Ağdamda erməni vandallığının izləri - bir dənə də olsun salamat bina qalmayıb - FOTO

img

Ağdamda çəkilmiş fotolardan şəhərin tamamilə dağıdıldığı açıq-aşkar görünür. Trend-in məlumatına görə, şəhərdə mövcud olan bütün binalar dağıdılıb, tarixi-mədəni abidələr tamamilə məhv edilib. Ermənistan silahlı qüvvələrinin vandallığı nəticəsində indi şəhər xarabalığı xatırladır.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış Bəyanata əsasən Ağdam noyabrın 20-də Azərbaycana təhvil verilib.

Son xəbərlər