Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistana səfəri zamanı, türkmənistanlı həmkarı Rəşid Meredovla görüşündən sonra deyib.
O bildirib ki, hazırda görüşün təşkili ilə bağlı məsələlər müzakirə olunur: "Bu görüşdə vacib razılaşmalar imzalanacaq. Ölkələr arasında münasibətlərin hüquqi bazası möhkəmləndiriləcək".