Makron repressiyalarının ağır zərbəsini yaşayanlardan biri jurnalistlərdir

Azər Həsrət: “Bütün beynəlxalq media təşkilatları Fransada jurnalistlərə qarşı edilən zorakılıq hadisəsinə sakitliklə reaksiya verirlər”

img

Fransada polis Parisin mərkəzində toplaşmış qaçqınları qovub və baş verənləri çəkməyə çalışan jurnalistlərə hücum edib. Xarici medianın yaydığı kadrlardan görünür ki, polis xüsusi əməliyyat keçirərək, Parisin mərkəzinə toplaşan qaçqınları qovur. Jurnalistlər həmin hadisələri kameraya çəkən zaman polislərin hücumuna məruz qalıblar. Nəticədə media nümayəndələrinin avadanlıqları sındırılıb, onların bəziləri həkimə müraciət etməli olublar.

Qeyd edək ki, Fransada yeni qanun layihəsinə görə, jurnalistlərə işini yerinə yetirən polisləri videoya çəkmək qadağandır. Ancaq sözügedən qanun hələ qəbul edilməyib.

Onu da vurğulayaq ki, Fransada keçirilən etiraz aksiyasını işıqlandıran jurnalistlərə edilən hücumla bağlı beynəlxalq təşkilatlar hər hansı bir reaksiya verməyiblər.

  • “Fransada aləm dəyir bir-birinə, onların səsləri çıxmır, bu onu göstərir ki...”

Məsələ ilə bağlı fikir bildirən Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bütün beynəlxalq media təşkilatları Fransada jurnalistlərə qarşı edilən zorakılıq hadisəsinə sakitliklə reaksiya verirlər: “Beynəlxalq jurnalist təşkilatlarının göndərişinə abunəyəm. Beynəlxalq media təşkilatları bizə yaxın ölkələrdə media nümayəndələrinə qarşı hər hansı hərəkət olarsa, dərhal bəyanat verirlər. Ancaq Fransada baş verən hadisələr zamanı KİV təmsilçilərinə qarşı susqunluq nümayiş etdirirlər. Halbuki, həmin təşkilatlar bu kimi hadisələrə uyğun şəkildə reaksiya verməli idilər. Azərbaycanda xırda bir hadisəyə beynəlxalq təşkilatlar dərhal reaksiya verirdilər. Ancaq Fransada aləm dəyir bir-birinə, onların səsləri çıxmır. Bu onu göstərir ki, həmin təşkilatlar iddia etdikləri kimi, insan haqlarını qorumaqla məşğul deyillər. Bu təşkilatlar Qərb ölkələrinin, o cümlədən, Fransanın əlində Azərbaycan kimi yeni demokratiyalara qarşı tətbiq edilir. Ancaq Azərbaycan güclü dövlətdir. Ölkəmiz bu tip təşkilatların qarşısında dayanmağı bacardı. İndi çanaq öz başlarında partladıqları üçün, onlar susqunluğa üstünlük veriblər”.

Günel CƏLİLOVA

Son xəbərlər