Bazar günü günü, 29 noyabr 2026
     

PKK ilə bağlı dolaşıq, anlaşılmaz proseslər başlayıb

Image


Kobanidə hələ də davam edən İŞİD terror qruplaşması ilə kürdlər arasındakı qarşıdurma, əvvəlki kimi, PKK-nın Türkiyəyə qarşı aqressiv davranış sərgiləməsi ilə müşayiət olunur. Hesab edilir ki, PKK və Türkiyə arasında qarşıdurma şiddətlənərsə, bu, barəsində bir vaxtlar söz açılan sülh prosesinin üzərindən birdəfəlik xətt çəkmək iqtidarındadır.
Belə bir vaxtda isə PKK lideri Abdullah Öcalanın kifayət qədər maraqlı yazılı bəyanatı yayılıb və burada qeyd olunur ki, Türkiyədəki kürd məsələsi 4-5 aya həll edilə bilər. O, bunun üçün tərəflərin razılığa əməl etməli olduğunu bildirib: "Əldə edilmiş razılığa tam əməl olunsa, o zaman 4-5 aya bütün Yaxın Şərqin gələcəyinə təsir edə biləcək demokratik qərar qəbul olunacaq. Qərarlılıq olmasa, regionda xaos artacaq və bu,yeni toqquşmalara gətirib çıxaracaq".
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə hökuməti PKK ilə başladılan "həll prosesi"ni müvəqqəti olaraq dayandırıb. Özü də buna əsas səbəb PKK özü olub. Nəticədə PKK lideri Abdullah Öcalan və kürd partiyası HDP ilə danışıqlar dayandırılıb. Gözləmə müddətinin nə zamana qədər davam edəcəyi məlum deyil. İndi isə PKK lideri Abdullah Öcalan Türkiyədəki kürd məsələsinin 4-5 aya həll edilə biləcəyini qeyd edir. Hesab olunur ki, bu məsələdə PKK-nın müəyyən şərtləri var. Lakin həmin şərtlər açıqlanmadığından, Abdullah Öcalanın dediyi müddətdə PKK məsələsinin həllini tapa biləcəyi böyük sual altındadır. Halbuki, Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edir ki, Ankara həll prosesi məsələsində qəti qərarlıdır: "PKK ilə danışıqlar davam edə bilər. Amma heç kim həll prosesindən istifadə edərək, Türkiyədəki ictimai asayişi pozmağa cəhd etməsin. Heç kim Şərqi və Cənub-Şərqi Anadoluda yaşayan kürd vətəndaşlarımızı istismar edərək və ya onlara zülm edərək həll prosesinə mane olmağa cəhd etməsin. Bu məsələdə fikrimiz qətidir. Bu proses bundan sonra da davam edəcək".
Məsələyə Abdullah Öcalanın Ərbildə yaşayan qardaşı Osman Öcalanın münasibəti də çox maraqlı olub: "PKK Abdullah Öcalana "bəli deyir, amma rədd etmə strategiyası" həyata keçirir. Mənin fikrimcə, iki PKK var. Biri Qəndildəki, digəri isə İmralıdakı PKK-dır. İmralıdakı PKK xalqın PKK-sıdır. Qəndildəki PKK daha fərqli xüsusiyyətlərə malikdir". Bu fonda ekspertlər hesab edir ki, əslində, PKK Türkiyəyə qarşı olan qüvvələrin əlində vasitə olduğundan, onunla bağlı məsələnin həlli dalana dirənib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu xüsusda maraqlı açıqlama verərək vurğulayır ki, Avropa PKK terror təşkilatını leqallaşdırmağa çalışır":İŞİD-lə PKK arasında heç bir fərq yoxdur. O halda, Avropa ölkələri PKK-nı qanuniləşdirmək üçün niyə bu qədər çalışır?". Bu açıqlama o dövrə təsadüf edir ki, Almaniya parlamentinin sol qanadının 10 üzvü Nikol Qolkeyə dəstək məqsədilə PKK bayrağı qaldırıb. Xatırladaq ki, bu ilin 18 oktyabrında Münhendə Kobaniyə dəstək nümayişində sözügedən partiyanın və Federal Məclisin üzvü Nikol Qolke PKK bayrağı qaldırmışdı. Bu hadisədən sonra Almaniyada 21 ildir qüvvədə olan PKK qadağasının ləğv edilməsini tələb edən Qolkenin Federal Məclisin toxunulmazlıq Komissiyası tərəfindən toxunulmazlıq hüququ əlindən alınmışdı. Belə vəziyyətdə hesab olunur ki, PKK-nın idarəçiliyinin bir qolu da məhz Avropaya gedib çıxır.
Bu günlərdə isə türkiyəli analitik Müyəssər Yıldız da PKK mövzusunda maraqlı bir açıqlama verib. Analitik ABŞ-la PKK-nın əməkdaşlıq etdiyini iddia edib: "Kipr, ABŞ və PKK-nın dostluğuna başqa bir şey nümunə göstərə bilərik. Bu gün artıq PKK-ya açıq-aşkar yardım edildiyi bir məqamda önəmini itirməyə başlamış sənədə diqqət etmək lazımdır. 2008-ci il. Türkiyə Aralıq dənizinin şərqində Baham adalarına məxsus gəminin PKK-ya silah daşıdığını müəyyən etmişdi. Tezliklə savaş gəmilərimiz bunu izləməyə başlayır. Həmin məqamda gəmi Cənubi Kipr sahilinə sığınır. Bizimkilər tam 40 gün buranı mühasirəyə alır və gözləyirlər. Türkiyənin mövqeyində ciddi olduğunu görən ABŞ 40-cı gün gəminin Vaşinqtona aid olduğunu və İraqa ərzaq götürdüyünü deyir. Ankara əmr verir və gəmilər geri çəkilir. Təsadüfmüdür ki, əməliyyatda iştirak edən zabitlərin hər biri 3 ildən sonra Balyoz əməliyyatında həbs edilir".
Hər halda, proseslər Türkiyə üçün PKK probleminin yaxın tezlikdə həllinin ciddi sual altında olduğunu göstərir. Bununla belə, müşahidə olunan maraqlı məqamlardan biri odur ki, Türkiyədə PKK terror təşkilatı üzvlərinin son dövrlərdə müəyyən qruplar halında sərhədə gələrək təslim olması halları çoxalıb. Ilk dəfə noyabrın 4-də PKK terror təşkilatının səkkiz üzvü təslim olub. Bu xəbərin verilməsinin üstündən 24 saat keçməmiş ikinci səkkiz nəfərlik qrup Habur sərhəd məntəqəsinə gələrək iki günə təslim olan terroristlərin sayını 16-ya çatdırıb. Üçüncü səkkiz nəfərlik qrup noyabrın 6-da təslim olub. Daha sonra yenidən səkkiz nəfərlik qrup sərhədə yaxınlaşıb və təslim olub. Təslim olanların dördü 18 yaşdan kiçik olub. Hazırda terrorçulardan təslim olanların sayının artdığı bildirilir.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ