Bazar günü günü, 11 oktyabr 2026
     

Ermənilər sosial şəbəkələrdə Qarabağda “partizançılıq çağırışları”na başlayıb...

Image


44 günlük Vətən müharibəsində Azərbaycan qələbə qazanaraq öz ərazi bütovlüyünü təmin etdi. Bununla da Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Azərbaycan Respublikasının Prezidenti səviyyəsində dəfələrlə bəyan edilib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar bizim vətəndaşlarımız olaraq daha yüksək rifah içində yaşayacaqlar.

10 dekabr Zəfər paradından sonra ermənilərin sosial şəbəkələrdəki profillərində, akkauntlarında, səhifələrində, habelə “Telegram”dakı kanallarında “Qarabağda partizan savaşı”na başlamaqla bağlı çağırışların sayının sürətlə artdığı müşahidə olunur.

Hətta həmin seqmentlərdə “partizan savaşı ilə bağlı fərdi fəaliyyət təlimatları” da yayılır.

  • Elçin Alıoğlu: “Qarabağda partizan savaşı” bəyanatları, faktiki olaraq, açıq-aşkar terrorçuluq fəaliyyətinə çağırışlardır”

Siyasi icmalçı Elçin Alıoğlu qeyd edir ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmadan narazı qalan erməni millətçilərlə şovinistlər bununla iki məqsəd güdürlər. “Onlar həm Ermənistan daxilində baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyalarının intensivliyini və miqyasını artırmaq, daxili siyasi situasiyanı mümkün qədər gərginləşdirmək, həm də Qarabağda vəziyyəti ağırlaşdırmaq istəyirlər. "Qarabağda partizan savaşı" bəyanatları, faktiki olaraq, açıq-aşkar terrorçuluq fəaliyyətinə çağırışlardır. Bütün terror tərəfdarlarında olduğu kimi, belə çağırış müəlliflərinin də məqsədləri arasında əks-tərəfdə, yəni Azərbaycanda mümkün qədər sərt reaksiya yaratmaqdır.

Bəyanat müəllifləri Qarabağdakı azərbaycanlı hərbçiləri antiterror aksiyalarına sövq etmək, sonra da baş verənləri "dinc qarabağlı ermənilərə qarşı repressiyalar" kimi qələmə vermək niyyətindədirlər. Qarabağlı ermənilərin yaşamı, taleyi və gələcəyi belə bəyanatları yayanları maraqlandırmır. Onlar əsla düşünmürlər ki, Qarabağda silahlı toqquşmalar olarsa, qarabağlı erməniləri nələr gözləyə bilər”.

  • Akif Nağı: “Azərbaycan dövləti tərəfindən ermənilərin alışdırmağa hazırlaşdıqları o terror ocaqları tezliklə söndürülməli, məhv edilməlidir”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da hesab edir ki, ermənilər öz ziyanlı, separatçı mövqelərindən geri çəkilmək istəmirlər, bu səbəbdən də haqsız mübarizlərini davam etdirmək niyyətlərini ortaya qoymağa cəhdlər edirlər: “Bunlar uzun illərdir bütün dünyanı, eləcə də xaricdəki erməniləri “bu ərazilər ermənilərindir” yalançı tezisinə inandırıblar, özləri də uydurduqları bu yalana inanıblar. Amma hərb meydanında gücsüzlüklərini tam məğlubiyyətə uğramaqla təsdiq etdilər. Amma məkrli əməllərindən əl çəkmirlər. Tarix boyu ermənilər bu ağır zərbələrdən məğlub olublar, ardınca isə məğlubiyyətin üzərində müəyyən oyunlar qurmağa başlayıblar. İndi də həmin xətti davam etdirirlər. Müəyyən güc mərkəzləri, müəyyən dövlətlər var ki, onlar həmişə ermənilərdən alət kimi isifadə ediblər. Həmin dövlətlər çalışırlar ki, ermənilər separatçılıqlarını davam etdirsinlər və onlar ermənilərdən  Azərbaycana və Türkiyəyə qarşı istifadə etsinlər. Biz bunu bilirik ki, ermənilər separatçılıq hərəkətlərini davam etdirəcəklər, Dağlıq Qarabağın ərazisində terror aktları törədəcəklər. Onlar buna “partizan savaşı” deyirlər, amma orada partizanlıqla bağlı heç nə yoxdur, ola da bilməz. Yəni orada erməni əhali qalxsın, hansısa dəstələr yaradıb müqavimət göstərsin, belə hallar yoxdur. Sadəcə olaraq, müəyyən terrorçu təşkilatların yaratdığı erməni terrorçu qrupları var və “partizan müharibəsi” dedikdə diversiya, təxribat hərəkətləri, terror aktları nəzərdə tutulur. Ona onlar əl atacaqlar. Azərbaycan da buna hazır olmalıdır. Bu işi Azərbaycan dövləti və xalqı başlayıb və sonra qədər gedib erməni separatçılarının müqavimətini tam sındırmalıyıq. Bunun üçün səmərəli, effektiv yol seçilməlidir. Necə ki, müharibədə səmərəli, effektiv yol seçildi və müharibədən nisbətən az itki ilə çıxdıq. Müharibədə həlak olan hər bir insanımız bizim üçün əzizdir, amma müharibə itkisiz olmur, Azərbaycan da müharibədə az itkilərlə böyük nəticələrə nail oldu”.

Ermənilərin təbliğ etdikləri “partizan savaşı”nın qarşısının alınması üçün Azərbaycan dövləti tərəfindən hazırlıq işlərinin aparıldığına ümid etdiyini deyən A.Nağı hesab edir ki, erməni terrorlarının, təxribatlarının zamanında önlənməsi üçün Azərbaycan dövləti səmərəli addımlar atacaq. “Azərbaycan dövləti tərəfindən ermənilərin alışdırmağa hazırlaşdıqları o terror ocaqları tezliklə söndürülməli, məhv edilməlidir. Bu istiqamətdə addımlar atılmalıdır. Ermənilər yenə də bütün dünya boyu öz yalan təbliğatlarını davam etdirəcəklər və Azərbaycanda həm dövlət, həm də ictimaiyyət səviyyəsində bütün cəbhələrdə onların bu terrorçuluq hərəkətlərinin qarşısının alınması üçün tədbirlər həyata keçirilməlidir. Hər bir vətəndaşımız, hər bir soydaşımız bu işdə fəal olmalıdır. Sonda yenə qələbə bizim olacaq, çünki erməni separatçıları öz məqsədlərinə nail ola bilməyəcəklər. Kimlərinsə əlində alətdirlər, istifadəsiz qalacaqlar. Çünki Azərbaycan İkinci Qarabağ müharibəsində göstərdi ki, istənilən hədəfə, istənilən məqsədə az itkilərlə və səmərəli şəkildə nail ola bilir” - deyə A.Nağı vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ