Bazar günü günü, 29 noyabr 2026
     

Britaniya kəşfiyyatı 2018-ci il çempionatı üçün Rusiyanın korrupsiyaya əl atdığını aşkarlayıb

Image


Britaniya hərbi kəşfiyyatı Mİ6-nın keçmiş casusları 2018-ci ilin futbol üzrə Dünya Çempionatına ev sahibliyini əldə etmək üçün Rusiyanın "korrupsiyaya əl atdığını aşkar ediblər”. Britaniya mətbuatı xəbər verir ki, İngiltərənın Dünya Çempionatı üçün Müraciət Komitəsi qlobal futbol idarəsi FİFA-nın içərisində korrupsiya hərəkətlərinin aşkar edildiyi barədə məlumat yayıb.

Bu barədə xəbərlərdə deyilir ki, Müraciət Komitəsi, Rusiyanın 2018-ci ilin Dünya Futbol Çempionatı üçün ev sahibliyini necə əldə etməsini öyrənmək məqsədilə özəl kəşfiyyat şirkətlərinin xəfiyyələrinin xidmətlərindən istifadə edib.

Bu da bildirilir ki, Rusiyaya qarşı "futbol kəşfiyyatında” Britaniya xüsusi xidmətlərinin zabitləri də rəsmən iştirak ediblər.

Müraciət Komitəsi iddia edir ki, kəşfiyyat prosesində Rusiya prezidenti Vladimir Putin-in ölkənin ən güclü oliqarxlarını 2018-ci il çempionatının ev sahibliyinin əldə olunmasına səfərbər etdiyinə dair dəlillər əldə olunub.

Bu barədə məlumatlar "The Sunday Times” qəzeti tərəfindən Britaniya Parlamenti Mədəniyyət, Media və İdman Komitəsinə təqdim edilib.

Abramovich-in xüsusi tapşırığı

13 səhifəlik dosyedə bildirilir ki, Chelsea Futbol Klubunun sədri Roman Abramovich-ə 2018-ci ilin futbol çempionatını Rusiyaya "gətirmək” üçün öz sərvətindən və nüfuzundan asılı olan hər şeyi etmək tapşırılıb.

Mİ6 hərbi kəşfiyyat xidmətinin keçmiş zabitlərindən biri qəzetə deyib ki, Abramovich-in Cənubi Afrikada FİFA prezidenti Sepp Blatterlə görüşü izlənib.

"The Sunday Times” qəzetinin dosyesində FİFA rəsmilərinin rüşvət almalarına və səsvermə fırıldaqları etmələrinə dair yeni iddialar irəli sürülür.

Diplomatik missiyaların futbol missiyası

Qəzet iddia edir ki, keçmiş kəşfiyyat xidməti zabitləri 2018-ci ilin Dünya Futbol Çempionatının ev sahibliyinə namizəd olan digər 8 ölkənin müraciət komitələrini də izləyiblər.

Casusluq fəaliyyətinin xərcləri İngiltərə Müraciət Komitəsininsponsorları və şərikləri tərəfindən ödənib.

Dosyedə 2018-ci il çempionatının ev sahibliyinin Rusiyaya verilməsində Abramovich-in müstəsna rolu olduğu iddia edilir.

Britaniya qəzetləri yazır ki, İngiltərə futbolu üçün casusluq əməliyyatlarında həmçinin Britaniyanın müxtəlif ölkələrdəki səfirlikləri də iştirak ediblər.

Bu səfirliklər Rusiya Müraciət Komitəsinin təbliğat məqsədilə müxtəlif ölkələrə səfərlərini izləyiblər.

Mobil telefonlar üçün qurğuşun qutular

Dosyedə deyilir ki, Rusiyanın 2018-ci il Dünya Futbol Çempionatının ev sahibliyi üçün müsabiqənin nəticələrinə korrupsiya yolu ilə təsir etmək cəhdləri 2010-cu ilin ortalarından və şəxsən Rusiya prezidentinin prosesə qoşulmasından sonra başlanıb.

Casusluq əməliyyatı həmçinin Rusiya kəşfiyyatının İngiltərə Müraciət Komitəsini izləyib-izləmədiyini yoxlayırmış.

Bu istiqamətdə İngiltərənin futbol elçilərinə anti-kəşfiyyat tədbirləri barədə məsləhətləri Britaniyanın xüsusi xidmətləri veriblər.

Məsləhətlərə mehmanxana otaqlarında "böcəklər”in olub-olmamasının yoxlanması, habelə danışıqlar zamanı mobil telefonların qurğuşun qutularda saxlanması kimi tövsiyələr daxil idi.

Sibir qazı sövdələşməsi

Lakin bütün bunlara və İngiltərə Müraciət Komitəsinə baş nazir David Cameron-un, futbol ulduzu David Beckham-ın və şahzadə William-ın daxil olmasına baxmayaraq, 2018-ci və 2022-ci illər üçün çempionatlara ev sahibliyini Rusiya və Qətər qazanıblar.

BBC xəbər verir ki, Abramovich-in sözçüsü öz bossunun Rusiyanın ev sahibliyi üçün fəaliyyət göstərməsində heç bir qanunsuzluğun olmadığını deyib.

Bununla belə, xəbər verilir ki, Qətər və Rusiya FİFA səsverməsində biri digərini dəstəkləmək üçün Sibirdəki iri qaz layihələrindən biri barədə sövdələşməyə giriblər.

"The Sunday Times” qəzetinin məlumatında deyilir ki, kəşfiyyat xəfiyyələrinin rəyinə görə bu işdə korrupsiyanın miqyası Rusiya və Qətərdən başqa bütün namizədlərin şanslarını əvvəlcədən heçə endirmişdi.

"The Sunday Times” qəzetinin yeni dosyesində FİFA-ya qarşı əvvəllər gizli saxlanan bir sıra yeni korrupsiya ittihamları açıqlanır.

FİFA-nın keçmiş ABŞ prokuroru Michael Garcia tərəfindən aparılmış öz təhqiqatı Rusiya və Qətərin heç bir qanunsuzluğa yol vermədikləri barədə nəticəyə gəlib. Lakin cənab Garcia FİFA-nı onun hesabatının tam mətnini açıqlamamaqda ittiham edib.

Picasso rüşvət qismində

İngiltərə Müraciət Komitəsinin əldə etdiyi kəşfiyyat məlumatına görə, Rusiya komitəsi UEFA-nın rəhbəri Michel Platini-yə Rusiyanın ev sahibliyinə səs verməsi üçün Picasso-nun tablosunu bağışlayıb. Bu tablonun Sankt-Peterburqdakı Ermitaj Dövlət Muzeyindən çıxarıldığı bildirilir.

Həmçinin əlavə olaraq bildirilir ki, bahalı hədiyyəni FİFA İcraiyyə Komitəsinin keçmiş üzvü Viacheslav Koloskov çatdırıb.

Cənab Koloskov-un habelə başqa bir rəsm əsərini Belçika nümayəndəsi Michel d’Hooghe-a verdiyi bildirilir.

O həmin rəsmi Brügge şəhərindəki ziyafətdən sonra Koloskov-dan qəbul etdiyini boynuna alıb, lakin əlavə edib ki, "bu eybəcər rəsmi” evinin çardağına "tullayıb”.

Cənab Platini isə Rusiyanın 2018-ci il ərizəsi ilə bağlı olan kimdənsə heç bir hədiyyə almayıb.

Defamasiyadan yayınma fəndi

Dosyedə həmçinin Almaniya futbolunun keçmiş rəsmisi Franz Beckenbauer-ə qarşı korrupsiya iddiaları irəli sürülür. İngiltərə Müraciət Komitəsinin mənbələrindən biri onu "bütün bu dəstədə ən çox korrupsiyalaşmış şəxs” adlandırır.

Britaniya mətbuatı yazır ki, FİFA-dakı korrupsiya halları iddialarına dair müxtəlif hesabatlar, habelə FTB-nin ABŞ-da FİFA-ya dair apardığı təhqiqat hələkik cənab Blatteri postundan tərpətmək üçün kafi olmayıb.

"The Sunday Times” qəzeti isə öz dosyesini parlament komistəsi vasitəsi ilə ona görə açıqlayıb ki, özünü defamasiya ittihamlarından qoruya bilsin.

Mövcud qanunlara görə parlamentin internet saytından təkrar dərc olunmuş materiallara görə defamasiya məsuliyyəti daşınmır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ