Bazar günü, 20 iyul 2025
     

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Image

Pərvanə şama məftun olan kimi qürbətdə yaşayanlar da Vətənə məftun olur. On illər Vətənlə aralarına çəpər çəksə də, vüsal atlı, onlar piyada olsalar da, günlərin birində həsrət dağlarını yarıb ana yurda qovuşa bildilər. Tarixən Azərbaycan türkləri Vətəndən qürbətə köç edib, talelərini qürbətə bağlayıb. Bəziləri qəribliyi könüllü seçib, bəziləri məcburiyyət qarşısında qalaraq yad ölkədə yaşayıb. Hər kəsin bir taleyi var və heç kəs Allahın yazdığı qismətdən qaça bilməz.
Taleyinə qəriblik, Vətəndən, ana qucağından kənarda yaşamaq yazılan soydaşlarımızın Azərbaycan sevgisi tükənməzdir. Dünyanın müxtəlif qitə və materiklərində yaşayan azərbaycanlılar dünyada Azərbaycanın eşidilən və duyulan səsi deməkdir. Əlbəttə, atalarımız düz deyib, tək əldən səs çıxmaz. Dünya azərbaycanlıları bir ağızda eyni səslə danışmalıdır ki, Azərbaycanın haqq səsinə səs verənlər çox olsun. Hər bir azərbaycanlı Vətənin təmsilçisi olmalıdır. Azərbaycanı o səviyyədə təmsil etməlidir ki, bu, xalqımızın, dövlətimizin başının ucalmasına səbəb olsun. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi ilə bağlıdır mövzu. İllərdən bəridir ki, bu məsələ çözülür və bu barədə onlarla məqalə, araşdırma mövcuddur. Azərbaycandan kənarda yaşamaq, fəaliyyət göstərmək çox çətin, çətin olduğu qədər də məsuliyyətlidir. Azərbaycanlı adı daşıyan, damarlarında ulu babalarımızın isti qanı axan hər bir soydaşımız çiyninə götürdüyü yükün məsuliyyətini və necə şərəfli olduğunu dərk etməlidir. Özünü tanımalıdır ki, özünün olanlara sahiblənə bilsin. Xaricdə azərbaycanlıların diaspor tarixi elə də çox olmasa da, qısa zaman ərzində böyük bir təşkilatlanma yolu keçməyə müvəffəq olublar. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi bir-biri ilə üzvü surətdə bağlı olan, qırılmaz vəhdət təşkil edən əsas məsələdir. Hər üç məfhumu bir-birindən ayrılıqda təsəvvür etmək mümkünsüzdür. Bilirik ki, həm keçmiş SSRİ məkanına daxil olan respublikalarda, həm Avropada, həm Amerikada, həm də digər ölkələrdə çox güclü Azərbaycan disapor qurumları fəaliyyət göstərir. Bu gün Azərbaycan tamam başqa bir Azərbaycan olduğu üçün onun canından qopan övladlarının da qəribəçilik fəaliyyəti tamam yeni bir istiqamətdə qurulub. Müasir Azərbaycan uğurla addımlayan, öndə olan bir dövlətdir. Dünya azərbaycanlılarının Vətəni olan Azərbaycan qürurla addımlayan, sürətli yüksəliş yolu keçən və təbii sərvətlərlə bol bir ölkədir. Müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında həmrəylik çox güclüdür və onlar Azərbaycan dövlətinin maraqlarına xidmət edir. Azərbaycanlıların xarici ölkələrdə yaşaması və burada çox ciddi şəkildə lobbiçilik fəaliyyəti ilə məşğul olması artıq dünya azərbaycanlılarının bir məqsədə-Vətən naminə həmrəy olduqlarına dəlalət edir.
Xarici ölkələrdə diaspor quruculuğuna, onların lobbiçilik fəaliyyətinə, başlıcası isə, həmrəy olmasına stimul verən ümummilli lider Heydər Əliyev olub. Bu da faktdır ki, siyasi baxışından asılı olmayaraq, indiki, müasir vətəndaş cəmiyyətinin hər bir üzvü etiraf edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi - ideoloji sərvətlərindən biri sayıla bilər. Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini müvəffəqiyyətlə davam etdirib, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi - nəzəri konsepsiya səviyyəsinə qaldırıb. O da bəllidir ki, Ulu Öndərin Azərbaycan Respublikası tarixində möhtəşəm izləri yalnız müasir, müstəqil dövlət quruculuğu və onun siyasi - iqtisadi əsaslarının möhkəmləndirilməsi ilə yekunlaşmır. Ulu Öndər Heydər Əliyevin həm də bütün dünya azərbaycanlılarının milli birliyinin oyanışında, quruculuğunda və təşkilatlanmasında əvəzolunmaz xidməti olub. Heydər Əliyev milli dövlət quruculuğunun, dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində əməli iş görmək, fəaliyyətini milli mənafe kontekstində qurmaq üçün var gücü ilə çalışıb, xalqı səfərbər etməyə müvəffəq olub. Bu bir fövqəladə dövlət tarixidir və bu tarix heç vədə yaddan çıxmayacaq. Əlbəttə, bu sahədə Heydər Əliyevin gördüyü misilsiz işlər öz bəhrəsini verir. Bilirik ki, xaricdə yaşayan azərbaycanlılara münasibət həmişə isti olub və dövlət səviyyəsində soydaşlarımızın qeydinə qalınıb. Xaricdə yaşayan azərbaycanlılarla bağlı bəlli dövlət siyasəti mövcuddur. Hətta "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu da mövcuddur. Qanunvericiliyə görə, "Xaricdə yaşayan azərbaycanlılar" anlayışı Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına və onların övladlarına, əvvəllər Azərbaycan SSR-in və ya Azərbaycan Respublikasının vətəndaşları olan, hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə, onların övladlarına, bu kateqoriyaya aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü Azərbaycana bağlı və ya azərbaycanlı hesab edən şəxslərə aid edilir. Diaspor tariximizi öyrənən alimlər bildirir ki, XX əsrin əvvəllərində çar Rusiyasının Qafqazda həyata keçirdiyi antimüsəlman və antitürk siyasəti nəticəsində pərakəndə şəkildə ölkəni tərk edən azərbaycanlılar dünyanın bir çox ölkələrində məskunlaşsalar da, onları əlaqələndirən, birləşdirən fəaliyyətləri koordinasiya edən bir qurum, təşkilat yox idi. 1949-cu il fevralın 1-də Türkiyənin Ankara şəhərində "Azərbaycan Kültür Dərnəyi"nin təsis edilməsi Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk addım olub. Tədqiqatçıların fikrincə, sonra 1956-cı ildə vaxtilə Azərbaycan Xalq Cumhuriyyəti dövründə Əks-Kəşfiyyat Xidmətinin rəisi vəzifəsində çalışan Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı ABŞ-da "Amerikanın Azərbaycan cəmiyyəti"ni təsis edib. Hazırda bu Cəmiyyətə Saleh bəy Şeyxzamanlının nəvəsi Tomris Azəri rəhbərlik edir. Ümumiyyətlə, II Dünya Müharibəsindən bir neçə il sonra sovet hökumətinin tətbiq etdiyi sərt sərhəd rejimi bütövlükdə SSRİ-dən xaricə axının qarşısını alsa da, dissident hərəkatı daha kütləvi xarakter alıb. SSRİ-də dissident hərəkatının, azad fikrin genişləndiyi bir dövrdə-1969-cu ildə Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayır və respublikanın həyatında, ictimai şüurun formalaşmasında, milli özünüdərkin təşəkkülündə yeni bir mərhələnin başlanğıcını qoyur. Bu dövrdə mərkəzi hökumətin bütün təzyiqlərinə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev böyük qətiyyət, əzm və cəsarətlə xalqın tarixi yaddaşının qorunması, mədəniyyətimizin tərəqqisi, Azərbaycanın bütün dünyada tanınması, azərbaycançılıq ideyalarının və milli həmrəyliyin qorunması üçün çox böyük işlər görüb. Böyük öndərimizin uzaqgörən siyasəti nəticəsində həmvətənlərimiz arasında əlaqələrin genişlənməsi hələ sovet hakimiyyəti dövründən başlayıb. Keçən əsrin 70-ci illərindən xarici ölkələrlə mədəni əlaqələr quran "Vətən" Cəmiyyəti dünya azərbaycanlıları arasında əlaqələr yaradaraq, Azərbaycan mədəniyyətini, azərbaycançılıq və milli həmrəylik ideyalarını dünya miqyasında təbliğ etməyə başlayıb. Heydər Əliyevin təşəbbüsü ilə hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması da soydaşlarımızın mütəşəkkilləşməsi prosesində müstəsna rol oynayıb. Həmin əlamətdar tarix bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən milli birlik və həmrəylik günü kimi qeyd olunur. Bu həmrəyliyin başlıca qayəsi Vətənə bağlılıq, dövlətçilik hissləri, milli-mənəvi dəyərlərə hörmət, bir sözlə, azərbaycançılıq ideyasını təbliğ etməkdir. 1993-cü ildə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin xalqın israrlı təkidi və tələbi ilə müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra diaspor quruculuğu prosesində yeni bir dövr başlanıb. Dünya azərbaycanlılarının möhkəm birlik və həmrəyliyini təmin etmək məqsədilə Ümummilli Liderimiz 2001-ci il may ayının 21-də Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzaladı. Həmin il noyabr ayının 9-10-da keçirilən ilk qurultay soydaşlarımızın həmrəyliyinin təmin ediiməsi və azərbaycançılıq ideyalarının təbliği istiqamətində tarixi hadisəyə çevrildi. Milli birlik ideyalarının inkişafında mühüm rol oynayan bu mötəbər tədbir dünya azərbaycanlılarının Azərbaycan Respublikası ətrafında sıx birləşməsi prosesini sürətləndirdi. Qurultayda Azərbaycan dövlətilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, soydaşlarımız arasında milli birlik və həmrəyliyin təmin edilməsi, ana dilinin, mənəvi dəyərlərin qorunub saxlanması və s. məsələlər müzakirə edildi. Dünya azərbaycanlılarının mötəbər yığıncağından sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoydu. Bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev 5 iyul 2002-ci ildə "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. Bu tarixi fərman xaricdəki Azərbaycan cəmiyyətlərinin vahid mərkəzdən koordinasiya olunmasına və onların fəaliyyətinə dövlət qayğısını yönəltmək üçün real zəmin yaratdı. 2002-ci il dekabr ayının 27-də isə "Xaricdə yaşayan azərbacanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunun qəbulu dünya azərbaycanlılarının təşkilatlanmasını sürətləndirərək, soydaşlarımızın öz tarixi Vətəni ilə əlaqələrinin daha da genişləndirilməsinə təkan verdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən diaspor quruculuğu, azərbaycançılıq ideyalarının təbliği və milli həmrəyliyin möhkəmləndirilməsi işində çox böyük nailiyyətlər əldə edilib. Azərbaycan icmalarının fəaliyyətinin koordinasiya edilməsi prosesi daha da təkmilləşdirilib, dünya ictimaiyyətinə ölkəmiz haqqında həqiqətlərin çatdırılması məqsədilə mühüm tədbirlər görülüb. Bir çox ölkələrdə isə diaspor təşkilatlarının fəaliyyətini koordinasiya edən qurumlar yaradılıb. Hazırda azərbaycanlıların milli-mənəvi dəyərlərinin, mütərəqqi ənənələrinin, azərbaycançılıq ideyalarının qorunub saxlanması, mədəniyyət mərkəzlərinin yaradılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Hazırda beynəlxalq birliyə qətiyyətlə inteqrasiya edən Azərbaycanda dinamik inkişaf sürətlə davam edir. Bu amil xarici ölkələrdə yaşayan azərbaycanlıları daha da fəal olmağa sövq edərək, diaspor quruculuğu işinə yeni məzmun verir. Məhz bu baxımdan, görülən işlərin azərbaycançılıq ideologiyasının inkişafına, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz arasında birliyin möhkəmlənməsinə öz töhfəsini verəcəyi şübhəsizdir. Bu gün özlərinin milli varlıq və mənsubiyyət hisslərini daxilən dərk edən soydaşlarımız getdikcə bir-birinə daha çox yaxınlaşır və onlara dayaq duran Azərbaycan dövlətini hər an özlərinə etibarlı arxa sayırlar. Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi, dünyada milli həmrəylik ideologiyasının mövcudluğu bu sahəyə böyük töhfələr verdi. Düşünürük ki, diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi özünü ən yüksək səviyyədə göstərə biləcək. Müşahidələr göstərir ki, qeyd etdiyimiz bu məqamlar özünü il-ildən daha qabarıq şəkildə göstərir və soydaşlarımızı həmişə yumruq kimi ayrılmaz görürük. Bu, Azərbaycan naminə, Qarabağ uğrunda əllərin bir-birinə uzanması və birləşməsidir. Birliyimiz əbədi olsun!

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

20.07.2025 / 15:52
Dünya mediası İlham Əliyevin çıxışında bu məqamlara xüsusi diqqət çəkdi... - FOTO

20.07.2025 / 15:16
Ukrayna konstitusiyasında rus dilinə verilən xüsusi statusun ləğvi təklif edildi...

20.07.2025 / 14:56
Rusiya alimi Kərim Şükürova və Yaqub Mahmudova qarşı çağırış etdi - "məhrum edilsinlər"...

20.07.2025 / 14:22
III Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib - YENİLƏNDİ

20.07.2025 / 14:10
"İkitərəfli müstəvidə sülh gündəliyinin irəli aparılması üçün nailiyyətlər əldə olunub" - Hikmət Hacıyev

20.07.2025 / 13:48
"Bu gün kontent yaradıcılığı baxımından Azərbaycan mediasının göstəriciləri artıb" - Prezidentin köməkçisi

20.07.2025 / 13:40
"Dezinformasiya bu gün media mühitində ən təhlükəli təhdidlərdən biridir" - Avropa Xəbər Agentlikləri Alyansının baş katibi:

20.07.2025 / 13:34
Hikmət Hacıyev Azərbaycanın MDB-nin Moskva iclasında iştirak etməməsinin səbəblərini açıqladı

20.07.2025 / 11:50
"Jurnalistikanı blogerlikdən ayırmağın vaxtı gəlib" - Qlobal Forum iştirakçısı

20.07.2025 / 11:17
Prezidentin köməkçisi: "Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur"

20.07.2025 / 11:07
"Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır" - Hikmət Hacıyev

19.07.2025 / 23:55
Prezident İlham Əliyevin sosial şəbəkələrdəki rəsmi səhifələrində III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO/YENİLƏNDİ

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910