Bazar günü günü, 29 noyabr 2026
     

"Gürcü arzusu" və gürcülərin arzusu...

Image


Gürcüstanda hakimiyyətdə olan koalisiya hökumətində "Milli Hərəkat" partiyasını təmsil edən müdafiə naziri Alasaniyanın istefası və onun ardınca xarici işlər naziri xanım Pancikidzenin dörd müavini ilə birlikdə istefa verməsi, hökumətdən daha çox, əhali arasında çaşqınlıq yaradıb. Gürcüstan Avrointeqrasiya yolunu seçmiş, öz gələcəyini Avropa ailəsində gördüyünü çoxdan elan etmiş və bu istiqamətdə müəyyən addımlar atmış müstəqil bir dövlətdir.
Mixeil Saakaşvilinin hakimiyyətə gəlişi ilə bu mövqeyin dövlət səviyyəsində rəsmən təsdiq edilməsi onsuz da Rusiyanı narahat edir və onu qabaqlayıcı tədbirlər görməyə tələsdirirdi. 2008-ci ildə NATO-nun Buxarest sammitində Gürcüstanın bu quruma üzv qəbul olunacağı barədə açıq məsləhətləşmələrdən sonra Rusiya artıq qəti hərəkətlərə keçərək Gürcüstanı təxribata sürükləyə və onu əvvəlkindən daha ağır asılılığa salmağa müvəffəq oldu. Cənubi Osetiya və Abxaziyanı işğal etdikdən sonra da intiqam hisslərini cilovlaya bilməyən Rusiya onları müstəqil dövlət kimi rəsmən tanımaqdan da çəkinmədi və bununla da geriyə addım atmağa yer qoymadı, necə deyərlər, "qırmızı xətti" keçdi. Ağır itki bütün Gürcüstanı sarsıtdı, hərbi məğlubiyyət "Milli Hərəkat"ın və onun rəhbəri M.Saakaşvilinin öz mövqelərini itirməsi ilə nəticələndi. Sonrakı seçkilərdə hakimiyyətə gələn siyasi qüvvələr "status-kvo"nu Gürcüstanın xeyrinə dəyişə bilməsələr də, yenicə qədəm qoyduqları siyasi səhnədə ehtiyatlı davranmaq, xüsusilə də Rusiya ilə münasibətləri yeni səhifədən başlamağa meylli olduqları barədə siqnallar göndərməyə başladılar. Özünə "Gürcü arzusu" kimi romantik bir ad seçmiş siyasi partiya və seçkilərdə onu dəstəkləyən gürcülər az sonra siyasətin romantika ilə bir araya sığmadığını hiss etdilər. Əldə etdiyi hakimiyyətlə nə edəcəyini o qədər də aydın təsəvvür etməyən "Gürcü arzusu"nun Gürcüstan üçün ata biləcəyi ən zəruri addım, əlbəttə, ilk növbədə ümumxalq konsolidasiyasına nail olmaq idi. Lakin prezident seçkilərindən az sonra M.Saakaşvili barəsində cinayət işinin açılmasına qərar verilməsi "Gürcü arzusu"nun heç də gürcülərin arzusu olmadığını göstərdi. Hakimiyyətin birinci arzusu gələcək seçkilərdə potensial rəqib kimi görünən "Milli Hərəkat" partiyasını və onun liderini siyasi səhnədən uzaqlaşdırmaq oldu. Təəssüf ki, hakimiyyət bütün siyasi qüvvələri ölkə üçün taleyüklü problem ətrafında birləşdirmək əvəzinə diqqətini ilk növbədə qarşıdakı illərdə öz hakimiyyətlərini möhkəmlədib onun uzunömürlülüyünü təmin etmək istiqamətində siyasi rəqibləri sıradan çıxarmaq üzərində cəmləşdirdi. Azsaylı və milli təəssübkeşliyə sadiq olan gürcülər üçün və eləcə də əhalisinin əhəmiyyətli hissəsini azərbaycanlıların təşkil etdiyi bütün Gürcüstan vətəndaşları üçün prioritet isə siyasi qarşıdurma deyil, ilk növbədə, ölkənin ərazi bütövlüyünü bərpa etmək məsələsi idi. On il hakimiyyətdə olmuş, Gürcüstanda dövlətçiliyin və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi üçün mühüm addımlar atmış "Milli Hərəkat" partiyasına və onun liderinə qarşı ədalətsiz davranış digər siyasi qüvvələri də hakim partiya ilə münasibətdə daha ehtiyatlı mövqe tutmağa sövq etdi, "Gürcü arzusu"nun Rusiyadan idarə edilməsi haqqında ehtimallar daha açıq səsləndirilməyə başladı. Baş nazir Qaribaşvilinin noyabrın 12-də Qazaxıstana səfəri və N.Nazarbayevlə görüşü hakim partiyanın ölkəni Rusiyanın təsir dairəsinə salmağa çalışması barədə şübhələri daha da artırdı və nəticədə cəmiyyətdə müxaliflik ruhu bir az da artmış oldu.
Bu arada NATO-nun yeni seçilmiş baş katibi İyens Stolntonberqin Gürcüstanın mütləq NATO-ya üzv olacağı barədə verdiyi bəyanatın əks-sədası isə Gürcüstandan daha çox Azərbaycanda eşidilməkdədir. Qonşu dövlət NATO-ya üzv olacağı halda Cənubi Qafqaz Rusiya-Qərb qarşıdurmasının döyüş səhnəsinə çevrilə bilərmi və belə bir vəziyyət Azərbaycana nə vəd edir? Ölkəmizdə hadisələrin gedişini diqqətlə izləyən siyasi şərhçilər bu sual ətrafında heç də birmənalı olmayan proqnozlar səsləndirirlər. Lakin NATO baş katibinin bəyanatının reallıqdan daha çox Rusiyaya ünvanlanmış siyasi mesaj olduğunu sezmək o qədər də çətin deyil. Əslində NATO-ya münasibətdə Gürcüstanın niyyəti və NATO-nun da bu məsələ barəsində mövqeyi heç kim üçün sirr deyil.Lakin həm NATO, həm də Gürcüstan mövcud şəraitdə bunun mümkün olmadığını yaxşı anlayır.
Birincisi, bu gün NATO-nu ən çox məşğul edən məsələ Rusiya-Ukrayna müharibəsidir. Tarixən slavyanların ilkin "ana" dövləti hesab olunan Ukraynanın nəhayət ki, Rusiyanın təsir dairəsindən çıxaraq Avropa ailəsinə qoşulması Rusiya üçün təkcə mənəvi sarsıntı deyil. Bu həm də Rusiya siyasətində iki yüz ildən çox aparıcı olan Avrasiyaçılıq ideyasının birdəfəlik məğlubiyyəti və bununla da Rusiyanın Avrasiya hökmranlığının və nəticə etibarilə qlobal hökmranlıq iddialarının sonu deməkdir. Ona görə də Rusiya bu savaşa "olum ya ölüm" məsələsi kimi yanaşır. Ukrayna-Rusiya münasibətlərinin hansı məcraya yönələcəyi NATO-nun gələcək planlarını şərtləndirən əsas amildir. Ukrayna minimum itki ilə Rusiyanın caynağından çıxıb Avropa Birliyinə qoşulacağı halda, Rusiya özünün regional və qlobal hakimlik iddiasını birdəfəlik dəfn etməli olacaq və nəhayət, sonun başlanğıcı erasına qədəm qoyacaq.
Digər tərəfdən, Yaxın Şərqdən dünyaya meydan oxuyan terrorçu İŞİD-ə qarşı ilk əks-hücumu ABŞ başlasa da, hazırda NATO ölkələrinin böyük əksəriyyəti bu hərbi aksiyaya qoşulub və real müharibə vəziyyətindədirlər. Belə bir şəraitdə Gürcüstanın NATO-ya üzvlük məsələsi onların gündəliyində ən sonuncu yerdə ola bilər. Bir qayda olaraq, ərazi mübahisələri olan ölkələrin bu mübahisələr həll olunmadan NATO üzvlüyünə qəbulunun mümkün olmaması və qonşu ölkənin bir hissəsinin faktiki işğal altında olması da Gürcüstanın NATO perspektivini vaxt baxımından daha da uzaqlaşdırır.
Bu məsələnin bizim üçün daha çox maraq kəsb edən tərəfi isə regional təhlükəsizliklə bağlı olan geosiyasi faktordur. Belə ki, Azərbaycan və Gürcüstan təkcə eyni coğrafi koordinatlarda deyil, həm də eyni "siyasi koordinatlar"da yerləşir. Qafqaz kimi həssas bir bölgədə qonşu ölkələrdən birinin NATO kimi vacib bir quruma üzv olması digər qonşu dövlətlərlə müvafiq razılaşmalar olmadan mümkün deyil. Xüsusilə Azərbaycanın səyləri nəticəsində yaranmış Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq vektoru hər üç ölkənin siyasi taleyinin məhz birlikdə baxılması zərurətini meydana gətirib. Ona görə də region ölkələrinin, xüsusilə Türkiyə və Azərbaycanın razılığı olmadan belə hadisələrin baş tutması qeyri-mümkündür. Son on ildə Azərbaycanın Gürcüstana yatırdığı sərmayələrin, ən çətin zamanlarda Gürcüstana göstərilən siyasi və iqtisadi dəstəyin fonunda qonşu ölkənin belə mühüm bir məsələdə Azərbaycanla razılaşdırılmadan hər hansı bir addım atması mümkün deyil.
Əslində, NATO-ya üzv olub-olmamaq gürcü xalqı üçün məruz qaldıqları təcavüz şəraitində, şimal qonşusundan və onun "forpostu" sayılan xəyanətkar qonşusundan gözlənilən təhlükələr qarşısında özünü müdafiə etmək vasitəsi kimi taktiki məsələdir."Gürcü arzusu" partiyasının NATO və Rusiya arasında etdiyi manevrlərin mənası və məqsədi aydın olmadığından, baş verənlər gürcü xalqını narahat edir. Bu da başadüşüləndir, çünki gürcülərin əsl arzusu - dünyanın proqressiv cəmiyyətlərinə qoşularaq öz ölkəsini məntiqi təkamül yolu ilə inkişaf etdirib çiçəkləndirmək, sağlam həyat və yüksək rifah cəmiyyətinə nail olmaqdır. Bu gün hakimiyyətdə olan "Gürcü arzusu" partiyasının gələcək siyasi gedişlərinin gürcülərin və bütövlükdə Gürcüstan vətəndaşlarının arzularına nə dərəcədə uyğun olub-olmadığını isə zaman göstərəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ