şənbə günü, 03 oktyabr 2026
     

101 il əvvəl Zəngəzurun Ermənistana verilməsinin əleyhinə kimlər gedə bildi...

Image


Azərbaycanın tarixi ərazisi olan Zəngəzurun Ermənistana verilməsi səbəbləri uzun illərdir müzakirə edilir.

Məlum olduğu kimi, ermənilərin özlərinə Qafqazda - Azərbaycan ərazilərində ilk dövlət yaratmaları üçün onların havadarlarının və təəssübkeşlərinin təhriki və təzyiqi ilə 1918-ci ilin mayında İrəvan ermənilərə verilib və İrəvan xanlığı ərazisində indiki Ermənistan dövləti yaradılıb. Bununla kifayətlənməyən ermənilər tarixi Azərbaycan torpağı Zəngəzura qarşı da iddialarından əl çəkməyiblər.

  • “Zəngəzur 1920-ci ildə Ermənistana verilmişdir – 101 il əvvəl”

“...Mən deyəndə ki, Zəngəzur qədim Azərbaycan torpağıdır, bu, həqiqətdir. Zəngəzur 1920-ci ildə Ermənistana verilmişdir – 101 il əvvəl. Ondan əvvəl o torpaq bizə məxsus idi. Onların bu gün Sevan adlandırdığı Göyçə gölünün ətrafında azərbaycanlılar yaşayıblar. Bu da bir həqiqətdir. XX əsrin əvvəlindəki xəritələrə baxsanız Sevan deyil, Göyçəni taparsınız. İrəvanla bağlı da məsələ eynidir. Onlar İrəvanın tarixi hissəsini məhv ediblər. Bunlar hamısı faktlardır. Azərbaycanlılar orada yaşamışlar, o cümlədən, mənim ulu babalarım. Bunlar hamısı faktlardır, lakin bizim ərazi iddiasında olmağımız anlamına gəlməməlidir. Bilmirəm, bunu eşitmisiniz, yoxsa yox, mən demişəm ki, biz oraya qayıdacağıq. Ancaq mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik. Bir daha bu suala görə təşəkkür edirəm. Bu sual məsələyə aydınlıq gətirməyə və öz mövqeyimi ortaya qoymağa imkan yaratdı. Biz tariximizi yadda saxlayacağıq, ancaq Ermənistan da daxil olmaqla, heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur...”. Bunu aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxış edərkən deyib.

Zəngəzur da daxil olmaqla, Azərbaycanın tarixi ərazilərinin Ermənistana verilməsi hadisələri ilə bağlı ölkə başçısı dəfələrlə öz çıxış və müsahibələrində geniş bəhs edib. Əlbəttə, gənc nəsil öz tarixini, öz tarixi sərhədlərinin haradan başlayıb, harada bitdiyini bilməlidir. 

  • Azərbaycanın tarixi torpağı - Zəngəzur...

Tarixçilərin “Vikipediya” və digər internet resurslarında yerləşdirdikləri materaillarda ermənilərin Zəngəzura iddiasının və onu hansı ölkələrin, hansı siyasi qüvvələrin, dövlətlərin dəstəyilə ələ keçirdiklərinin izahını bu cür verirlər: “...Mudros müqaviləsi əsasında Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər AXC tərkibində yaradılan Qarabağ general-qubernatorluğunu tanıdılar və Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Zəngəzur qəzası da bura daxil idi. Andranik bölgəni tərk etsə də, Dronun qoşunları ərazinin bir hissəsini öz nəzarəti altında saxlaya bildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərilməsini qərara aldı. Bu məqsədlə hərbi nazirlik 1919-cu il oktyabr ayının 30-da xüsusi Zəngəzur dəstəsi yaratdı. Dəstənin rəhbəri 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlinski idi. Dəstə oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndidən Zəngəzura doğru hərəkətə başladı. Müxtəlif istiqamətlərlə hərəkət edən birinci, habelə sağ və sol dəstələr Dığ yaşayış məntəqəsinə doğru irəliləməli idilər. Dığın erməni silahlı qüvvələrindən təmizlənməsi həm Qarabağa aparan strateji yolu, həm də bölgəni nəzarət altında saxlamaq üçün böyük əhəmiyyət daşıyırdı. Dəstənin rəisi Şıxlinskinin əmrinə əsasən, 1-ci dəstə noyabrın 3-də hücuma başlamalı, dəstənin piyada bölmələri 2 ədəd topla Sultanlar kəndi, süvari bölmələri isə Sadınlar kəndi istiqamətində irəliləməli və orada döyüşqabağı mövqe tutmalıydı. Hücum zamanı dəstənin sağdan mühafizəsi Sultan bəy Sultanovun rəhbərliyilə yerli partizanlara tapşırıldı. Dığ istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, onu əldə saxlamaq mümkün olmadı”.

  • 1920-ci il 30 aprel tarixli notada ermənilərdən nə tələb edilib?

Məlumatda daha sonra qeyd edilir: “1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi.

1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu, hərçənd bölgələrdə daşnak hökuməti hələ tam süqut etməmişdi”.

  • Zəngəzur Ermənistana necə və kimlər tərəfindən verildi?

Tarixçilərin yazdığına görə, Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla həll olunub. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. “Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən  3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi...”. İnternet resurslarında Zəngəzur haqqında məlumatda belə qeyd edilir.

  • “Xalq Cümhuriyyəti də, Nərimanov da Zəngəzurun ermənilərə verilməsinin qəti əleyhinə idilər, buna razı deyildilər”

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, professor Qasım Hacıyev bizimlə söhbətində bildirdi ki, Zəngəzur da daxil olmaqla, bütövlükdə, Qərbi Azərbaycan torpaqlarının hamısı əzəli, tarixi Azərbaycan torpaqlarıdır. “Tarixdən yaxşı məlumdur ki, İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində, İrəvan şəhəri də daxil olmaqla, Ermənistan dövləti yaradıldı. Ermənistan bəzi dövlətlərin havadarlığı ilə yeni ərazi iddiaları ortaya qoydu və ərazilərini genişləndirmək məqsədilə Azərbaycanın digər torpaqlarını da ələ keçirməyə çalışdı. Yəni 9, 8 kvadratkilometr ərazi ilə kifayətlənməyib, Göyçəni, Zəngəzuru, Qarabağı tələb etdilər. Ermənilərə İrəvan şəhəri ona görə verildi ki, onlara müvəqqəti olaraq paytaxt yaradılsın, dövlət yaradılsın ki, onlar bu separatizmdən, ərazi iddialarından əl çəksinlər. Qafqazda terrorizmin, separatizmin bünövrəsini ermənilər qoyublar. Ona görə də istədilər ki, İrəvanı verməklə onları neytrallaşdırsınlar. Amma təəssüflər olsun ki, əl çəkmədilər, Ermənistan dövləti yaranan kimi yenidən silahlara sarılaraq Azərbaycan ərazilərinə iddialarını genişləndirdilər. Beləliklə, Zəngəzur ermənilərə verildi. Təbii ki, Zəngəzurun Ermənistana verilməsi birbaşa Moskvanın təzyiqi ilə baş verib. Zəngəzura ermənilərin müxtəlif quldur dəstələrinin hücumları başlamışdı, azərbaycanlıları öldürürdülər, qılıncdan keçirirdilər, kəndləri yandırırdılar. İrəvandan Zəngəzurun son nöqtəsinə qədər 200-ə yaxın evi dağıdıb xaraba qoydular. Azərbaycan Zəngəzuru ermənilərə məcburiyyət qarşısında verdi. Xalq Cümhuriyyəti də, Nərimanov da Zəngəzurun ermənilərə verilməsinin qəti əleyhinə idilər, buna razı deyildilər. Düzdür, İrəvanın ermənilərə verilməsinə nisbətən razılıq vardı, hətta sənəddə bir neçə hökumət nümayəndəsinin imzası da vardı. Amma Zəngəzuru isə tamamilə qanunsuz olaraq, heç bir qərar verilmədən, heç bir qanun çərçivəsinə salınmadan, quldurcasına bizdən alıb Ermənistana birləşdirdilər. Beləliklə, böyük Zəngəzur vilayəti iki hissəyə bölündü...”.    

Ölkə başçısının Zəngəzurun tarixi Azərbaycan torpağı olduğunu və onun 101 il bundan əvvəl bizdən qoparılaraq ermənilərə verilməsi məsələsini vurğulamasının çox mühüm tarixi əhəmiyyət daşıdığını deyən Q.Hacıyev hesab edir ki, biz öz tariximizi, öz ərazilərimizi yaxşı tanımalıyıq.

  • “Zəngəzurun ermənilərə verilməsinin əleyhinə idilər”

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin sözlərinə görə, istər Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920), istərsə də Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra onun yerində Sovet Rusiyasının birbaşa yardımı ilə yaradılmış Azərbaycan Sovet Sosialist Respublikası olsun, bu dövrlərdə Azərbaycan torpaqlarının bu və digər şəkildə parçalanması niyyəti həm Rusiyada, həm də Qərb dövlətlərində vardı. Qərb dövlətlərinin bölgədə yeni bir türk dövlətindən daha çox məhz xristian dövlətlərinin yaradılmasında maraqlı olduqlarını deyən F.Ələkbərlinin sözlərinə görə, bu anlamda da Cümhuriyyət dövründə İrəvan məsələsində yeni yaradılmış Cümhuriyyətin rəhbərliyinə və Milli Şuraya ciddi təzyiqlər var idi. “Xüsusilə də Qərb dövlətləri də bu məsələdə çox ciddi təzyiq göstərirdilər. Bu anlamda İrəvan məsələsində Milli Şura güzəştə getməyə məcbur edilmişdi. Təkcə İrəvan deyildi, İrəvandan sonra, eyni zamanda, məhz İrəvanın ətrafının da, xüsusilə də Zəngəzurun və Naxçıvanın da ermənilərin əlinə keçməsinə çalışan, Ararat Respublikasına birləşdirilməsində, dediyim kimi, maraqlı olan qüvvələr çox idi. Həm 1918-20-ci illərdə, bundan sonra da Qərb dövlətlərinin – Fransa, Böyük Britaniya, ABŞ-ın və Sovet Rusiyasının bu məsələdə marağı olmuşdu. Təbii, 1918-1920-ci illərdə İrəvanın güzəştə gedilməsinə məcbur edilən Milli Şuranın rəhbərliyi artıq birmənalı şəkildə Zəngəzurun, Naxçıvanın, Göyçənin və digər ərazilərimizin Ermənistana birləşdirilməsinə qarşı çıxırdı. İstər Milli Şuranın rəhbəri olmuş və faktiki olaraq Azərbaycan Xalq Cümhuriyyətinin rəhbəri Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, eyni zamanda, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov və başqaları buna qarşı çıxırdılar. Onlar qəti şəkildə Zəngəzurun ermənilərə verilməsinin əleyhinə idilər. Bununla yanaşı, Naxçıvan və Zəngəzur məsələsində uzun müddət Kazım Qarabəkir paşanın da mühüm rolu oldu. Xüsusən də Naxçıvanın və Zəngəzurun böyük hissəsinin Azərbaycan Xalq Cümhuriyyətinin, daha sonra isə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində qalmasında...”.

F.Ələkbərli təəssüflə qeyd etdi ki, Cümhuriyyət süquta uğradıldıqdan sonra onun yerində Azərbaycan Sovet Sosialist Respublikasının rəhbərliyinə də Zəngəzurun ermənilərə verilməsi ilə bağlı təzyiqlər davam edib. “Burada diqqətçəkən məqamlardan biri odur ki, Sovet Rusiyasının dəstəyilə Azərbaycan Sovet Sosialist Respublikası 1920-ci ilin 28 aprelində elan edilsə də, Ermənistan Sovet Sosialist Respublikası 30 noyabr tarixində elan edildi. Mənə elə gəlir ki, Ermənistanın Azərbaycandan 5-6 ay sonra sovetləşdirilməsi səbəbsiz deyildi. Həm Sovet Rusiyasının, həm də Qərbin marağı Ermənistanı sovetləşdirməmişdən əvvəl mümkün qədər onun ərazilərini genişləndirmək idi”.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ