Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub

img

Bu ilin 20 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər bölgədəki son vəziyyət, 9 noyabr tarixli üçtərəfli bəyanatın icrası, razılaşmadan irəli gələn bir-sıra məsələlər, eləcə də humanitar məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar. Nazirlər Dağlıq Qarabağ və ətraf rayonlarda tarixi, dini abidələrin vəziyyətinin öyrənilməsi və qorunmasının vacibliyini vurğulayıb və bu istiqamətdə əməkdaşlığın həyata keçirilməsini qeyd ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Son xəbərlər