Bazar günü günü, 29 noyabr 2026
     

"People in Need"in "SOS Karabakh" əməliyyatı - yeni sübutlar

Image


Mahiyyətcə bu təşkilatla Baronessa Koksun fəaliyyəti arasında elə bir fərq yoxdur...

"Musavat.com"un Elbəyi Həsənlinin xaricdən göndərdiyi məktub əsasında hazırladığı yazını kiçik ixtisarla çap edirik: Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Batumidə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda yaşanan skandal Azərbaycanı qarışdırıb... Məlum olduğu kimi, tədbirin iştirakçısı olan Çexiyanın "People in Need" təşkilatı Dağlıq Qarabağ ermənilərini müstəqil dövlətin nümayəndəsi kimi tanıtmağa cəhd göstərib.
Apardığımız ötəri araşdırmalar sübut etdi ki, bu təşkilatın erməni separatçılarına bu səviyyədə dəstəyinin tarixi kökləri var. Yazdıq ki, həmin təşkilat Azərbaycanın ərazi bütövlüyün tanımır, separatizmi dəstəkləyir. 1988-ci ildə Ermənistana, 1992-ci ildə Dağlıq Qarabağa yardım edib. Qurumun rəhbəri olan Simon Panek və Жaromir Stetina Ermənistana və Dağlıq Qarabağ separatçılarına sevgilərini hələ o vaxtı açıq şəkildə ifadə ediblər. 2003-cü ildən isə bu təşkilat Ermənistanda rəsmən fəaliyyətdədir, hazırda orada onlarla şöbəsi var. Hər şeyi "People in Need"in homepageinə və başqa mənbələrə əsasən ortaya qoyduq.
Amma elə insanlar ortaya çıxdı ki, gün kimi aydın faktlara məhəl qoymadı. Haray-həşir saldılar, and-aman elədilər ki, elə şey yoxdur. Belələrindən biri də ABŞ-da mühacirətdə olan Ramiz Yunusdur. O, jurnalistlərə facebook-da belə bir sual ünvanladı: "Helsinki Komissiyasının rəhbəri, ABŞ senatoru Ben Kardin Çex Respublikasının Xarici Siyasət Komissiyasının sədri Karel Şvarcenbergi ve "People in Need" humanitar təşkilatının icraçı direktoru Simon Paneki öz ofisində qəbul edib və Azərbaycan, Ukrayna və postsovet regionunda gedən prosesləri onlarla müzakirə edib. Sualım var bizim bəzi mətbuat işçilərinə: bütün dünyada ümumbəşəri dəyərləri müdafiə edən, məşhur "Maqnitski Aktı"nın müəllifi olan və Azərbaycan hökumətini kəskin tənqid edən senator Kardinin mövqeyi ermənipərəstlikdirmi?"
Bu suala məmnuniyyətlə cavab verəcəm. Hələliksə Ramiz bəy haqqında bir-iki kəlmə deyim. O, Azərbaycanda kifayət qədər tanınmış insandır. Müsavatçıdır. Amerikadakı avtomobilində nömrə yerinə "Müsavat" yazısı asılıb. ABŞ-da bu qanunla mümkündür. Mömin adamdır. 7 dəfə Həcc ziyarətində olub. Tanınmış hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşı Arif Yunusun qardaşıdır. İlham Əliyevi tənqid edən dostlarımızdandır. Ramiz bəyin sualına keçməmişdən öncə bir daha bu təşkilatla bağlı müəyyən nüansları oxucularımızın diqqətinə çatdıraq. Ümid edirəm ki, bu nüanslar hər şeyi yerbəyer edəcək.
Sözügedən təşkilatın dəstəyi ilə film çəkən qruplardan biri öz saytında Simon Panekin özəl qeydlərinə yer ayırıb. O, yazır ki, köhnə dostum Жaromir Stetina mənə zəng vurdu və bildirdi ki, Dağlıq Qarabağdan gəlir. Orada vəziyyət ağırdır. Yardım təşkil etmək lazımdır.
Bu epizodun davamını isə başqa bir saytda tapa bildik. Düşünün ki, 2002-ci ildə "People in Need" 10 years of helping" adlı kitabı çıxıb. Həmin kitabı bu linkdən oxumaq olar: - http://www.mott.org/files/publications/MosaicV1N1.pdf
Kitabın 9-cu səhifəsində diqqətçəkən qeydlər var. Maraqlananlar nəzər sala bilər. Mətndə deyilir ki, Simon Panekin 1988-ci ildə 21 yaşı vardı. "Tələbə idi. O, o vaxt Ermənistanda zəlzələ qurbanlarına yardım kampaniyası təşkil etdi. 1992-ci ildə isə xeyli təcrübəsi olan Simon Panek ən müasir üsullardan istifadə edərək Praqa televiziya və radiosunda "SOS Qarabağ" kampaniyası başlatdı. Dağlıq Qarabağda müharibə qurbanlarına yardım üçün 80 min dollar topladı (80 min bu gün çox az görünə bilər, ancaq 1992-ci ildə bu çox böyük vəsait idi - E.H) Simon Panek və tanışları ərzaq aldılar, Çexiyanın tibb müəssisələri dava-dərman ayırdılar. Təyyarə kirayə götürdülər və yükü İrəvana çatdırdılar. Oradan isə maşın karvanı yükü pis vəziyyətdə olan əraziyə göndərdi..."
Ən ilginci odur ki, Simon Panek bu əməliyyatdan sonra qeyd edir ki, biz geri döndükdən sonra (Dağlıq Qarabağ nəzərdə tutulur - E.H.) başa düşdük ki, bu işi davam etdirməyə ehtiyac var... Və davam etdirdilər də. İndi də bu yolu tutub gedirlər. Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıtmağa çalışırlar...
Mahiyyətdə bu təşkilatla Baronessa Koksun elə bir fərqi yoxdur. O da qaçaq yolla iki gündən bir Qarabağa gedir. Erməniləri separatizmə ruhlandırmaq üçün min oyundan çıxır...
***
Təqdim etdiyim bu linkdə isə http://blogs.wsj.com/emergingeurope/2014/01/27/hidden-sports-site-lists-human-rights-abuses-in-russia-ahead-of-sochi-olympic-games/ yazılıb ki, "People in Need" təşkilatı 1992-ci ildə Simon Panek və onun iki jurnalist dostu tərəfindən Dağlıq Qarabağda qaçqın böhranı zamanı yaranıb. Həmin region Azərbaycandan qopub (ayrılıb)... Bundan əvvəlki yazıda qeyd etdiyim faktlara bunları da əlavə edə bilərsiz - yəni bu faktları kimsə inkar edə bilməz.
İndi isə hörmətli Ramiz bəyin sualına keçək. Ramiz bəyin məntiqincə, əgər "People in Need"in rəhbərini amerikalı senator qəbul edirsə, deməli, təşkilat aydan arı, sudan durudur. Gəlin baxaq görək, bu senator kimdir? Siz də istəsəniz, bu linkə baxa bilərsiz. Söhbət 2007-ci ildən gedir. http://www.ontheissues.org/house/Benjamin_Cardin_Foreign_Policy.htm
Helsinki Komissiyasının rəhbəri, ABŞ senatoru Ben Kardin Rusiya əsilli yəhudidir. Özü də Ramiz bəyin yaydığı fotoya diqqət edin. Foto musəvilərin əsas rəmzinin fonunda çəkilib. Mənim yəhudilərlə elə bir problemim yoxdur. Amma bu yəhudini heç sevmədim. Niyəsini deyim. Çünki erməni genosidini təbliğ edir. Özü də necə? Bu yəhudi senatorun yanında ermənilər çox insaflıdır. Baxın görün, nə yazır. Ermənilər deyir ki, o vaxt 1.5 milyon erməni ölüb. Bu qadasını aldığım isə deyir ki, yox canım, 2 milyon ölüb. 1,5 milyonu kişidir, 0,5 milyonu qadındır. Özü də ermənilər həmin ərazidə, yəni indiki Türkiyənin ərazisində 2.500 ildir ki, yaşayırlar. Həmin ərazi onların dədə-baba torpaqlarıdır. Yəni Türkiyənin yarısı onlara çatır...
Təsadüfi deyil ki, ABŞ-da fəaliyyət göstərən "Amerika Erməniləri Milli Komitəsi"nin ən çox təriflədiyi senator məhz odur. Amma nədənsə sayın Ramiz bəyin dost dediyi bu adamın bu kimi hərəkətlərindən xəbəri yoxdur. Ramiz bəy üçün önəmli olan odur ki, bu senator Leyla və Arif Yunusun həbsdən azad edilməsini tələb edib. Twitter-də də bu barədə yazıb.
O, 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərini tənqid edib. Səbəb də odur ki, həmin vaxt Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan seçkiyə qatılmışdı. Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan o vaxt ona qarşı qarayaxma kampaniyasına başlamışdı. Deyirdilər ki, Ter-Petrosyanın xanımı yəhudi olduğuna görə o da, onun xanımı da İsrailə Ermənistan əleyhinə casusluq edirlər. Yəni Ter-Petrosyanın xanımı yəhudi olmasaydı, cənab Benjamin Kardin bu saxtakarlığı da dilə gətirməzdi və deməzdi ki, Ermənistandakı anti-semitizm məni heyrətdə qoydu...
Onu da qeyd edim ki, ortaya qoyduğum Qərb mənbələridir. Özü də hər bir tərəf həmin sənədləri öz əliylə yazıb. Onlar da bunu ona görə yazıblar ki, ermənipərəst olmaq pul gətirir, türkə düşmən olmaq da həmçinin. Yəni bu qədər bəsit...
***
Ötən yazımda Qərbin qrantları hesabına yaşayan Zöhrab İsmayılın facebookdakı statusuna diqqət çəkmişdim: "People in Need" təşkilatına "ermənipərəst" damğası vurmağa çalışmaq alçaqlıq və şərəfsizlikdir! Hansı ki, bunu "Yeni Müsavat" qəzeti etməyə çalışır..." http://musavat.com/news/gundem/people-in-need-ermeniperestliyi-ve-bizim-milli-ermeniler-senedler-subutlar_228923.html
Yəni adam gözümüzün içinə deyir ki, siz şərəfsizsiz və alçaqsız. Əli Kərimlinin yaxın adamlarından olan Zöhrab İsmayılın bu canfəşanlığının səbəbini öyrənə bildik. Məlum oldu ki, "PiN" bu şəxsi aylarla Çexiyada saxlayıb, bütün məsrəflərin ödəyib. Hələ də proses davam edir. Onun Kanadaya və ya ABŞ-a getməsinə də yardım edəcəklər. Bu təşkilatın müdafiəsində duranlardan biri isə öz statusunda bu müdafiənin nə qədər təmənnalı olduğunu özü də etiraf edib. Həmin şəxs xanım olduğuna görə adın yazmayacağıq. Ancaq o da Əli Kərimlinin yaxın ətrafında olan siamlardandır... Həmin statusun nöqtəsinə, vergülünə toxunmadan veririk: "People in Need" Avropada İnsan Haqları ilə məşğul olan təşkilatdır. Dünyaca nüfuzlu bu hüquq müdafiə təşkilatının mənzil- qərargahı Çexiyada yerləşir. Bu təşkilatın harada yerləşməsindən və kimin rəhbərlik etməsindən asılı olmayaraq bu təşkilat çox obyektiv, qərəzsiz, vicdanlı yanaşma sərgiləyir hər kəsə. Milli mənsubiyyətindən, irqindən, cinsindən asılı olmayaraq dünyanın istənilən ölkəsində hüquqları pozulan bütün insanların imdadına çatır və yardım edir. İntiqam Əliyev də bir Azərbaycan türkü olaraq beynəlxalq aləmdə sayılıb-seçilən nüfuzlu ekspertlərdən biridir və belə bir nüfuzlu təşkilatın onu müdafiə etməsi çox təbiidir. Xahiş edirəm mənim də tanıdığım, ən çətin anlarda adamların köməyinə çatan və onlara siyasi, hüquqi və humanitar yardım edən belə bir təşkilatın fəaliyyətinə kölgə salmayın.
Bütün hallarda mən bu təşkilatın fəaliyyətini obyektiv, qərəzsiz və uğurlu hesab edirəm. Qüsura baxmayın, fürsətdən istifadə edib mənim Gürcüstanda bir aylıq müalicəmi və bütün xərclərimi öz üzərinə götürən "People in Need" təşkilatına təşəkkürümü bildirirəm!"
Adam deyir ki, mənim müalicəmin xərcini "People in Need" verib, yəni elə bu səbəbdən də onlara ermənipərəst (əslində erməni) demək olmaz. Nə yazıq ki, Azərbaycanda məsələlərə bu cür yanaşma sərgiləyənlər az deyil.
***
İndi də "People in Need"i müdafiə edənlər ortaya yeni arqument atıblar. Deyirlər ki, söhbət bu təşkilatın ermənipərəst olub-olmamasından getmir. Boş verib, bunun üstündən keçək. Məcburdular. Çünki ortaya qoyduğumuz faktları təkzib etmək mümkün deyil. Təsdiq etmək də istəmirlər. Deyirlər ki, söhbət ondan gedir ki, bu təşkilat öz tədbirində Azərbaycanda siyasi məhbus problemini qaldırıb. Bunun üçün stend yaradıb, siyasi məhbusların fotosunu asıb...
Amma... hər parıldayan şeyi qızıl saymaq olmaz. Bu məsələdə önəmli nüans var. O da ondan ibarətdir ki, "People in Need" bu faktı bəhanə gətirir, yəni bu faktın arxasında gizlənərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tədbirdə iştirakını tələb edir. Və belə bir məqamda biz onlara etiraz etməliyik. Şəxsən mən orada olsaydım, belə bir sərsəm təklif irəli sürəni həyata gəlməyinə görə, peşman edərdim. Bizim nümayəndə heyəti nədən bu iddiaya kəsərli cavab verməyib? Bunu başa düşmək mənim üçün çətindir. Qərbdə uzun müddət yaşayan birisi kimi hər kəsə demək istəyirəm ki, bu tərəflərdə qulları sevmirlər. Buralarda elə adamları sevirlər ki, onların konkret mövqeyi var. Yəni kimsə durub onlara etiraz etsə, dünya dağılmır. Əksinə, ortaya arqument qoyub etiraz edən adamları yüksək dəyərləndirirlər. Mən bunun dəfələrlə şahidi olmuşam...
Problem ondadır ki, Azərbaycanda hələ də özünü Qərb insanı qarşısında kiçik bilənlər var. Bu, natamamlıq kompleksi deyilən bir bəladır. Xüsusən Qərbin qrantı hesabına dolananlar elə hesab edirlər ki, "Peopel in Need"i müdafiə etmək bunların boynunun borcudur, yoxsa pullarını kəsərlər. 21-ci əsrdə yaşayırıq, hələ də özünə ağa axtaran qullar var. Özü də demokratiyadan danışa-danışa...



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ