Bazar günü günü, 29 noyabr 2026
     

Rusiyanın düşən neft qiymətlərinə qarşı «B» planı…

Image


Bir neçə gün əvvəl Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) dünyada neft bazarında gedən proseslərlə bağlı qərarını açıqladı. Ancaq təşkilatın qərarı bəzi ölkələr tərəfindən heç də bir mənalı qarşılanmadı. Təşkilat neft istehsalını azaltmadı, sutkada 30 milyon barrel mövcud kvotanı qoruyub saxlayacaq. Qəbul olunan qərar OPEK-in siyasətində qiymətləndirməyə təsir edəcək şəkildə əhəmiyyətli dəyişiklik daşıyır.
OPEK-in düşən qiymətlərə baxmayaraq hasilatı azaltmamaq qərarı, mütəxəssislər tərəfindən təşkilatın neftin qiymətlərini təyinetmə gücünün zəifləməsi kimi də xarakterizə edilir. Londondakı müstəqil araşdırma üzrə «Capital Economics» mütəxəssisi Tomas Pugh neft hasilatını azaltmamaq qərarı ilə OPEK-in gücsüzlüyünü göstərdiyini deyir. OPEK üzvləri arasında fərqli düşüncələrin son dövrdə artdığına diqqəti çəkən Pugh, İran və Venesuela kimi istehsalın məhdudlaşdırmasını tələb edən üzvlərə baxmayaraq, Körfəz ölkələrinin aşağı qiymətlərə razılaşdığını deyir.
Ekspertlərə görə, görünən odur ki, indi ABŞ neftin qiyməti üzərində OPEK üzvü ölkələrdən daha çox təsirli olmağa başlayıb. ABŞ-ın hədəfi isə neftin qiyməti ilə Rusiya və İran iqtisadiyyatını çökdürməkdir.
Qeyd edilir ki, Səudiyyə Ərəbistanı ABŞ-dakı şist nefti istehsalına görə bazar payının azalacağı qorxusu ilə istehsalın məhdudlaşdırmasına qarşı çıxır. Digər tərəfdən Asiya bazarında da rəqabət gücünü qorumaq üçün aşağı qiymətlərdən istifadə etməyə çalışır.
Səudiyyə Ərəbistanı güclü maliyyə ehtiyatları sayəsində aşağı neft qiymətlərini kompensasiya edəcək, ancaq digər üzv ölkələrin belə bir imkanı çox azdır. Haaqa Strateji Araşdırmalar Mərkəzi Enerji Təhlükəsizliyi və Təbii Sərvətlər mütəxəssisi Sijbren de Jongun fikrincə, Venesuela, İran, İraq, Nigeriya və üzv olmayan Rusiya istehsalın məhdudlaşdırmasına gedilməməsindən məmnun deyillər və daha da düşəcək qiymətlərdən zərər çəkəcəklər.
Ekspert Zəfər Vəliyevin də fikrincə, neftin qiymətinin enməsinin əsas təsiri Rusiya, Venesuela, Ekvador, İran, İraq kimi ölkələrə olacaq: "Çünki, bu ölkələrin həm əhalisi çoxdur, həm də gəlirləri əsasən neft satışından formalaşır. Rusiyada yerlərdən asılı olaraq neftin maya dəyəri 35 dollardan 70-80 dollara qədər dəyişir. Hasilatın aşağı salınması istiqamətində razılığın olmaması ilə Nigeriyanın milli pul vahidi devalvasiyaya uğradı, 1 dollar 178 lariyə qalxdı. Deməli, bu dövlətlər ciddi maliyyə sıxıntıları ilə qarşı-qarşıya qalacaq”.
Qeyd edildiyi kimi qiymət müharibəsi OPEK üzvü olmayan digər neft ixracatçısı - Rusiyaya da təsir edir. Baxmayaraq ki, Rusiya prezidenti Vladimir Putin OPEK-in neft hasilatı barədə qərarının onları qane etdiyini deyir. Putin bildirir ki, OPEK-in qərarından sonra qiymətlərin düşəcəyi əvvəlcədən bəlli idi: "Bu bizi bütovlükdə qane edir. OPEK ölkələri qrupunun görüşündə iştirak etdik. Əvvəldən bizə məlum oldu ki, OPEK-in "qara qızıl”ın hasilatını azaltmaması ilə bağlı qərarından sonra qiymətlər düşəcək. Biz hər hansı başqa qərarın qəbul olunmasında təkid etmirdik. Ancaq neftin indiki qiymət dəyişkənliyi dövrü uzun müddət davam etməyəcək, 2015-ci ilin birinci rübundə və ya ilin ortasında neftin qiymətində sabitləşmə müşahidə olunacaq”.
Ancaq ekspertlərə görə, Putinin optimist yanaşmasına baxmayaraq, OPEK-in hasilatı azaltmamaq qərarı Rusiyaya ciddi təsir edir. Rusiya artıq Ukraynadakı davranışlarına görə Qərbin qoyduğu sanksiyalardan əziyyət çəkir və öz büdcəsinin balanslaşdırmaq üçün neftin bir barrelinin 100 dollar həcmində qiymətləndirilməsinə ehtiyacı var.
OPEK-in qərarından sonra Rusiyanın dövlət büdcəsində neftin qiyməti ilə bağlı dəyişiklik də gündəmə gəlir. Rusiya energetika naziri Alexander Novak bildirir ki, 2015-ci dövlət büdcəsində neftin qiymətinin 1 bareli 100 dollardan yox, daha ucuz hesablana bilər.
Bununla belə o deyib ki, neftin ucuzlaşması büdcənin icrasına təsir etməyəcək. O bildirib ki, neftin büdcədə nəzərdə tutulmuş indiki qiyməti Ehtiyat Fonduna köçürmələrə təsir edə bilər: «Ona görə də neftin qiyməti 2015-ci ildə aşağı olsa, bu vəsaitlər Ehtiyat Fonduna yönəldilməyəcək».
A.Novak ortamüddətli dövrdə neftin qiymətinin ixracatçı ölkələr üçün komfortlu səviyyəyə yüksələcəyini gözləyir. Onun fikrincə, belə səviyyə bir barel üçün 85-90 dollardır. Hazırda «Brent» markalı neftin bir bareli 70.16 dollara satılır. Gələn il üçün Rusiya büdcəsində neftin bir barelinin qiyməti 96 dollar müəyyən edilib.
OPEK neft istehsalını azaltmayaraq bir müddət qiymətlərin düşməsinə tamaşaçı qalacağını göstərmiş oldu. Ekspertlərə görə Rusiya böyük ölçüdə ABŞ-ın siyasi məngənəsi altında olduğuna inandığı OPEK-ə onsuz da çox ümidli deyildi. Buna görə, də Rusiya öz «B» planını işə salmağa hazırlaşır. Plana görə, qiymətlər 60 dollara qədər düşəcəyi halda Rusiya, bir müddət üçün bazar payını itirmək bahasına da olsa öz neft istehsalını azaldacaq.
Bunun siqnalını iki gün əvvəl «Rosneft»in rəhbəri İqor Seçin vermişdi. Dünən isə Rusiya energetika nazirinin müavini Kirill Molodsov hökumətin mümkün planını açıqlayıb.
Rusiyanın «B» planına görə, neftin qiyməti üç ilə altı aydan daha uzun bir müddətə aşağı səviyyədə qalacağı halda Rusiya neft şirkətlərinin Qərbi Sibirdəki yataqlardakı günlük istehsalı 200-300 min barrel azaltması planlaşdırılır. Bununla yanaşı Şərqi Sibirdəki yeni neft layihələrin təxirə salınması da gündəmə gələ bilər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ