Bazar günü günü, 29 noyabr 2026
     

İŞİD Rusiyaya yayılır

Image


Hələ də zərərsizləşdirilməsi müşkülə çevrilən İŞİD terror qruplaşmasının Qafqaz üçün yaratdığı təhlükənin miqyası daha böyük sürətlə artmağa başlayır. Problem ondadır ki, regionda həm İŞİD-in tərəfdarları var, həm də əvvəldən burada fəaliyyət göstərən terrorçu qruplaşmalar artıq İŞİD-ə tabe olduqlarını açıqlamaqdadırlar. Bu isə İŞİD-in bölgədə mövqelərini daha güclü hala gətirir.
Xatırladaq ki, bu günlərdə Dağıstanda fəaliyyət göstərən radikal islamçı yaraqlıların lideri "əmir Süleyman" da İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə sədaqət andı içdiyini bəyan edib. Onun əl-Bağdadiyə müraciətində bildirilir: "Biz Auxovski mücahidləri camaatı sizə sədaqət andı içməyi qərara aldıq". Bununla bağlı videomüraciətdə rus dilində, Şimali Qafqaz ləhcəsində danışan şəxs özünü "Auxovski camaatının lideri Süleyman" kimi təqdim edir. Dağıstanın terrorla mübarizə üzrə rəsmilərindən biri deyib ki, hakimiyyət həmin qruplaşma haqda məlumatlıdır və onun lideri Süleyman Zaynalabidov adlı Dağıstan sakinidir. "Bloomberg" agentliyi bu müraciəti təhlükəli hadisə kimi qiymətləndirir və bildirilir ki, Rusiyada İŞİD-in nüfuzunun getdikcə artması bu terrorçu hərəkatda təmsil olunan xarici cihadçıları "uğurları"nı öz ölkələrində təkrar etməyə həvəsləndirə bilər: "Hazırda Dağıstanda 300-dən çox şəxs İŞİD sıralarında döyüşür və onlardan 10-a yaxını geri qayıtdıqdan sonra Rusiya təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlarda öldürülüb". Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Frans Klintseviç "əmir" Süleymanın əl-Bağdadiyə müraciətini şərh edərkən bildirib: "Bu, hadisələrin təhlükəli inkişafıdır, olduqca ciddi problemdir. Bu fakt daha sistemli işin başladığını, yəni "İslam dövləti"nin xərçəng şişi kimi Şimali Qafqazda yayıla biləcəyini göstərir". Şimali Qafqazda fəaliyyət göstərən "Qafqaz əmirliyi" qruplaşması indiyədək "əl-Qaidə"yə bağlı idi. Ancaq yerli rəsmi deyir ki, indi İŞİD Dağıstanda daha populyardır. Görünür, elə bu səbəbdəndir ki, "əmir Süleyman"dan sonra Şimali Qafqazda daha bir "camaat" İŞİD-ə biət etdiyini açıqlayıb. Məlumatlara görə, Əbu-Hatab Əl-Çərkəzinin liderliyi ilə bir qrup çərkəz İŞİD-i dəstəklədiklərini açıqlayıb. Onlar Suriyanın "Beer Ajam" çərkəz kəndindən bölgəyə gəliblər. Vətəndaş müharibəsi başlayandan sonra Suriyada yaşayan çərkəzlərin Şimali Qafqaza axın etdiyi deyilir. Onlar Əsəd zülmündən Qaraçay-Çərkəz və Kabarda-Balkar bölgələrinə gəliblər. Bura Suriya çərkəzləri üçün tarixi vətən hesab olunur. Statistikaya görə, bu ilin oktyabr ayında 1624 çərkəz Suriyanı tərk edib. İndiyə qədər 12 mindən artıq çərkəz Suriyadan çıxıb. Onların 6 mini Türkiyəyə, 4 mini İordaniyaya, 2 mindən çoxu isə müxtəlif ölkələrə üz tutub. Rusiya hökuməti Suriya çərkəzlərinin ölkəyə daxil olmasının qarşısını alır. Lakin Şimali Qafqazdakı çərkəz fəallar öz soydaşlarının qanunsuz yolla bölgəyə girişini təmin edir. Onlardan radikal dindarlar çərkəzlərin ruslardan xilas yolunu, dolayısı ilə müstəqillik əldə etmələrinin yeganə yolunu İŞİD-i dəstəkləməkdə görür. İŞİD-in öz təsirini Şimali Qafqazda artırdığını bildirən rusiyalı islamşünas Rais Süleymanov bundan öncə Şimali Qafqazda olan bəzi vəhhabi təşkilatlarının "Bağdad xəlifəsi"nə özlərinin sadiqliyi haqqında and içdiklərini bildirib: "90-cı illərdə onlar İçkeriyaya cihada gedirdilər. 2000-ci ildə isə Əfqanıstan və Pakistan onların əsas ziyarət məkanı oldu. 2000-ci illərdə olan terror aktlarını törədənlərin bioqrafiyasına nəzər yetirsək, bunların Əfqanıstan və Pakistanda olduqları haqqında bölmələri görə bilərik. 2011-ci ildə isə mücahidlərin hazırlandığı yer Suriya və İraq oldu".
Ekspertlər hesab edir ki, İŞİD regiondakı radikal qrupların sədaqət andından istifadə edərək Şimali Qafqazda güclənməyə çalışacaq. Bu da bölgədə yerləşən bütün ölkələrə, o cümlədən Azərbaycana böyük təhlükələr vəd edir. Bu gedişlə isə İŞİD-in bölgədə daha güclü hala gəlməsi istisna olunmur. Xatırladaq ki, İŞİD-in hərbi qüvvələrinin tanınmış komandirlərindən olan, Gürcüstanın Pankisi dərəsindən getmiş "Ömər əl-Şişani" ləqəbli Tarxan Batiraşvili atası ilə telefon danışığında tezliklə minlərlə tərəfdarı ilə birlikdə Rusiyaya qarşı mübarizəyə başlayacaqlarını demişdi. Hazırda İŞİD təhlükəsi dünya üçün ən ciddi təhdidlərdən biri olmaqla Qafqazı, Qərbi, Orta Asiya respublikalarını, Rusiyanı narahat edir. Şimali Qafqazda İŞİD-ə dəstəyin artması Qafqaz üçün təhlükəli gələcək vəd edir. Bu, Rusiya sərhədləri daxilində olmaqla, ilk növbədə Moskvaya, daha sonra isə bölgə ölkələrinə təhdiddir. Bu səbəbdən hesab olunur ki, İŞİD tərəfdarlarının və bilavasitə bu qruplaşmaya qoşulanların ləğvi prosesi sürətlənməlidir.
Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ