Bazar günü günü, 29 noyabr 2026
     

Hidayət Orucov Dağlıq Qarabağ probleminin mahiyyətini qırğız xalqına bir daha izah etdi

Image


Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında Fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov Qırğızıstanın populyar "Akipress" informasiya agentliyinə Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı müsahibə verib. Жurnalistin Azərbaycanın bu qədər sürətlə inkişafının nəyə bağlı olduğu və Qırğızıstan-Azərbaycan münasibətləri haqqında suallarına səfir belə cavab verib:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə çoxsaylı iqtisadi islahatlar həyata keçirilib və həmçinin dünyanın aparıcı energetika şirkətləri tərəfindən neft və qaz sektoruna investisiyaların yatırılmasına nail olmuşuq. Buna görə də enerji amili, üstəgəl islahatlar və enerji ehtiyatlarının satışından əldə etdiyimiz aktivlərin insan kapitalına investisiya qismində yatırılması bizə iqtisadiyyatımızı şaxələndirmək imkanını verdi.
Bu gün Azərbaycan enerjidən heç vaxt olmadığı kimi az asılıdır və ümumdaxili məhsulun 50 faizdən çoxu qeyri-neft sektorunda istehsal edilir. Həmçinin, beynəlxalq təşkilatlar bizim nailiyyətlərimizi tanıyır. Bu yaxınlarda Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatı qlobal rəqabət qabiliyyətliliyinə görə 38-ci yeri tutub. Beləliklə, bu, iqtisadi islahatların göstəricisidir.
Qeyd etmək istərdim ki, sentyabr ayında Azərbaycan möhtəşəm "Cənub qaz dəhlizi" layihəsinə start verib. Artıq işlər başlayıb. Bu layihə Azərbaycana bir çox Avropa ölkələri ilə əlaqələr yaratmağa və yeni müasir paylayıcı sistemin qurulmasına imkan verəcək. Azərbaycan elə bir paylayıcı sistem quracaq ki, onun vasitəsilə 50 milyard kubmetrə qədər qaz nəql etmək mümkün olacaq.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Sıx əlaqələndirmə işlərini aparmaq və Azərbaycan kimi istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqlar balansını qorumaq lazımdır. Bu, enerji təhlükəsizliyi və şaxələndirilməsi layihəsidir. Enerji təhlükəsizliyi olmadan fiziki təhlükəsizliyi təmin etmək çətindir və bu məsələlər bir-birinə bağlıdır".
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan hesabata görə, ötən il Azərbaycan üç uğurlu islahat həyata keçirib. Bu islahatlar biznesə başlamaq, əmlakın qeydiyyata alınması və vergilərin ödənilməsini əhatə edir.
Azərbaycan Respublikası və Qırğızıstan Respublikası müstəqillik əldə edəndən sonra ilk dəfə olaraq Bakı-Bişkek-Bakı birbaşa aviareysinin açılışı möhtəşəm hadisədir.
Bu aviareys ölkələrimiz arasında sıx əməkdaşlıq əlaqələrinin inkişafına yüksək töhfə verəcək. Eləcə də İpək Yolunun bərpası işində Qırğızıstanın Qərbə, Azərbaycanın isə Şərqə yeni qapısı açılır.
SSRİ-nin dağılmasından sonra bütün ittifaq respublikalarının hava xəttində olan çətinlik Azərbaycanda da var idi. Ümummilli lider Heydər Əliyevin bu problemi şəxsi nəzarətinə götürməsindən sonra mülki aviasiyaya böyük investisiyalar qoyuldu.
Bu gün Azərbaycanın aviaparkı ən müasir təyyarələrlə təmin olunub, yeni və möhtəşəm Heydər Əliyev adına hava limanı tikilib.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarələr Avropanın və Asiyanın müxtəlif ölkələrinə, yeni təyyarələr əldə olunandan sonra isə Amerikaya sərnişin daşımaları həyata keçirir.
Bakı-Bişkek-Bakı aviareysi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə açılıb və bu da iki qardaş ölkə arasında əlaqələrin genişlənməsinə səbəb olacaq. Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və humanitar sahədə deyil, həm də iqtisadi sahədə inkişaf etməkdədir və bu xətt Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin və Qırğızıstan Respublikasının Prezidenti, zati-aliləri cənab Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir".
Ermənistan-Azərbaycan cəbhə xəttində baş vermiş son münaqişə ilə bağlı suala isə cənab Orucov belə cavab verib:
"Mənim fikrimcə, Azərbaycanın işğal edilmiş ərazisində hərbi helikopterlə bağlı insident Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında destruktiv mövqeyinin növbəti təzahürüdür.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesində ölkənin ərazi bütövlüyü, suverenliyi çərçivəsində iştirak edir. Lakin Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək sülh prosesinə mane olmağa yönəldilmiş siyasətini davam etdirir və hərbi helikopterlə bağlı insident növbəti belə addımdır.
Xatırlatmaq yerinə düşər: hələ 2012-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə göndərdiyi məktubda deyilirdi ki, Ermənistan tərəfindən Azərbaycanın hava məkanının pozulmasına yönəldilmiş istənilən cəhdə qarşı adekvat addımlar atılacaq.
2014-cü il noyabrın 12-də cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "Mi-24" tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
İlkin olaraq iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsilə başlayıb. Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonu - Azərbaycan ərazisinin 20%-i Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və bir milyondan artıq öz evlərindən məcburi olaraq qaçqın və köçkün olmuş vətəndaşımız var.
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağın və ətraf rayonların işğaldan azad olunması ilə bağlı dörd qətnamə qəbul edib, amma bu günə kimi hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.
Azərbaycan bu münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır, amma Ermənistan bilməlidir ki, hər bir xalq işğala nə vaxta qədərsə dözə bilər və biz öz ərazi bütövlüyümüzü qoruyacaq, işğalçı qoşunlar Azərbaycan ərazisini tərk etməyincə təcavüzə qarşı hər vasitə ilə mübarizə aparacağıq".
Жurnalistin "Ermənistanın Gömrük İttifaqına daxil olması Azərbaycan üçün nə deməkdir və Azərbaycan üçün Qarabağı qaytarmaq çətinmi olacaq" suallarını Fövqəladə və səlahiyyətli səfir belə cavablandırıb:
"Düşünürəm ki, bu sualın birinci hissəsi Ermənistan rəhbərliyinə ünvanlanmalıdır, onlar üçün Gömrük İttifaqı nə deməkdir?
Ancaq işğal olunmuş Dağlıq Qarabağ regionu və yeddi rayonu, bəlkə də çətinliklə, lakin tam əminliklə deyə bilərəm ki, Azərbaycan öz torpaqlarını qaytaracaq. Biz həmişə bu münaqişənin sülh yolu ilə həll olunması üçün mümkün olan hər şeyi etmişik və edirik də, lakin qarşı tərəf Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqlarını pozmaq və status-kvonu saxlamaq niyyətindədir.
Dünya ölkələri və beynəlxalq təşkilatlar hansısa subyektin müstəqilliyini tanımırsa, bu o deməkdir ki, bu subyektdə ya terror və ya işğal rejimi mövcuddur.
Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan Xocalı soyqırımında və azərbaycanlılara qarşı törədilmiş bir çox qırğınlarda bilavasitə iştirak edib, soydaşlarımızın öz tarixi-etnik torpaqlarından məcburi olaraq qaçqın və köçkün düşməsinə səbəb olub, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə və dünya sivilizasiyasına qarşı bir çox cinayətlər törədib. O anlayır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli onun cinayətkar rejiminə son qoyacaq. Çox gözəl bilir ki, onu beynəlxalq tribunal və ağır cəza gözləyir. Ermənistan rəhbərliyinin cəhdləri və bütün bu cinayətləri gizlətmək ona qarşı çevrilir. Ermənistan tərəfindən gerçəkləşdirilən bütün təxribatlara Azərbaycan hər zaman layiqli cavab verir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ən ağrılı problemi olaraq qalır. Bu problem bir neçə prinsip, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycan torpaqları işğaldan azad olunmalı, bir milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurdlarına qayıtmalı, ölkəmizin ərazi bütövlüyü bərpa edilməli və Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində özünü idarəetmə statusu verilməlidir. Hər kəs bilməlidir: baxmayaraq ki biz sülh tərəfdarıyıq, müharibənin yenidən başlanmasını istəmirik və bu məsələnin dinc yolla həllinə çalışırıq, bununla yanaşı, status-kvonun saxlanması da sonsuz ola bilməz. Azərbaycan, nəyin bahasına olursa-olsun, öz torpaqlarını azad edəcək".




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ