Iran Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraq ərazisində "İslam Dövləti” ("İŞİD”) qruplaşmasının mövqelərinə zərbələr endirib. APA-nın xəbərinə görə, bunu Pentaqonun kontr-admiralı Con Kirbi deyib. O bildirib ki, son günlər İranın "F-4 Phantom” təyyarələri vasitəsilə "İŞİD”ə zərbələr endirdiyi haqda ABŞ-ın əlində məlumatlar var.