"Belə düşünürəm ki, "Azərbaycan Demokratiya və Rifah” Hərəkatının yaradılması ancaq tapşırıq ola bilər. Yoxsa, buna nə ehtiyac vardı?..” Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Nüşabə Sadıqlı başqanlığa sabiq namizəd Qubad İbadoğlu və tərəfdarlarının "Azərbaycan Demokratiya və Rifah” (ADR) Hərəkatı yaratmasına münasibət bildirərkən deyib.