Moskvadan Əfqan Şabanov Prezident Əliyevə yazdı – Siz yorulmaz əməyinizlə...

img

“Şanlı Qələbəmiz Vətəndən kənarda yaşayan azərbaycanlılar olaraq bizi də həddən artıq sevindirir. Biz harada yaşamağımızdan asılı olmayaq Sizinlə, azərbaycanlı olmağımızla, Sizin müdrik siyasətiniz və Ordumuzun əzmkarlığı nəticəsində möhtəşəm Qələbə qazanmağımızla böyük qürur duyuruq.

Uzun illər həsrətlə gözlədiyimiz Qələbə sevincinə görə Sizə hər zaman minnətdarıq. Siz yorulmaz və fədakar əməyinizlə Azərbaycan tarixində ilk dəfə olaraq ölkənin ərazi bütövlüyünü təmin edən, şanlı tarix yazan Qəhrəmansınız! Şanlı Qələbəmiz münasibətilə Sizi ürəkdən təbrik edirik. Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizi Allah rəhmət etsin, yaralı igidlərimizə tezliklə şəfa diləyirik. Allah Sizi, ailənizi, Müzəffər Ordumuzu və bütün azərbaycanlıları qorusun!” Bunu Rusiya Federadiyasının Moskva vilayətinin Odinsovo şəhərindən Rusiya Federadiyasının Moskva vilayətinin Odinsovo şəhərində yaşayan bir qrup azərbaycanlılar adından Əfqan Şabanov Prezident İlham Əliyevə müraciətində qeyd edib.

Baki-xeber.com

Son xəbərlər