24/11/2020 12:36
728 x 90

“Sosial məsuliyyətimiz bizi bəladan xilas edə bilər...” - Əhliman Əmiraslanov

img

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov “Bakı-Xəbər”ə aıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin artırması, bəzi məhdudiyyətləri tətbiq etməsi vaxtında verilmiş qərardır:

 

-Dünyada koronavirusa yoluxma tendensiyasının sürətlənməsi Cənubi Qafqaz regionundan, o cümlədən ölkəmizdən də yan keçməyib. Bu gün Ermənistanda 122 min, Gürcüstanda 94 min, Azərbaycanda isə 84 min insan koronavirusa yoluxub. Bu baxımdan, virusun yayılmasının qarşısını almaq üçün mütləq sərt addımlara gedilməli, yoluxmanı və ölüm sayını maksimum azaltmalıyıq. Əgər virusun geniş yayılmasının qarşısı alınmasa, fəsadları ağır ola bilər. Ona görə də, xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməliyik.İndiki vəziyyətdə hər şey insanlara bağlıdır. Yəni insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları daha da çoxala bilər. Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verməmə, məsafə saxlama və s. kimi məsələlərə, qaydalara riayət olunması zəruridir.Hər bir şəxsin sosial məsuliyyətdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv olması ilə nəticələnər. Tətbiq olunmuş məhdudiyyətlərə əməl etmək lazımdır. Bu məhdudiyyətlərin tətbiqi yalnız əhalimizi qorumaq üçündür. Təhlükənin öhdəsindən həm özümüz qaydalara əməl etməklə, həm də hər birimiz qaydaları pozanlara etiraz etməklə gələ bilərik. Tətbiq olunan qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələsidir və tutduğu mövqedən,baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Allah xalqımızı və dövlətimizi qorusun!

Hazırladı: Namiq QULİYEV

Son xəbərlər