Bazar günü günü, 29 noyabr 2026
     

Səfir: “Türkiyənin bölgə siyasətində ilk yeri Azərbaycanın ərazi bütövlüyü tutur” - MÜSAHİBƏ

Image


Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkunun APA-ya müsahibəsi
- Türkiyə-Azərbaycan siyasi-iqtisadi münasibətlərində son durum necədir və nə kimi perspektivlər var?
- Ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlər çox yüksəkdir. Amma bu münasibətlərin mahiyyətini anlamaq üçün deyim ki, burda ortaq bir mirasdan söz edilməlidir. Təbii ki, bu mirasa sahib çıxmaq məsələsi də var və biz bu məsələdə şanslıyıq. Bir az yaxın keçmişə baxanda Qafqaz İslam Ordusunun sıralarında bura gələn və Azərbaycanın müxtəlif bölgələrindəki məzarlıqlarda uyuyan şəhid qardaşlarımızın bizə qoyduğu mirasdan danışırıq, ulu öndər Mustafa Kamal Atatürkün "sevincdə də, kədərdə də birlikdə olacağıq” sözlərini yada salırıq. Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə xalqlarımız haqqında "bir ananın iki övladı” demişdi, bu fikir özünü hər zaman və hər sahədə göstərir, təsdiq edir. Mərhum prezident Heydər Əliyev də "bir millət, iki dövlət” deməklə bərabər, Azərbaycan-Türkiyə münasibətlərinin yüksəlməsi üçün böyük töhfələr verdi. Azərbaycan prezidenti burdakı seçkilərdən sonra ilk xarici səfərini Türkiyəyə həyata keçirmişdi. Bizim prezident ilə baş nazirimiz də ilk xarici səfərlərini Azərbaycana etdilər. Bütün bu faktlar siyasi əməkdaşlığın mükəmməl səviyyədə olduğunu göstərir. Eyni zamanda, bəhs etdiyim, qədim tarixi köklərə malik mirasa müasir dövrümüzdə dövlət başçılarımızın necə sahib çıxdığını təsdiq edir. Beləcə, keçmişdən gələn ümumi taleyimiz bugünkü siyasi iradə ilə gələcəyə daşınır. Siyasi səviyyədə dostluğun möhkəm olması da iqtisadi, mədəni və hər səviyyədə böyük imkanlar yaradır. Bizim səfirliyimiz ard-arda xeyli səfərlərin təşkilatçılığı ilə məşğul olur. Məsələn, Bakıda Türkiyə Mədəniyyət Günləri keçirildi, bizim mədəniyyət nazirimiz cənab Ömer Çelik Bakıda səfərdə oldu, cənab Əbülfəz Qarayev ilə görüşdü. Bu yaxınlarda təhsil nazirimiz Nabi Avcının da Bakıya səfəri gözlənilir.
İqtisadi sahədə əməkdaşlığımız enerji sektoru ilə bərabər digər sahələrdə də çox yaxşı səviyyədə inkişaf edir. Qarşılıqlı investisiyalar sürətlə artır. "Şahdəniz-2” yatağında BP-dən sonra ikinci ən böyük investor "Türkiye Petrolleri”dir. Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasından sonra Türkiyənin Azərbaycana yatırımları 8 milyard dolları keçib. Bu, bizim "Şahdəniz-2”yə, TANAP-a və ümumiyyətlə, Azərbaycanın düşündüyü layihələrə etimadımızın təzahürüdür.
Azərbaycanın da Türkiyədəki investisiyaları artır. "Star” neft emalı zavoduna "SOCAR”ın investisiya yatırdığı məlumdur. Ticarət dövriyyəmiz hazırda 5 milyard dollara yaxındır, lakin 2020-ci ilə kimi bu rəqəmi 15 milyard dollara çatdırmaq barədə planlarımız var. Azərbaycan və Türkiyə arasındakı siyasi-iqtisadi əməkdaşlıq hər iki tərəfin maraqlarına xidmət edir və biz bu layihələrdən hər iki ölkənin qazanclı çıxmasına önəm veririk.
Prezidentlərimizin qarşımızda qoyduğu əsas vəzifə kimi, hər iki ölkədə qarşılıqlı investisiyalar üçün uyğun şərtlər hazırlamağa çalışırıq, eyni zamanda Azərbaycanla tərcihli ticarət sazişi üzərində işləyirik. Bununla da iki ölkə arasındakı ticarət əlaqələri müəyyən sahələrdə daha da inkişaf edəcək.
- Türkiyə bölgə ilə bağlı siyasətində enerji və təhlükəsizlik məsələlərindən başqa, daha hansı sahələrə üstünlük vermək niyyətindədir?
- Türkiyənin bölgə ilə bağlı siyasətində ilk yeri Azərbaycanın ərazi bütövlüyü məsələsi tutur. Beynəlxalq hüququn bu başlıca prinsipini, həm digər dövlətlərlə əlaqələrimizdə, həm də Gürcüstan, Ukrayna, İraq və Suriya kimi yaxınlığımızdakı ölkələrdə yaşanan son proseslər çərçivəsində hər zaman ön planda tuturuq. Türkiyə bölgədə Azərbaycanın maraqlarına zərər verəcək hər hansı təhdidə qarşıdır. Gürcüstan da yaxın tərəfdaşımızdır və birgə layihələrdə hər üç ölkənin maraqlarının təmin olunması bizim üçün əhəmiyyət daşıyır. Türkiyə öz inkişafını, sabitliyini davam etdirməyə, Azərbaycan və Gürcüstanla birlikdə həyata keçirdiyi layihələr vasitəsilə dünyaya sağlam tərəfdaşlıq nümunəsi göstərməyə çalışır. Qonşumuz İran da Türkiyə üçün çox əhəmiyyətli bir ölkədir. Bu səbəblə, Türkiyənin nüvə məsələsinin sülh yolu ilə həll edilməsinə keçmişdə birbaşa töhfəsi olmuş və bu gün də bu istiqamətdəki təşəbbüsləri dəstəkləməkdədir. Bu problemin dəf edilməsi ilə birlikdə, bölgədə İranın da daxil olduğu və Azərbaycanla birlikdə Türkiyənin də töhfə verə biləcəyi önəmli potensialı daha güclü şəkildə hərəkətə keçirmək mümkün ola biləcək.
Suriyaya gəldikdə isə, Türkiyənin mövqeyi başdan bəri məlumdur. Biz yalnız öz ölkəmizdə deyil, qonşu ölkələrdə də sülh və sabitliyin olmasının tərəfdarıyıq. Suriyanın keçmişdə PKK-ya dəstək göstərməsinə baxmayaraq, biz bu dövlətlə münasibətləri yaxşı saxlamağa, inkişaf etdirməyə çalışdıq. Bu istiqamətdə də irəliləyiş əldə etdik. Lakin sonra Suriya rəhbərliyi öz vətəndaşlarına raketlər atmaya başlayınca, Əsəd rejiminin narazılıqları zorla yatırmağa çalışması ilə Ankaranın da mövqeyi dəyişdi. Biz öz xalqına zülm edən belə bir rejimi dəstəkləyə bilməzdik. Türkiyədə hal-hazırda 1,6 milyondan çox suriyalı qaçqına qapılarını açıb. İstərdik ki, İraqda və Suriyada sabitlik bərqərar olunsun, vətəndaş müharibələri sona çatsın və bölgənin sabit inkişafında biz də önəmli rollardan birini oynayaq. Suriyada iqtidarın öz xalqına ən ağır silahlarla hücum etməsi qarşısında səssiz qalmamız təbii ki, mümkün deyildi. Ümidimiz Suriyada xalqın tamamını qucaqlayan və iradəsini əks etdirən hökumətin ölkəyə hakim olmasıdır. Yaşadığımız geniş bir bölgənin necə böyük potensiala və perspektivlərə malik olduğunu anlamalı, xalqlarımızın gələcəyi naminə addımlar atmalıyıq.
- Bölgə ilə bağlı siyasətinizdən və Azərbaycan maraqlarından söz açdınız. Türkiyədəki bir sıra qüvvələr "erməni soyqırımı”nın 100-cü ildönümü ərəfəsində sərhədlərin açılması məsələsini gündəmə gətirirlər. O cümlədən, vaxtilə Azərbaycanda səfir olmuş Ünal Çeviköz deyib ki, Türkiyə öz sərhədlərini tədricən açmaqla qonşularını yeni danışıqlara həvəsləndirə bilər. Bu, nə dərəcədə mümkün və münasib variantdır?
- Əvvəla xahiş edirəm, "soyqırım” ifadəsi işlədərkən, siz jurnalistlər də diqqətli olasınız. Erməni lobbisi düşünülmüş şəkildə təbliğat aparır ki, "erməni” və "soyqırım” ifadəsi daha çox bir yerdə işlədilsin və beyinlərdə müvafiq assosiasiya yaratsın. Burda "soyqırım”dan yox, iddialardan söhbət gedə bilər. O vaxtkı Osmanlı dövlətinin milli və dini azlıqlardan olan təbəələrinə qarşı necə dözümlü yanaşdığı barədə xeyli faktlar var. Arxivlərimizi də hər zaman açmağa və təhlil aparılması üçün şərait yaratmağa hazırıq. 1915-ci ildə Türkiyə bir çox cəbhədə vuruşurdu, xüsusən də, Çanaqqala cəbhəsinə yüz minlərlə əsgərimiz səfərbər olunmuşdu. O zamankı şəraiti təsəvvür edəndə, bu qədər gərginliyin və problemlərin içində qəfil bir qərar ilə erməniləri qətliama məruz qoymağımız barədə iddialar həqiqəti əks etdirmir. Osmanlı dövlətinin millət sistemi içində yüz illər boyunca rahat yaşamış, iqtisadi, siyasi və mədəni sahələrdə ən etibarlı səviyyəyə çata bilmiş erməniləri Osmanlı iqtidarı o ən çətin dövründə niyə məhv etməyə qərar versin? Ermənilər özlərinə bu sualı verməlidirlər. O dövrdə siyasi ambisiyalara və imperialist güclərin əməllərinə qapılıb-qapılmadıqlarını düşünməlidirlər. Qısacası, dövrün bütün həqiqətlərini və dinamikasını nəzərdən keçirməli, tək tərəfli əzbərçilikdən uzaqlaşmağa hazır və bunu edə biləcək cəsarətə malik olmalıdırlar.
Azərbaycan xalqının sərhədlər məsələdəki narahatlığını anlayıram, amma demək istərdim ki, narahatlığa heç bir əsas yoxdur. Prezidentimiz də, baş nazirimiz də Azərbaycana son səfərlərində bunu bir daha vurğulayıblar. Mənim təkrar etməyimə ehtiyac yoxdur. Lakin biz Azərbaycan xalqından da güvənini qorumağı gözləyirik. Kiminsə nəsə deməsindən asılı olmayaraq, Türkiyənin dövlət siyasətinin konturları bəllidir. Sərhədlərin açılması və Azərbaycanın ərazi bütövlüyü məsələsində rəsmi Ankara öz mövqeyini ifadə edib.
Ünal bəyin fikrincə gəlincə, o, şəxsən tanıdığım, hörmət duyduğum, Azərbaycanı sevdiyini bildiyim və müvəffəqiyyətli olduğunu hesab etdiyim peşəmizin mötəbər şəxsiyyətlərindən biridir. Lakin artıq təqaüdə çıxıb və sözləri rəsmi mövqeyimizi əks etdirmir. Beləcə, sizdən və azərbaycanlı qardaşlarımızdan xahişim, rəsmi bəyanatlara və dövlətimizin ən yüksək səviyyədə irəli sürdüyü mövqeyimizə inanmaları, spekulyativ həyəcanlara qapılmamalarıdır.
- Ermənistan hakimiyyəti və mediası bu iddialarla bağlı geniş bir kampaniya həyata keçirir. Bir çox diplomatların bu mövzuda fikirlərini öyrənməyə, informasiya müharibəsində yararlanmağa çalışırlar. Bu yaxınlarda Almaniyanın Ermənistandakı səfiri Rayner Morel "Türkiyə Ermənistandan üzr istəməlidir” dedi. Sizin həm bu məsələyə münasibətinizi, həm də avropalı diplomatların və beynəlxalq ictimaiyyətin nəzərdən qaçırdığı məqamlar barədə fikrinizi bilmək istərdik.
- Mən erməni iddiaları ilə bağlı fikrimi bildirdim. Türkiyənin mövqeyini də açıqladım. Ermənistan hakimiyyəti və erməni diasporu anti-türk təbliğat aparmaq əvəzinə, tarixi həqiqətləri gərçək mənada obyektiv və ədalətli yaddaşa əsaslanaraq araşdırmağa, bu anlayışla da dialoqa maraq göstərsəydi, bu məsələ öz həllini tezliklə tapardı, iki ölkə arasındakı münasibətlərə də aydınlıq gətirilərdi. Ermənistanın bölgədə yeritdiyi siyasət düzgün deyil, qonşulara qarşı iddialar və ittihamlar irəli sürməklə dövlətin, xalqın gələcəyini təmin etmək olmaz. Alman diplomatın ifadələri haqqında bunu söyləyə bilərəm: öncəliklə, hər hansı bir tövsiyəsinə ehtiyacımız yoxdur. O ki qaldı Almaniyanın İrəvandakı səfirinə, buna ixtiyarı olmadığı halda Türkiyəyə tövsiyə etməkdənsə, vəzifəsini icra etdiyi ölkəyə, yəni Ermənistan iqtidarına işğal etdiyi torpaqlardan çəkilmə çağırışı etsəydi, məncə daha faydalı bir iş görmüş olardı. "Türkiyə üzr istəməlidir” kimi tələblər və Avropa Birliyində də bu məsələni qabartmaq cəhdləri əsassızdır, heç bir perspektivə malik deyil.
- Erməni əsilli Türkiyə vətəndaşı Etyen Mahçupyanın baş nazirin baş müşaviri təyin olunması Azərbaycanda müəyyən narahatlıqla qarşılanıb. Bu barədə nə deyə bilərsiniz?
- Etyen Mahçupyan baş nazirin müşaviridir, hər Türkiyə vətəndaşı kimi, qanunlar tərəfindən tanınan hər cür hüquqlara və öhdəliklərə malikdir. Bir az əvvəl də söylədiyimi kimi, Azərbaycan ictimaiyyətinin ölkəmizin rəsmi bəyanat və rəftarlarına diqqət etməsinin zəruri olduğunu xatırlatmaq istəyirəm. Cənab baş nazirimizin rəftarı aydındır və yaxşı bilinir. Özünə seçdiyi məsləhətçinin bu rəftarı dəyişdirəcəyini düşünmək yersizdir. Ona görə də, azərbaycanlı qardaşlarımızın bu mövzuda narahatlığına bir səbəb görmürəm.
- Dağlıq Qarabağ cəbhəsində baş verənlərdən yəqin ki, xəbəriniz var. Helikopter hadisəsi gərginliyin daha da yüksəlməsinə səbəb olub. Azərbaycan tərəfi həmsədrlərin, eləcə də beynəlxalq ictimaiyyətin və böyük dövlətlərin münaqişənin nizamlanmasındakı mövqeyindən razı deyil və vaxtaşırı tənqidlər səsləndirilir. Türkiyə Qarabağ münaqişəsinin nizamlanmasının gedişindən razıdırmı?
- Cəbhədə baş verənləri izləyirik. Ümumiyyətlə, onu bilmənizi istərdim ki, Türkiyənin diplomatik xidmətlərində çalışan hər bir şəxsin yaxından izlədiyi əsas məsələlərdən biri Azərbaycandır. Kipr problemi kimi, Dağlıq Qarabağ münaqişəsi də bizim üçün milli məsələdir. Dağlıq Qarabağ münaqişəni "donmuş” adlandırmaq olmaz. Nizamlanma prosesi getdikcə uzanır və bu, heç də Türkiyəni razı salmır. Lakin cənab prezident Rəcəb Tayyib Ərdoğan da bəyan edib ki, Türkiyə münaqişənin dinc yolla, amma Azərbaycanın ərazi bütövlüyünə hörmət prinsipi əsasında həll edilməsini istəyir. Azərbaycan kimi biz də bu münaqişənin sülh yolu ilə həll edilməsini istəyirik. Azərbaycana qarşı hər hansı ittiham səsləndirənlər, güzəşt tələb edənlər torpaqları işğal olunan tərəfin məhz Azərbaycan olduğunu unutmamalıdır. Həmsədrlər gərginlikdən narahatdır, lakin gərginliyin artmasına gətirib çıxaran səbəblər də var. İlk növbədə bu səbəblərə baxmaq lazımdır.
- Baş nazir Əhməd Davudoğlu bu günlərdə "Yeni Türkiyə” strategiyası ilə bağlı danışarkən TANAP layihəsinə xüsusilə toxundu. Bu layihə Avropa və Balkanlar üçün bu qədər əhəmiyyət kəsb edərkən ölkənizin Avropa Birliyinə üzvlüyü məsələsində bir irəliləyişə ümid etmək olarmı?
- Türkiyə siyasi, iqtisadi və mədəni baxımdan Avropada başlıca faktorlardan biridir. Tarix boyunca da belə olub. Belə ki, Avropanın keçmişini Türkiyə olmadan yaza bilməzsiniz. Bu qitənin gələcəyini də Türkiyəsiz təsəvvür etmək mümkün deyil. Bu gün NATO kimi, Avropa Şurası kimi, müasir Avropanın ən önəmli qurumlarının əksəriyyətinə üzvük. Bəzilərinin yaradılmasında da iştirak etmişik. Avropa İttifaqı ilə də, Gömrük Birliyi başda olmaqla, bir çox sahədə dərin əməkdaşlığımız mövcuddur. Namizədlik müddətimizin tam üzvlüklə nəticələnməsi hədəfimiz olaraq qalmağa davam edir. Belə ki, bu hədəf son hökumət proqramında da qeyd olunub.
TANAP şübhəsiz böyük bir layihədir. Azərbaycanın geniş enerji ehtiyatları var və Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bundan əvvəl Bakı-Tiflis-Ceyhan neft kəməri bölgənin siyasi-iqtisadi həyatına böyük təsir göstərən bir layihə oldu. TANAP qaz kəməriylə Azərbaycan və Türkiyənin bu sahədəki töhfəsi daha da artacaq.
- Bir müddət əvvəl Türkiyə İŞİD-ə dəstək verməkdə ittiham olunurdu, lakin indi İŞİD-ə qarşı mübarizədə Türkiyənin rolu qabardılır. Bu məsələ ilə bağlı fikirlərinizi və rəsmi Ankaranın mövqeyini bölüşərdiniz.
- Türkiyə tarix boyu bir çox əsassız ittihamlarla üz-üzə qalıb. Suriyada baş verənlərdə də Türkiyənin üzərinə günah yıxmaq cəhdləri aydın görünür. Türkiyənin Suriya məsələsindəki mövqeyi barədə az əvvəl danışdım. Biz tamamilə sərhədlərimizi açmışıq, 1,6 milyon suriyalıya ölkəmizdə sığınacaq vermişik. Bütün Kobani əhalisi hazırda Türkiyədədir. 220 min suriyalı qaçqın üçün düşərgələrdə şərait yaratmışıq ki, buna da 4,5 milyard dollar vəsait xərcləmişik. Bütün bunlardan sonra Türkiyəni nədəsə ittiham etmək əsassızdır. Türkiyə həmişə terrorla mübarizədə qabaqcıl yer tutub. Əgər Suriyaya gedən döyüşçülər normal qaydada, sənəd göstərməklə Türkiyədən keçibsə, biz onlara necə mane ola bilərdik? Sizə əminliklə deyə bilərəm ki, bizə xarici dövlətlər tərəfindən hər hansı müraciət olunduqda, hər hansı ad verildikdə, dərhal tədbir görürük. Görünür ki, hansısa tərəf öz fəaliyyətsizliyinin günahını Türkiyədə axtarmağa çalışır.
- Azərbaycanla yüksək səviyyəli hərbi dialoq çərçivəsində növbəti görüşün tarixini və prioritet məsələləri bilmək istərdik.
- Son zamanlar müdafiə sahəsində dövlətlərimiz arasında əməkdaşlıq yüksək səviyyəyə çatıb. Türkiyə və Azərbaycanın yüksək rütbəli hərbçilərinin qarşılıqlı səfərləri artıb, bizim müdafiə nazirimiz bir dəfə Naxçıvana olmaqla, bu il Azərbaycana 3 dəfə səfər edib. Azərbaycan öz ordusunu davamlı gücləndirmək, NATO standartlarına yiyələnmək istəyir. Bu istiqamətdə Türkiyə də əlindən gələn köməyi göstərməyə hazırdır. Dekabrın ortalarında Azərbaycanla yüksək səviyyəli hərbi dialoqun növbəti toplantısı olacaq. Bu tədbir çərçivəsində önəmli məsələlərin müzakirəsi gözlənilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ