını verib. Əslində bu böyük etirafdır. Yəni bir qəzet redaktoru və qəzet redaksiyası ilə bu qədər uzun müddət dava aparmaq bir xəstəliyin təzahürüdür. Adama deyərlər, qəzetdən xoşun gəlmir, alma, oxuma, saytına baxma. Öz əlində qəzetin var, heç opponentlik də etmə, reaksiya vermə, öz xəttini apar, xəstə zadsan? Özünə niyə əziyyət verirsən? Manyaksan? Amma inanıram ki, bizi bu qədər söyə-söyə, təhqir edə-edə hər dəqiqə Əli Kərimli bizim sayta, bizim yazılara baxır, qeydlər aparır və cavab verir. Yəni bir insanın bu dərəcədə manyakal xəstəliyə düçar olması eyni zamanda bir vətəndaş olaraq məni incidir ki, mənim vətəndaşım niyə bu gündədir. Belə bir xəstə adamın ətrafına yığışan şəxslər təbii ki, zombiləşmiş dəstə ola bilər. Siz təsəvvür edin, 17 il əvvəl bu proses başlayanda Əli Kərimlinin ətrafında olan, bizi söyən adamların əksəriyyəti onun yanından gediblər, düşərgələrini dəyişiblər, qəzetlərini dəyişiblər, yeni partiya qurublar, amma Əli Kərimlinin bu manyakal təqibi dəyişməyib. İndi yeni-yeni adamlar tapır. 17 il əvvəl mənə qarşı, qəzetə qarşı başlatdığı bu proses zamanı uşaq olan Azərbaycan vətəndaşlarının bir qismini indi yanına çəkib, onları üstümə gətirir. Onların çoxu məni heç bir dəfə də vizual olaraq görməyib, amma Əli Kərimlinin göstərişi ilə sosial şəbəkələrdə atamızı, anamızı təhqir edirlər. Mən də hər zaman Əli Kərimlinin atasına, anasına cansağlığı arzulayıram, uzun ömür arzulayıram. Buna baxmayaraq, onlara cavab vermək hüququnu da özümdə saxlayıram. Mənim kimsənin valideynləri ilə işim yoxdur. Mənim işim Əli Kərimlinin özü ilədir ki, o, Azərbaycan siyasətinin bəlasıdır, qara yarasıdır, o bu siyasəti, media mühitini çirkləndirir. Əli Kərimli "Azadlıq” qəzetini bir divar qəzeti kimi, bir silah kimi öz nəzarətində kimi saxlayır. Bu da Leninizmdən, Marksizmdən gələn bir xəstəlikdir.
- Rauf bəy, siz qəzet redaktoru olmaqla yanaşı, həm də uzun illərdir ki, siyasi proseslərin içindəsiniz. Əli Kərimlinin lideri olmuş Əbülfəz Elçibəyə xəyanət etdiyi barədə fikirlər indiyə qədər səsləndirilir. Siz bu barədə nə deyə bilərsiniz?
- Bu barədə faktlarla çox yazmışıq. Əli Kərimli Elçibəyə nəinki xəyanət edib, Elçibəy haqqında "qara piar" kampaniyası aparıb, yazılar yazdırıb. O vaxt onun muzdlu yazarlar dəstəsi var idi və o zaman siyasi liderlərdən əsas hədəf Əbülfəz Elçibəy idi. Əli Kərimli yanında olduğu, liderim dediyi şəxsə qarşı gizli "qara piar" kampaniyası aparıb, onun arxasından onu xəncərliyib, satıb. Əbülfəz Elçibəy haqqında "qara piar" kampaniyasının izləri o qədər böyükdür ki, hətta biz bunlarn hamısını çap etmişik. Faktlar ortadadır. Əbülfəz Elçibəyə həyatında ən ağır ləkələri, ən ağır sözləri Əli Kərimli yazdırıb və söylədib.
- Milli Şuranın uğursuzluğunda Əli Kərimlinin rolu haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə, Milli Şura qüsurlu bir layihə idi və Azərbaycan müxalifəti tarixində ilk dəfə olaraq yad bir paytaxtda qurulmuş ideya nəticəsində ortaya çıxan bir təşkilat idi. Söhbət Moskvadan gedir. Bu, Moskvada yaradılmışdı və Bakıya transfer edilmişdi. Çox şübhəli bir qurum idi və arxasında şübhəli qüvvələr var idi. Bu barədə məndə məlumat olduğu üçün mən o təşkilata yaxın getmədim. Rüstəm İbrahimbəyov mətbuatda mənə, Pənah Hüseynə, Hacı İlqar İbrahimoğluna şəxsən müraciət etib bizim də oraya qatılmağımızı istəsə də, biz qatılmadıq. Mən bu təşkilatın boş bir təşkilat olacağını, fiksiya olacağını, heç bir nəticə verməyəcəyini, bir fəlakətlə nəticələnəcəyini əvvəldən yazmışdım və belə də oldu. Təkcə Milli Şura nümunəsi göstərdi ki, bir çoxlarından fərqli olaraq, mənim siyasi proseslərdən az-çox başım çıxır və bu təşkilatın sonunun olmayacağı proqnozunu da əvvəlcədən vermişdim. Əli Kərimli üçün isə Milli Şura bir çıxış nöqtəsi kimi oldu. Kiçik, azhəcmli çevrəsini böyütmək təşəbbüsü göstərdi, sonra Milli Şuranın indiki sədri Cəmil Həsənlini öz yanına, çevrəsinə qaytarmaq fürsəti əldə etdi. Onun bir sıra dividendləri oldu. Amma harada ki Əli Kərimlinin xeyri və dividendləri var, o yerdə Azərbaycan xalqı uduzur. Artıq illərdir ki, belədir və bu nümunədə də belə oldu, Azərbaycan müxalifəti, demokratik düşərgəsi ağır bir məğlubiyyət yaşadı və bu məğlubiyyət bərpa olunmayacaq bir məğlubiyyətdir. Yanlış Milli Şura modelinin ortaya çıxmasında əsas rolu oynayanlardan biri də Əli Kərimli oldu və Azərbaycan demokratik düşərgəsinin indi bu dərəcədə bərbad, darmadağın, ümidsiz və toparlanması qeyri-mümkün olan, yaxud da çox çətin olan vəziyyətə düşməsində Əli Kərimlinin böyük xidmətləri var.
-Artıq İsa Qəmbər Müsavat Partiyası başqanlığından getdi. Artıq Əli Kərimli də AXCP sədrliyi postunu təhvil verməli deylmi?
- Əli Kərimli elə bir tipdir ki, o, xoşluqla heç hara gedən deyil. Bu təşkilat onun var olma yeridir, səbəbidir, xəstə təfəkkürünü ifadə etmə imkanıdır. Əli Kərimlinin Azərbaycan siyasətindən getməsi çox mühümdür, çox vacibdir. Əgər o getməsə, demokratik düşərgə bir araya gələ bilməyəcək, vahid nöqtəni tapa bilməyəcək. Bu adam neçə illərdir imkan vermir ki, Azərbaycan müxalifəti bir araya gəlsin. Bu, dağıdıcı, çirkləndirici bir elementdir. Onun siyasətdən getməsi fiziki olaraq yaşadığı dövrdə mümkün olmadığı üçün onu kiçiltmək lazımdır, onun ətrafının başqa qurumlara transfer edilməsinə ehtiyac var. Yəni ətrafında zəhərlədiyi adamların sayı nə qədər az olsa, bir o qədər yaxşıdır.
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
Tarix: 27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ