şənbə günü, 03 oktyabr 2026
     

Halal haqqımız: Zəngəzur dəhlizi - Əkbər QOŞALI yazır

Image


12 aprel 2021-ci ildə Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Bəli, Hərbi Qənimətlər Parkı... Bir il bundan öncə, hətta 12-14 iyun 2020-ci il tarixi ərəfəsində, lap 26 sentyabr 2020-ci il tarixində Bakıdakı ünvanlardan danışıb, yazıb, 8 Noyabr prospekti, Hərbi Qənimətlər Parkı haqqında (xəyal, arzu-istək kateqoriyasında olsa belə!) söz söyləmək, necə deyərlər, cəsarət tələb edərdi.

Uzağa getmirəm: bu sətirlərin müəllifi “Ermənistanın qeyd-şərtsiz Təslim (kapitulyasiya) Aktı” layihəsini yazmış, 2020-ci il, avqustun əvvəllərində sosial şəbəkədə yayınlamışdı; o layihə bir neçə mətbu orqanda da tirajlanmışdı və reaksiyaları yaxşı xatırlayıram. – Qısa kəssək və yığcam cümlə ilə yazsaq, bəndənizi sadəlövhlükdə, xalqın başının altına yastıq qoymaqda suçlayanlar oldu bir xeyli... (O layihəni xeyli partiya, QHT, KİV başqanına, deputata da göndərmişdim)... Deməm o ki, 2020-nin apreli ilə 2021-in aprelini müqayisə etdiyimiz kimi, 2021-ci illə 2022-ci ili qiyaslamaq keçir könlümdən. Bilirsiz, bu müqayisədəki növbəti yüksəlişimizi təsəvvür etmək üçün ölkəmizin qüdrətini, dövlət-xalq birliyimizi, gənc nəslin vətənpərvərliyini, Ermənistan ordusunun belinin qırılmasını, Azərbaycanın Tarixi Zəfəri ilə yaranan yeni reallıqları və b. amilləri əsas alıram. Bununla da, sadəcə hadisələri izləməklə qalmayıb, hər kəsi uğurumuza öz bacarığı, qabiliyyəti, imkanı boyda və həcmdə uğur qatmağa çağırıram. 1 il sonra Xankəndidən, Zəngəzurdan keçərkən internet axtarış sistemlərində bu yazını xoş bir təbəssümlə bularaq, oxuyub paylaşmaq ümidi, inamı ilə Azərbaycan Prezidentinin Hərbi Qənimətlər Parkının açılışından sonra hərbçilərlə görüşdəki çıxışından sitat gətirmək istəyirəm: 

“İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik. Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq”.

Müzəffər Ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışından bir gün sonra ADA Universitetində keçirilən “Güney Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxış etdi. İki gün, iki mühüm tədbir, çıxışların hər ikisində verilən çox önəmli informasiyalar, ismarınclar! Ən ümumi şəkildə ifdə etsək, nələri fərqləndirmək olar?

-Azərbaycan qalib ölkə olmanın qürurunu, necə deyərlər, ədaya, barışmazlığa, problemlərin həllindən qaçış vasitəsinə çevirmir. Tam tərsinə, qalib ləyaqəti göstərir, kişilik nümayiş etdirir! Aylar öncə “qalib” Ermənistanın nə hoqqalardan çıxdığını unutmamışıq. Yaxın tarix göstərdi ki Ermənistan nə müharibə, nə sülh ortamında davranmağı əsla bacarmır. Erməni cəmiyyəti 30 ilə yaxın saxta “qalib” ədasından əziyyət çəkirdi – gülə bilməyən adam misali... İndi bizim sevinməyə haqqımız var, qürur halal haqqımızdır; region ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin məsuliyyətli kilid ölkəsi kimi çıxış edirik; qalibiyyətimizi problemə deyil, şansa çeviririk: birgə yaşayış, beynəlxalq hüquq, mehriban qonşuluq, ədalətli sülh tərəfdarı olanlar bizim halal qalibiyyətimizin ədasını deyil, şans üzünü görür. İşğalçı cahillərlə azadlıq aşiqlərinin fərqi budur; bu, işğal mədəniyyətsizliyi ilə quruculuq mədəniyyətinin fərqidir; Azərbaycanla Ermənistan arasında Xeyirlə Şər misali fərqin özüdür bu!    

Dediklərimizin bir istiqaməti də Türkiyə ilə Ermənistan arasında sınırların açılması, kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlıdır. Vaxtı ilə məhz Türkiyədən olan və məhz Qarabağ mövzusunda yanar ürəklə yazan ustad Ozan Arif hayqırırdı: Ya Qarabağ ya ölüm! Başqa yolu yox artıq! Ustadın ruhuna alqışlarla onun sözlərini bugünümüz və dəhliz üçün bir balaca dəyişdirib yazmaq istərdim: Ya Zəngəzur ya ölüm! Başqa yolu yox artıq! Məşhur deyimlə söyləsək, biz sevə və sevdiyimiz uğrunda ölə bilirik! Sevgili Zəngəzur uğrunda ölüm gözləmir bizi, bəlkə öldürmək gözləyir; qarşı tərəfdə ölmək istəməyən varsa, onlar da bizim cızdığımız xətlə getməli, bizim yaratdığımız yeni reallıqla barışmalı, Zəngəzur dəhlizinin çəkilişini quzu-quzu izləməlidir! Zəngəzur əcdadımızın yurdudur, uzaq olmayan tarixdə bizimdi və Ermənistana qeyri-qanunu, əsassız, haqsız şəkildə verilib. İndi Zəngəzur dəhlizi tarixə açılan dəhlizdir, həqiqətlərə açılan dəhlizdir, gələcəyə açılan dəhlizdir.   

Dəhliz uğursuz dövlətə nə verər bilmirəm, ancaq uğursuz dövlətin ərazisində yaşayanlar üçün dolanışacaq dəhlizi rolunu oynaya bilər (boş başlarının dibində, böyür-başında ağıl qırıntıları qalıbsa)...

Bəli, Azərbaycanda əlverişli biznes mühiti var, ölkənin iqtisadi reytinqləri yüksəkdir; bu mühit, bu yüksəklik yaxşı perspektiv vəd edir. 

Bu yerdə bir masal-misal çəkim.

Bir azərbaycanlı, bir erməni, bir rus yol gedirmiş, qarşılarına bir xeyirxah çıxır. Xeyirxahın könlünün xoş vaxtıymış, görür ortabab söhbət gedir, aranı bir azca canlandırmaq adına dillənir: “Diləyin məndən nə dilərsiz! Kim məndən nə istəsə, yanındakılara ondan ikisini verəcəm”. Necə deyərlər, əhdü-peyman bağlanır, hər kəs anlaşır, razılaşır. Rus həmən “vodka” deyib, alır bir “vodka”sını, bizimki və erməniyəsə adambaşına iki “vodka” çatır. Azərbaycanlı sorğuya “at” deyə cavab verir, rus və erməni hərəyə iki ata yiyələnir. Ermənisə bir az zaman istəyir ki, bəs fikirləşməliyəm. Fikirləşməz olsun ermənini, qayıdır ki, bəs, mənim bir gözümü çıxart. Bəli, bəli, gözümü çıxart..! İş danışıqdan keçər, erməninin bir, rus və bizimkinin hər iki gözü çıxarılır... 

Bir də bizim ata sözlərimiz var – mədəni zənginliyimizin, milli xarakterimizin təcallası: 

-Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan;

-Xeyir dilə qonşuna, xeyir gələr başına; 

-Qonşu muncuğunu götürən, onu ancaq gorda taxar;

-Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!

Başqa xalqlarda necə deyilir? – Bax, bu iki deyim ermənilərin boyuna biçilib elə bil:

-Paxıl adam elə bilər ki, qonşusunun ayağı sınsa, o daha yaxşı yeriyər 

(Danimarka atalar sözü);

-Yalnız özünü düşünən insan yumurtasını bişirmək üçün qonşusunun evini yandırar (Frensis Bekon)...

Uzun sözün qısası, “qonşu” Ermənistanla Azərbaycanın əməkdaşlığının gələcəyi Ermənistanın siyasi-hərbi rəhbərliyinin davranışlarından asılıdır. – Asılıdır Ermənistanın özünün öz statusuna aydınlıq gətirməsindən: bu, nədir – dövlətdirsə, zəhmət çəksin, dövlət ciddiyyəti, ləyaqəti, dövlət xarakteri göstərsin; “fort-post”dursa, gedək yiyəsi ilə danışaq və yaxud özü buyrsun yiyəsinin dediklərincə davransın; yox, əgər yalnızca bir quberniyadırsa, xub! - çəkilsin Zəngəzurdan, Göyçədən, İrəvandan, onu Üçkilsə səmtində ufacıq bir yerli özünüidarə qurumu kimi tanıyaq, bir dəhliz də ora çəkək...

Yoxsa, 44 günlük müharibə (müharibədən keçən aylar) erməni cəmiyyətini gerçəklikləri idraka vadar etməyibmi hələ?

Və nəhayət! “Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyası bizim qələbəmizlə fəxr edir. Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır.

Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Yaşasın Azərbaycan”! – Dövlət başçısının bu sözlərindən daha uyğun sonluqmu var? – Zatən bu yazı cənab Prezidentin iki gün iki tədbirdə etdiyi çıxışlar əsasında hazırlanıb.

Dövlətimiz zaval görməsin!

Əkbər QOŞALI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ