Bazar günü günü, 04 oktyabr 2026
     

YAP-dan kənara qoyulanlar tarixdə hansı adla qalacaq? - Rəylər kəskin şəkildə qütbləşdi…

Image


Qabil Hüseynli: “Bu  məsələdə əsas meyar partiyanın sıravi üzvü olmaqdır”

Musa Musayev: “Bu barədə hələlik danışmaq istəmirəm”

Alqış Həsənoğlu: “Eyni şeyləri təkrarlamaq istəmirəm”

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası islahatlara gedərək özünə yeni səhifə açıb. Bunun nəticəsi kimi YAP-ın VII qurultayında partiyanın yeni İdarə Heyəti formalaşıb. Əvvəlkindən fərqli olaraq, yeni İdarə Heyəti üzvlərinin sayı artırılıb.

Belə ki, əvvəlki İdarə Heyətində 20 partiya üzvü yer alırdısa, keçirilən qurultaydan sonra onların sayı 40-a yüksəlib. Maraqlıdır ki, köhnə İdarə Heyətinin yarıdan çoxunun adı partiyanın yeni səhifəsinə yazılmayıb. Bunlar:

Hacıbala Abutalıbov, (Bakının sabiq meri),

Vaqif Əliyev - Mədəniyyət və Turizm nazirinin I müavini,

Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru,

Akif Əlizadə - AMEA-nın sabiq prezidenti,

Əli Həsənov - Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri,

Əli Həsənov - Sabiq "Qaçqınkom" sədri,

Yusif Hümbətov - "Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədri,

Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri,

Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı,

Abel Məhərrəmov - BDU-nun sabiq rektoru,

Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri.

Onu da bildirək ki, YAP-ın VII qurultayında Veteranlar Şurası yaradılıb. Bu şuraya 80 yaşlı Arif Rəhimzadə sədr seçilib. Bundan əvvəlki İdarə Heyətində olan Prezident İlham Əliyev, Birinci Vitse-prezident Mehriban Əliyeva ilə yanaşı, Eldar İbrahimov, Əli Əhmədov, Arif Rəhimzadə,  Mübariz Qurbanlı, Bahar Muradova, Mixail Zabelin və Vasif Talıbov yeni İdarə Heyətində yer alıb.

İdarə Heyətinin yeni üzvlərinə gəlincə, bunlar aşağıdakılardır:

Amin İsmayılov,  Anar İsgəndərov, Rauf Əliyev, Eldar Əzizov, Musa Quliyev, Ədalət Muradov, Elnur Sadıqov, Tofiq Cahangirov, Tahir Budaqov, Hikmət Məmmədov, Azər Badamov, Aynur Sofiyeva, Ramiz Hüseynov, Fuad İbrahimov, Elmar Qasımov, Rəşad Mahmudov, Cavid Osmanov, Pərvin Kərimzadə, Samir Cəfərov, Asif Əsgərli, Tahir Mirkişili, Elşad Mirbəşiroğlu, Elnarə Akimova, Vazeh Əsgərov, Ramin Məmmədov, Əfsun Sucayev, Ülviyyə Həmzəyeva, Şahin İsmayılov, Rövşən Bayramov, Bayram Aslanov və Kamal Cəfərov.

Qeyd edək ki, YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, Partiyanın sədri İlham Əliyev bir neçə təyinat həyata keçirib. Dövlət başçısının sərəncamı ilə Mehriban Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib. Yeni struktur islahatlarına əsasən, YAP-da İcra katibliyi Mərkəzi Aparatla əvəzlənib. YAP-ın icra katibi Əli Əhmədovun yerinə həmin səlahiyyətləri Tahir Budaqov həyata keçirəcək.

Göründüyü kimi, YAP-da bir çox klassik partiya üzvlərinə yenidən etimad göstərilməyib. Bunun səbəbi nə ilə bağlıdır və onların adları tarixdə necə qalacaq?

Son qurultayda partiyanın Nəzarət Təftiş Komissiyasının üzvü seçilən millət vəkili Elman Nəsirov  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dünyada əbədi olan bir şey var, o da dəyişikliklərdi: “Azərbaycan dövlətinin gücü də ondandır  ki, dəyişən reallıqlarla ayaqlaşa bilir. YAP-ın son qurultayı və orada qəbul edilən qərarlar bunu bir daha təsdiqlədi. Yəqin ki, qurultayda qəbul edilən qərarlarla yaxından tanışsınız. Qərarların operativ qəbulu ilə bağlı Siyasi Şuranın fəaliyyətinə xitam verildi. Çünki 80-dən artıq şəxsin bir yerə toplaşması çətin olurdu. O cür mexanizmlə bugünkü dünyanın dəyişən reallıqları ilə ayaqlaşmaq çətin idi. 40 nəfərdən ibarət İdarə Heyəti yaradıldı. Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi. Partiyanın idarəetməsindən xeyli keçmiş funksioner uzaqlaşdırılıb. Ola bilər ki, həmin şəxslər partiya quruculuğuna öz töhfələrini vermiş insanlardı. Ancaq zaman dəyişir, yeni reallıqlar ortaya çıxır. Bu müddət ərzində bəzilərinin imici də partiyanın tələblərinə, məqsəd və məramlarına uyğun gəlməyə bilir. Gənc nəslə böyük etimad göstərildi. Yeni İdarə Heyətində xeyli yeni insanlar var”.

Etimad göstərilməyən şəxslərin adlarının tarixdə necə qalacağı ilə bağlı sualımıza isə millət vəklinin cavabı belə oldu: “Bu barədə konkret nəsə deyə bilmərəm. Etimad göstərilməyən insanlara da vaxtında diqqət  göstərilib. Prezidentimiz deyir ki,  hər kəs göstərdiyi xidmətə görə mükafatlandırılıb. Heç kim deməsin ki, diqqətdən kənar qalıb. Əsas bundan sonra sənin davranışın və etdiklərindi. İmkan vermək lazımdır ki,  yeni insanlar öz potensilaını ortaya qoysun. Vaxt  gələcək, bu gənclər də estafeti kiməsə verəcək. Bir də, etimaddan kənarda qalan bəzi insanlar nə zamansa yanlışa yol verdiklərinin də fərqində olmalıdırlar”.

Müstəqil politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, bu məsələdə əsas meyar partiyanın sıravi üzvü olmaqdır: “Elə adamlar var ki, partiyanın qurucu üzvləri olub. Böyük xidmətləri var. Partiyanın qurucuları kimi tarixə düşüblər. Onların tam etimaddan kənar qalması yaxşı deyil. Məsələn, iqtisadçı professor Əli Əlirzayev kimi adamın adını heç olmasa Veteranlar Şurasına salmalıydılar. Elə adamlar var ki, idarəetmədən kənarlaşdırılıb, ancaq partiyanın sıravi üzvü olaraq qalır. Bu normal haldır. Təbiidir ki, etimad göstərilməyənlərin sırasında hansısa yanlışlara yol verənlər də olub. Buna ən gözəl qiyməti partiyanın sədri verir. Kifayət qədər təcrübəli insandır. Onun siyasi  sistemə özünəməxsus baxışı var. Siyasi təmərküzləşmə deyilən bir anlayış var. Ölkədə bir neçə nüfuzlu siyasi partiyanın formalaşması yaxşı hal olardı. 6 partiyanın YAP-a birləşməsini müsbət hal sayıram. Çünki ölkədə siyasi təmərküzləşməyə böyük ehtiyac duyulur”.

Fəaliyyəti dayandırılan Siyasi Şuranın sabiq üzvü, son qurultayda Nəzarət Təftiş Komissiyasının üzvü seçilən Musa Musayev bu barədə hələlik danışmaq istəmədiyini bildirdi.

“Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru, eks millət vəkili Alqış Həsənoğlu isə qəzetimizə bildirdi ki, bu barədə ondan çox danışam olmayıb: “Bu mövzu ilə bağlı mən çox danışmışam. Ona görə də yenidən eyni şeyləri təkrarlamaq istəmirəm”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ