"Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın baş naziri ola bilər”. APA-nın məlumatına görə, bu barədə özünün "Tvitter” səhifəsində Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Aleksey Puşkov yazıb.
"Ukrayna daxili işlər naziri postuna Saakaşvilinin silahdaşı iddia edir. Belə isə Saakaşvilinin özünü niyə baş nazir təyin etmək olmaz?”, - deyə A. Puşkov qeyd edib.