“Ermənistan daxilində baş verənlərin hamısı Putinin də dediyi kimi, kino deyil, əsil faciədir”. Baki-xeber.com xəbər verir ki, bunu mətbuata açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, Paşinyan erməni xalqını məhvə sürükləyəməklə Ermənistanda diktatura rejmini ən sərt şəkildə təbliğ edir: “ Bilirsiniz bu gün biz Paşinyandan real siyasi müstəvidə baş verənləri xarakterizə etməyi və onları qiymətləndirməyi gözləyə bilmərik. Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanan üçtərəfli anlaşmadan dərhal sonra Ermənistan daxilində etirazlar başladı. Erməni ictimaiyyəti bu anlaşmanı bağlayacağı halda nə üçün minlərlə erməni əsgərini ölümə göndərdiyinin hesabını sormaq üçün ayağa qalxıb. Bu gözlənilən hal idi. Amma maraqlısı odur ki, Paşinyan bütün bunların olacağını ehtimal etsə də, anlaşmadan öncə erməni ictiaiyyətini feyk informasiyalarla, yalanlarla, müharibəyə kökləyirdi. Belə bir anlşama üçün zəng etmədiyi adam qalmadığı halda, “müharibəni dayandırmaq üçün hər yolu sınayacam”deyə öz facebook səhifəsindən bu etirafları etsə də, xalq qarşısında sülh və anlaşma kimi ehtimalların da ola biləcəyini qətiyyətlə inkar edirdi. Və 10 noyabr tarixində tarixi anlaşmadan dərhal sonra Ermənistan Parlamentinə hücum edən etirazçılar, spiker Mirzoyana ağır zərbələr nedirsə belə, sonradan Paşinyan spikerin vəziyyəti ilə bağlı yox, məhz etirazçılar tərəfindən oğurlanan parfümündən, saatından danışdı... Bununla da, Paşinyan üçün insan həyatının bir parfümün dəyəri qədər qiyməti olmadığını göstərmiş oldu. Bu gün Çiçəklənən Ermənistan fraksiyasını Paşinyan ölkə daxilində növbəti düşməni elan edib. Bu gün Ermənistanda kim Paşinyanı istefaya səsləsə, gecə ilə həmin insanın evinə hücumlar təşkil edilir, basqınlar olur, yaxınları və həmin adam təqiblərə məruz qalır, sui-qəsdlər düzənlənir onlara qarşı. Hətta bir necə belə aktivist naməlum şəkildə qətlə yetirilib. Bəs Paşinyan axı BMT-nin yüksək tribunasından Ermənistandakı olmayan “demokratiyadan” danışırdı? Necə oldu onun demokratiyası? Ermənistan prezidentinin belə bu üçtərəfli anlaşmadan xəbəri yox idi. Utanmadan bu anlaşma ilə bağlı məlumatı mətbuatdan öyrəndiyini qeyd etdi. Bu o deməkdir ki, Ermənistan daxilində tək hakimiyyətlilik belə yoxdur. Və ya Paşinyan Ermənistanı öz şəxsi şirkəti kimi idarə etmək niyyətindədir. Ona görə də, bütün qərarları, hətta ölkəni sözün əsil mənasında kapitulyasiyaya aparan qərarları sadəcə özü qəbul edir. Belədir sə, o zaman nəticələrinə də insan özü hazır olmalıdır. Amma Paşinyan nəticə nə olursa olsun, “toplananaların yerini dəyişsəkdə cəm eyni qalır” riyazi düsturuna uyğun olaraq, siyasət yürütmək niyyətindədir. Ona görə də, heç kimlə məsləhətləşmədən verdiyi qərarların nəticələrinin qarşılığını başqa nazirləri istefaya göndərməklə ödəmək məqəsdi güdür. Beləliklə kapitulyasiyadan öncə məsuliyyəti əlinə almaqla nticələrini hesablamadan addım atdığı halda, cəzalandırılırkən başqa nazir və hakim dairələrin nümayəndələri cəzalandırılır. Bu siyasi manevri hiss edən, daha doğrusu açıq aydın görən erməni ictimaiyyəti də, ayağa qalxır. Çünki görür ki, Paşinyanı bir baş nazir kimi ölkədəki sabitlikdən daha çox parfüm maraqlandırır. Ölkənin “vətəndaş müharibəsi” astanasında olması onu zərrə qədər maraqlandırmır. Bu gün Çiçəklənən Ermənistan franksiyasının üzvü Naira Zoqrabyan çıxış edərək, onun başına gələn işdə birmənalı olaraq Paşinyanın təqsirkar olduğu ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlayır.
Paşinyan çox yaxşı bilir ki, ölkənin baş nazir postunu tərk edər etməz onu beynəlxalq tribunala verəcəklər. Paşinyan törətdiyi cinayətlərin hesabını mütləq sürətdə verməlidir! Cənab Prezident İlham Əliyevin də, dediyi kimi, rəsmi İrəvan məhkəmələrdə törətdikləri qətllərə görə hələ cavab verəcəklər...”