“Sizi, Azərbaycan xalqını və rəşadətli Ordumuzu Böyük Qələbə münasibətilə ürəkdən təbrik edirəm! Yaxınlarımla birlikdə 44 gün ərzində Qarabağın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan əməliyyatları həyəcan və qürurla izlədik.
Xalqa müraciətləriniz və verdiyiniz çoxsaylı müsahibələr çoxmillətli Azərbaycan xalqını ətrafınızda daha da birləşdirdi, Qələbəyə inamı artırdı.
Siz peşəkar, parlaq bir siyasətçi kimi müasir tarixdə ustadlıq nümunəsi oldunuz. Qalib Azərbaycan Ordusu isə müharibə şəraitində bütün dünyaya nəciblik və insanlıq dərsi keçdi.
... Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, Azərbaycanın rifahı naminə uğurlar arzulayıram”. Bunu Rusiya Federasiyasının Moskva şəhərindən Dadaşov Tofiq Həsənağa oğlu Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com