çərşənbə günü, 14 oktyabr 2026
     

Almaniya parlamenti şərəfli “Boz qurd”lara qarşı kampaniyada - Türkiyə ülküçülərinin reaksiyası yetərlidirmi... Azərbaycandan baxış...

Image


Almaniya parlamentinin bir qrup deputatı təmsil olunduqları parlamentə bu ölkədə fəaliyyət göstərən Türkiyə millətçilərinin təmsil olunduğu “Boz qurd”lar təşkilatının rəsmən qadağan olunmasını tələb edən layihə təqdim etməyə hazırlaşırlar. Onlar “Boz qurd”ları “ekstremist”, “millətçi” təşkilat sayırlar. Maraqlıdır ki, onlar bu qərara Fransada “Boz qurd”lar təşkilatının fəaliyyətinin qadağan edilməsindən sonra gəliblər.

Qanunvericilik orqanının aşağı palatası belə qərara gəlib ki, onların ölkəsində fəaliyyət göstərən “Boz qurd”lar təşkilatı Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın millətçi ideologiyasını dəstəkləyirlər. Buna görə də onlar həmin petisiyanı dəstəkləyirlər və bunun qanunvericilik orqanına təqdim edəcəklər ki, Almaniyada bu “qruplaşma”nın fəaliyyətinə “ciddi nəzarət” olunmalıdır. Həmçinin, bildirilir ki, Almaniyada 11 min türk “sağ ekstremist qüvvə” var.

Qeyd edək ki, bu ilin noyabr ayının əvvəlində Fransada “Boz qurd”lar təşkilatının fəaliyyəti rəsmən qadağan edilib. Fransa iddia edir ki, bu həmin təşkilatın bu ölkədə qondarma “erməni soyqırımı” abidəsinə “hücum etdiyindən” sonra baş verib.

Bildirək ki, bu təşkilatın fəaliyyətinin Fransada qadağan edilməsi, əslində, həmin ölkədə türklərə qarşı təhqir, təhdid kampaniyasının davamıdır, ermənilər türklərə hücum edərək onları təxribatlara çəkiblər, onlar da ləyaqətli türk övladı kimi düşmənə lazımi cavab veriblər.

Bir məsələni də xüsusi vurğulayaq ki, Almaniya deputatlarının “millətçi”, “ekstremist” adlandırdıqları “Boz qurd”ların R.T.Ərdoğanın nəzarəti altında olması iddiası da əsassızdır. Bilirik ki, “Boz qurd”çuluq ideologiyası Milliyyətçi Hərəkat  Partiyasının (MHP)nəzarəti altındadır, məhz MHP milliyyətçi platformadan çıxış edir.

Almaniya deputatlarının ortaya atdığı bu məsələyə, baş verən bu hadisəyə Türkiyədəki millətçilərin, “Boz qurd”ların reaksiyası yetərli oldumu?

  • “...türklərə qarşı atdıqları bu xoşagəlməz addımlara Türkiyə və Azərbaycan, eləcə də digər türk dövlətləri birləşərək birlikdə cavab verməlidirlər”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli məsələyə bu cür yanaşır: “Fransa, Almaniya və Hollandiyanın parlamentləri bir-birinin ardınca Trükiyəyə bağlı olan ülkü ocaqlarının bağlanması ilə bağlı qərarlar qəbul etməyə başlayıblar. Qeyd edim ki, ilk olaraq, Fransa, onun ardınca Hollandiya, Almaniya belə bir qərar qəbul etdi. Maraqlıdır ki, bu hadisə Azərbaycan və Ermənistan arasındakı 44 günlük müharibə dövrünə təsadüf etdi. Ancaq Hollandiya və Almaniyada isə müharibə Azərbaycanın qələbəsi ilə başa çatdıqdan, noyabrın 10-dan sonra bu qərarlar qəbul edilib. Fransa, ümumiyyətlə, həm ülkü ocaqlarının bağlanmasına qərar verdi, eyni zamanda, qondarma “DQR”in “müstəqilliyini” tanımaqla bağlı bəyanat səsləndirib. Hollandiya da həm müharibədən əvvəl, həm müharibə dövründə, həm də müharibə sonrası Azərbaycana və Türkiyəyə qarşı çıxışları davam edir.

Almaniyada xüsusən də son illər Azərbaycan və Türkiyəyə qarşı mənfi münasibətlər artmağa başlayıb. Orada “Yaşıllar” partiyasında təmsil olunan kürd kökənli Cemil Demir və kürd kökənli Sevim Dağdələn son zamanlar ülgü ocaqlarının bağlanması ilə bağlı daha çox “fəallıq” nümayiş etdiriblər və Federal Məclis tərəfindən qəbul olunmasına nail olublar. Türkiyədə Almaniyanın bu ədalətsiz, haqsız qərarına qarşı müəyyən etirazlar dalğası yaranıb, xüsusən də Milliyyətçi Hərəkat Partiyasının da bəzi açıqlamaları var. Düzdür, hələ ki, Türkiyə hökumətinin bu qərarı pisləməsi ilə bağlı bir qərara rast gəlməmişəm. Ümumiyyətlə, bilirik ki, indiyə qədər həmişə Türkiyə hökuməti bu kimi ədalətsiz qərarlarına görə Avropa ölkələrini tənqid edib. Prezident Rəcəb Tayib Ərdoğan da Avropanın, xüsusən də Fransanın, Hollandiyanın, Almaniyanın istər türklük, istər islamla bağlı qəbuledilməz fikirlərini həmişə tənqid edib. İndi Almaniya “Boz qurd”ları daha çox ona görə Ərdoğanla bağlayır ki, Milliyyətçi Hərəkat Partiyası ilə Ədalət və İnkişaf Partiyası birgə “Cumhur” ittifaqı qurublar. Ona görə də onlar ülgüçüləri (onlar “Boz qurd” adlandırır) Ərdoğanla bağlamağa cəhd edirlər. Təbii ki, ülkü ocaqları da həmişə Milliyyətçi Hərəkat Partiyasına bağlı olub, bilirik ki, son dövrlər də MHP Rəcəb Tayib Ərdoğanın qurduğu hökuməti dəstəkləyir. Ona görə belə iddia edirlər. Fransa, Hollandiya və Almaniya parlamentlərinin bu cür qərar qəbul etməsi heç də ürəkaçan deyil, ülküçülüyə, türkçülüyə, islamçılığa qarşı belə yanlış mövqe ortaya qoyublar. Onların bu cür mövqe göstərməsi, sözün açığı, Avropanın gələcəyinin qaranlıq olacağına işarə edir. Çünki bu artıq dinlər və mədəniyyətlərarası bir savaşa çevrilir. Bilirsiniz ki, islam dininə qarşı Fransada, Hollandiyada, Danimarkada bir çox halda hətta dövlət tərəfindən çox dözülməz bir vəziyyət yaranıb. Bu ölkələrin “Boz qurd”lar təşkilatını qapatması, türklüyə qarşı hücuma keçməsi təkcə Türkiyə deyil, həm də Azərbaycana olan münasibətdir. Çünki bütün anlamlarda dünyada da, regionda da Azərbaycanın və Türkiyənin mövqeyinin güclənməsi Fransanı, Almaniyanı, Hollandiyanı və digər ölkələri çox ciddi şəkildə narahat edir. Xüsusən də Azərbaycanın 44 günlük müharibədən qələbə ilə çıxmasından və Türkiyənin də Azərbaycana çox ciddi dəstək verməsindən, hər an yanımızda olmasından ciddi narahatlıq keçirirlər. Hesab edirəm ki, bütün bunlar Türkiyəyə və Azərbaycana eyni dərəcədə basqıdır, təzyiqdir. Azərbaycanla Türkiyə də bu məsələdə birgə hərəkət etməlidirlər. Çünki başqa yolumuz yoxdur”.

44 günlük müharibə dövründə də, 10 noyabrdan sonra da Avropada Türkiyə və Azərbaycan türklərinə qarşı ciddi təhlükələr meydana çıxdığını deyən F.Ələkbərli qeyd etdi ki, Polşadakı kimi, ABŞ-da və Avropa ölkələrində də bəzi insanlarımızın həyatı ilə bağlı təhlükələr var. “Hətta məlumatıma görə, İsveçdəki Azərbaycan təşkilatlarına qarşı da İsveç hökuməti tərəfindən də müəyyən təzyiqlər var. Yəni İsveç hökuməti də ermənilərin və digərlərinin təzyiqi altında məhz Azərbaycan təşkilatlarına qarşı bu cür xoşagəlməz hallara yol verir, onların bağlanmasını tələb edir. Bu gün dünyanın ən demokratik ölkəsi sayılan İsveçdən də bu cür təhdidlər alırıqsa, sözün açığı, xoşagələn hal deyil. Fransa, Hollandiya, Almaniyanın, eləcə də başqa Avropa ölkələrinin ülgü ocaqlarına, türklərə qarşı atdıqları bu xoşagəlməz addımlara Türkiyə və Azərbaycan, eləcə də digər türk dövlətləri birləşərək birlikdə cavab verməlidirlər” - deyə F.Ələkbərli vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ