“Bu məktubu böyük qürur və fəxr hissi ilə yazır və Sizə ürəkdən minnətdarlığımı bildirmək istəyirəm.
Siz əsl Lider və xalq birliyinin necə olduğunu bütün dünyaya həm göstərdiniz, həm də sübut etdiniz. Siz xalqı ətrafınızda birləşdirdiniz və Vətənə məhəbbət hissini aşıladınız. Siz güclü ordu qurdunuz, güclü Azərbaycan Ordusu isə işğalçıları Vətənimizdən qovdu.
Siz bu illərdə ordunu yenidən qurmaqla yanaşı, heç bir sahəni diqqətdən kənarda qoymadınız. Sizin uzaqgörən, müdrik siyasətiniz nəticəsində Azərbaycanı dünyada tanıyır və hesablaşırlar.
Hazırda Azərbaycan dünya üçün tolerantlıq nümunəsidir. İstənilən millətin nümayəndəsi özünü Azərbaycanda təhlükəsiz, hətta başqa ölkələrdə vətəndaşların özlərini hiss etdiklərindən daha inamlı hiss edirlər.
Bu isə sizin Vətənə və xalqa olan sevginizin sayəsindədir.
Mən Azərbaycanda doğulduğum və yaşadığım üçün qürurluyam. Mən fəxr edirəm ki, Siz bizim Liderimizsiniz, sözün əsl mənasında zəmanəmizin qəhrəmanısınız!”
Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Abşeron rayonun Xırdalan şəhərindən Peşkova Svetlana bildirib.
Baki-xeber.com