Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
Tarix: 03.12.2014 / 02:35
Bölmə: Siyasət
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiya yönündə atdığı ilk addımlar postsovet məkanında desentralizasiya prosesinin başlaması ilə onun dövlət olaraq müstəqilliyini əldə etməsi dövrünə təsadüf edir. Faktdır ki, sovet rejimi tərkibində birləşən respublikaların idarə olunması mərkəzləşdirilmiş qaydada aparılırdı. Bu isə o deməkdi ki, istər Azərbaycan, istərsə də digər sovet respublikalarında fəaliyyət göstərən nazirlik və komitələr son söz demək səlahiyyətinə malik olmayıb ittifaq miqyaslı qurumlara tabe idi.
Sovet İttifaqı Kommunist Partiyasının yürütdüyü sərt ideoloji siyasi xətt isə millətlərin özünütəsdiq imkanlarını minimuma endirməklə onların ruslaşdırılması, tarixinin təhrif olunması və sovet rəhbərlərinin istəyinə uyğun yazılması kimi istiqamətləri hədəfləyirdi ki, bu postulatlara da əməl olunması ciddi nəzarət altında idi. Məhz həmin ideoloji xəttin sayəsində də Azərbaycan 70 il öz soy-kökündən təcrid vəziyyətində yaşamağa məhkum edilərək "böyük qardaş"ın dostuna dost, düşməninə düşmən nəzəri ilə baxmalı oldu. Mayasını saxta pafos təşkil edən bu başabəla ideologiya hətta o dərəcədə qatı şəkildə və avtoritarcasına aparılırdı ki, 1905-1906-cı və 1918-ci illərdə azərbaycanlıların kütləvi şəkildə məhvinə yönəlik siyasət yeritməsinə, türklərin qanına yerikləməsinə baxmayaraq, düşmənlərimiz haqqında "Qardaş olub Hayastan - Azərbaycan" kimi mahnıların ortaya atılması ilə onların gerçək niyyətlərinin pərdələnməsinə çalışılır, hər vasitə ilə türkçülüyün və türk tarixinə bağlılığın yaddaşlardan silinməsi hədəflənirdi. Millətin hətta milli kimliyini unutdurmağa çalışan bolşevik başbilənləri, nə yazıq ki, "azəri" adlı milləti "icad" etməklə Azərbaycan xalqını şanlı hərb tarixi olan türk kökündən təcrid etməyi və uzun onilliklər əsarəti altında saxlamağı bacardı. Lakin qan üzərində qurulan bütün xanədanlar kimi, sovet xanədanı da dağılmağa məhkum idi. Beləliklə, ötən əsrin 90-cı illərində başlayan dağılma prosesi ilə, digər respublikalar kimi, Azərbaycan Respublikası da müstəqilliyinə qovuşdu. Lakin təəssüf ki, bu müstəqillik qansız-qadasız ötüşmədi və Azərbaycanın imperiya tərkibindən "amputasiyası" ilə heç cür barışmaq istəməyən sovet rəhbərliyinə bu işdə hər zaman onların əlində alət olmuş mənfur qonşularımız yardımçı oldular. Məhz onların əzəli və əbədi Azərbaycan torpaqlarına əsassız iddiaları gənc dövlət olaraq ölkəmizin dünya birliyindən haqq-ədalət istəməsini günün tələbinə çevirdi. Lakin sovetlər birliyinin param-parça olmasından sevincini gizlətməyən Qərb, nədənsə, Azərbaycanın haqlı mübarizəsini kənardan seyr etməklə ona ikili standartlardan yanaşmaqdan uzun müddət çəkinmədi və bu siyasət hələ də davam edir. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti özünün müstəqilliyini qazanmasından keçən müddət ərzində dünya siyasi və iqtisadi arenasında öz sözünü deməklə yanaşı, regionun aparıcı dövlətinə çevrilməyi də bacardı.
1991-ci il 18 oktyabr tarixindən bu günə kimi Azərbaycan dünya birliyinə inteqrasiya istiqamətində bir çox irəliləyişlərə imza ataraq region ölkələri arasında təkcə strateji və coğrafi əhəmiyyətinə görə deyil, həm də iqtisadi potensialına görə önəmini təsdiqləsə də, bu yol onun üçün heç də hamar olmadı. Müstəqil Azərbaycan dövlətinin bu istiqamətdə ilk addımlarından biri ölkənin xarici iqtisadi siyasətinin əsasını təşkil edən beynəlxalq əməkdaşlıqla bağlı oldu. 1991-1992-ci illərdə Azərbaycanın dünya ölkələri tərəfindən ardıcıl şəkildə tanınması onun dünya birliyinə inteqrasiyasına geniş yol açdı. 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının işlənməsinə dair "Əsrin müqaviləsi"nin imzalanması isə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın əsasını qoymaqla Azərbaycanın dünya ölkələri ilə əlaqələrinin genişlənməsinə və beynəlxalq arenada mövqe qazanmasına güclü təkan verdi. Bunun ardınca - 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi "Böyük ipək yolu"nun bərpası üzrə keçirilən Bakı Beynəlxalq Konfransı və onun nəticələri Azərbaycanın müstəqillik illərində xarici siyasətinin qazandığı ən mühüm nailiyyətlərdən biri sayılır. Avropa Birliyinin TASİS - TRASEKA proqramı çərçivəsində "Böyük ipək yolu"nun bərpası üzrə həyata keçirilən tədbirlər əslində təkcə Azərbaycanın deyil, Avropa - Qafqaz - Asiya dəhlizində yerləşən bütün ölkələrin inkişafı, onların iqtisadi potensialından daha səmərəli istifadə üçün əlverişli şərait yaratmaqla, həm də Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın dünyaya inteqrasiyasının dərinləşməsinə xidmət edirdi. Təsadüfi deyil ki, bu gün geopolitik proseslərdə Azərbaycanın mövqeyi ilə hesablaşılır, onun regionun bu və digər ölkəsi ilə bağlı tutduğu pozisiya son qərarların verilməsində öz sözünü deyir. Elə ötən illərdə İranın uranın zənginləşdirilməsi yönündə fəaliyyətinin nəticəsi olaraq Amerika və Avropanın bu cənub qonşumuza qarşı müharibə ritorikası ilə danışdığı dönəmlərdə Azərbaycan siyasi rəhbərliyinin, İrana qarşı müharibə başlayarsa, ölkədən platsdarm kimi istifadə olunmasına yol verilməyəcəyinə dair bəyanatı dediklərimizə sübut sayıla bilər. Bu o demək deyildi ki, Azərbaycan təcavüzkarın yanındadır və ya həmsərhəd ölkənin nüvə silahına malik olmasına göz yumacaq qədər diletantdır. Bu o deməkdi ki, Azərbaycan dövləti regionda balanslı siyasət yürütməkdə maraqlıdır və bütün qonşuları ilə dinc yanaşı yaşama prinsipinə sadiq qalaraq bunu özünün dövlətçilik strategiyasının əsas tərkib hissəsi kimi görür.
Bu gün Avropa Atlantik strukturlarına inteqrasiya Azərbaycan dövlətinin xarici siyasətində ardıcıl yürütdüyü strateji xətdir və Avropa İttifaqı ilə Azərbaycan arasında istər siyasi, istər iqtisadi, istərsə də humanitar və digər sahələrdə partnyorluğun qurulması bu siyasətin ana xəttini təşkil edir. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyi prioritet istiqamət kimi müəyyənləşdirib və bu münasibətlər durmadan inkişaf etdirilir. Bu təşkilatla ölkəmiz arasında 1993-cü ildə mərhum prezident Heydər Əliyev tərəfindən əsası qoyulan diplomatik münasibətlər bu tarixdən keçən müddət ərzində Prezident İlham Əliyev tərəfindən qarşılıqlı maraqlar çərçivəsində yüksələn xətlə inkişaf etdirilməkdədir. Hələ 1996-cı ildə Azərbaycan və Avropa İttifaqı arasında "Tərəfdaşlıq və əməkdaşlıq haqqında" sazişin imzalanması ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşması istiqamətində atılan ilk addım oldu. Avropa İttifaqının Cənubi Qafqaz regionu üzrə xüsusi nümayəndəsinin təyin olunması ilə regiona ciddi maraq göstərdiyini təsdiqləyən Aİ bu gün artıq Azərbaycanı regionun söz sahibi ölkəsi kimi tanımaqdadır.
2004-cü ilin mayında imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında" Saziş ikitərəfli əlaqələrin daha da dərinləşməsi, ölkəmizin iqtisadi cəhətdən inkişaf etmiş Avropa məkanına inteqrasiyasının sürətlənməsi, regional əhəmiyyətli müştərək layihələrin həyata keçirilməsi baxımından ciddi əhəmiyyət kəsb edir. 2006-cı il 14 aprel tarixində isə Azərbaycan Avropa İttifaqının "Yeni qonşuluq siyasəti" proqramına, daha sonra AB-nin "Şərq Tərəfdaşlığı" proqramına qoşulub ki, bu proqramların da aparıcı qollarından birini respublikamızda birgə iqtisadi layihələrin reallaşdırılması təşkil edir.
Bu tarixlərdən ötən illər ərzində Azərbaycan istər xarici siyasətində üstünlük verdiyi balanslaşdırılmış kurs, istərsə də beynəlxalq miqyasda iqtisadi sahədə fəaliyyəti ilə özünün əhəmiyyətini yüksək səviyyədə nümayiş etdirə bilib. Təsadüfi deyil ki, əvvəllər Azərbaycana yalnız üç Qafqaz respublikasından biri kimi baxan Avropa İttifaqı artıq son onillikdə Respublikamızı ciddi strateji tərəfdaş kimi tanıyır və onun bütün sahələrdə modernləşmə və Avropa standartlarına uyğunlaşma kursuna sadiqliyini dəstəkləyir. Bu barədə bu günlərdə İtaliya KİV-lərinə danışan Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bütün sahələrdə Azərbaycanda modernləşmənin həyata keçirildiyini qeyd edərək, ölkəmizin əsas tərəfdaşlarından biri kimi, Avropa İttifaqının prosesdə iştirakının önəmini qeyd edib və bildirib ki, Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması, ölkədə qanunun aliliyi və demokratik prinsiplərin gücləndirilməsi, iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi və ölkənin təhsil sisteminin ümumavropa təhsil sisteminə inteqrasiyası prioritetlər sırasındadır: "Biz bir çox məsələlər üzrə Avropa Birliyi dəyərlərini və baxışlarını bölüşürük və əməkdaşlığımızı daha da gücləndirmək əzmindəyik. Bu xüsusda İtaliyanın Azərbaycan - Avropa İttifaqı əlaqələrinə verdiyi dəstək yüksək qiymətləndirilir". Ölkəmizin Avropa İttifaqının "Yeni qonşuluq" və "Şərq tərəfdaşlığı" proqramlarında aktiv iştirakından da danışan E.Məmmədyarov Azərbaycanın bu proqramlar çərçivəsində ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığını xüsusi qeyd edib.
Müstəqil Azərbaycan dövləti özünün strategiyasında regionda təhlükəsizliyin təmini məsələsinə də xüsusi əhəmiyyət verir. Məhz bu məsələnin onun dövlət olaraq strategiyasında qırmızı xətlə keçməsi Azərbaycanın avrointeqrasiya sahəsində apardığı siyasətin aparıcı dövlətlər tərəfindən təqdir olunmasını şərtləndirir. Belə ki, 20 ildən çoxdur müharibə şəraitində olmasına, torpaqlarının 20 faizinin düşmən tapdağı altında qalmasına baxmayaraq, Azərbaycan siyasi rəhbərliyi hələ də təmkin nümayiş etdirərək münaqişənin danışıqlar yolu ilə çözülməsinə önəm verdiyini əməli şəkildə göstərməkdədir. Bu isə istər regionda təhlükəsizliyin təmin olunmasında maraqlı olan dövlətlərin, istərsə də, hərbi situasiya yaranarsa, bundan birbaşa əziyyət çəkəcək qonşu dövlətlərin bu haqlı mübarizəsində Azərbaycanın yanında yer almasını təmin edir və onun dünya dövlətləri arasında nüfuzunu qaldırır.
Müasir dünyamızın bu təlatümlü mərhələsində Ukrayna kimi bir çox dövlətlərdə hələ də avrointeqrasiya prosesinin siyasi alver predmetinə çevrildiyi, qan-qadalara yol açdığı faktdır. Azərbaycan isə bu mərhələləri geridə qoyaraq, beynəlxalq əlaqələrini genişləndirməklə istər yaxın və uzaq qonşuları, istərsə də dünya dövlətləri ilə əlaqələrini genişləndirməyi özünün prioritetləri sırasına daxil edərək bu yolda inamla irəliləyir və yəqin ki, irəliləməkdə davam edəcək. Belə düşünməyə isə onun bu gün dünya ölkələri arasında tutduğu mövqe əsas verir.
Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
Tarix: 27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ