çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Ermənilərin qətl etdiyi Cümhuriyyət liderlərimiz – 100 il əvvəl Fətəli xan Xoyskini, Behbud bəy Cavanşiri...

Image


“Behbud ağa Cavanşir və digər dövlət xadimlərimiz də Türkiyədə, İstanbulda yenə də erməni terrorçuları, daşnakları tərəfindən qətlə yetiriliblər”

Erməni terror təşkilatları yalnız sadə Azərbaycan türklərini hədəfə almayıb, onlar xalqımızın böyük övladlarının, cümhuriyyət liderlərinin də qətlini həyata keçiriblər.

XX əsrin əvvəllərində daha da güclənən, şəbəkəsini genişləndirən erməni terrorçuları 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıcılarından biri, Azərbaycanın ilk baş naziri kimi tarixə düşən Fətəli xan Xoyskini qətlə yetiriblər.

Məlum olduğu kimi, Azərbaycanın ilk baş naziri, görkəmli dövlət xadimi olan F.Xoyskini 1920-ci il iyunun 19-da Tiflisin Qolovin prospektində (indiki Şota Rustaveli prospekti) erməni terrorçu Aram Yerkanyan başından vuraraq öldürüb. F.Xoyski hadisə yerində keçinib. Onun yanında olan AXC-nin keçmiş daxili işlər naziri Xəlil bəy Xasməmmədov ağır yaralanıb.

F.Xoyskinin məzarı Tiflisdə, Botanika bağı ərazisindəki görkəmli azərbaycanlıların panteonunda yerləşir. 1920-ci ilin iyulunda Tiflisdə ermənilərin qətlə yetirdiyi digər azərbaycanlı dövlət xadimi – AXC parlamentinin sədri Həsən bəy Ağayevin məzarı Xoyskinin məzarının yanındadır. Azərbaycanın ilk hökumət başçısının qətli ilə bağlı Tiflisdə nəşr olunan “Qruziya” qəzetinin 23 iyun 1920-ci il sayında nekroloq dərc edilib.

Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, professor, ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev F.Xoyskinin ermənilər tərəfindən qətlə yetirilməsinin 100 illiyi münasibətilə paylaşım edib. “Fətəli xan Xoyskinin xaincəsinə qətlə yetirilməsinin 100-cü ildönümü günündə erməni terrorçularının Azərbaycan və Anadolu türklərinin görkəmli simalarını bir-birinin ardınca aradan götürmələri haqqında Türkiyə Böyük Millət Məclisi hökumətinin sağlıq bakanı, yazıçı və publisist Dr. Riza Nurun aşağıdakı sözlərini yada salmamaq olmur. Cümhuriyyətin keçmiş daxili işlər naziri Behbud xan Cavanşirin İstanbulda terrorçu Misak Torlakyan tərəfindən öldürülməsindən az sonra o yazırdı: "İşte dirayetli Azeri recüllerini (bacarıqlı insanlar, liderlər) ermənilər birer-birer öldürüyorlardı. Bu öldürülenler Cavanşir ile altı kadar olmuştur. Sonra Talat ile Türkiye recüllerindən de bir o kadar öldürdüler ki, sonuncusu Cemal Paşadır. Halbuki, harbi-ümumide bu adam elli bin ermeniyi muhakkak bir ölümden kendi eliyle kurtarmışdı. Cemalı ermenilere ruslar öldürttüler.

Eger ermeniler bu sistemde devam ederlerse, türk gencliyi de aynı şeyi ermenilere yapmalıdır. Yapmazlarsa, türklük ölmüş, hayat hakkı kalmamış, haysiyetsiz bir millet olmuş demektir. Şimdi ermenilerde on iki tane degerli insan hakkımız var...".

Türk gəncliyinin öldüyünə heç inanmaq istəmirəm!” - deyə V.Quliyev qeyd edir.

Erməni terror təşkilatının üzvlərinin cümhuriyyət liderlərini qətlə yetirməsindən bəhs edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti Bolşevik Rusiyasının XI “Qızıl Ordu”su tərəfindən süquta uğradıldıqdan sonra bir sıra dövlət xadimlərimiz, xüsusən də Cümhuriyyətin baş naziri və xarici işlər naziri olmuş F.Xoyski (Xoylu), eyni zamanda, Cümhuriyyətin maarif və təhsil naziri və baş naziri olmuş Nəsib bəy Yusifbəyli, parlament sədrinin müavini Həsən bəy Ağayev, eləcə də digər şəxsiyyətlərimiz erməni terror təşkilatlarının üzvləri tərəfindən qətlə yetiriliblər. “Onlardan bəziləri, məsələn, Fətəli xan Xoylu, Həsən bəy Ağayev erməni terrorçuları tərəfindən Tiflisdə öldürülüblər. Hadisə necə baş verib? 27 aprel işğalından əvvəl Fətəli xan Xoylu və Həsən bəy Ağayev Qafqaz Konfederasiyasının yaranması istiqamətində Tiflisdə danışıqlar aparırdılar. Belə bir məqamda XI ordu Bakıya gəldi və Bakını işğal etdi və onlar Tiflisdə qalmalı oldular. Çox keçmədən Fətəli xan Xoylu və Həsən bəy Ağayev Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirildilər. Şübhəsiz ki, bu qətlin törədilməsində erməni daşnakları və bolşeviklər eyni mərkəzdə dayanmışdılar. Eləcə də erməni daşnakları, bolşevikləri, rus bolşevikləri birgə hərəkət edirdilər. Birmənalı şəkidə Xoylunun qətlə yetirilməsində boşleviklərlə daşnakların mühüm “rolu” olub. Daha sonra Həsən bəy Ağayev də orada qətlə yetirildi. Eyni zamanda, Behbud ağa Cavanşir və digər dövlət xadimlərimiz də Türkiyədə, İstanbulda yenə də erməni terrorçuları, daşnakları tərəfindən qətlə yetiriliblər. Fətəli xan, Həsən bəy kimi, Nəsib bəy Yusifbəyli də elə iyun ayında eyni ssenari üzrə erməni terrorçuları və bolşevik qüvvələri tərəfindən qətl edilib. Düzdür, konkret olaraq Nəsib bəyin Kürdəmirdəmi, yaxud Azərbaycan ərazisindən Gürcüstan ərazisinə keçiddəmi qətlə yetirilməsi ilə bağlı fikirlər müxtəlifdir. Amma bütün hallarda, o qətlə yetirilib və təəssüf ki, bu günə qədər də onun məzarının yeri bizə bəlli deyil. Bildiyimiz kimi, dövlət xadimlərimizin əksəriyyətinin qətlində erməni terror təşkilatlarının üzvləri və bolşevik ruslar bir yerdə iştirak ediblər. Onların Cümhuriyyət liderlərini öldürməkdə əsas məqsədləri Azərbaycan xalqına hərtərəfli zərbə vurmaq idi. Yəni bir tərəfdən torpaqlarımızı işğal edirdilər, digər tərəfdən də Cümhuriyyətin əsas liderlərini qətlə yetirirdilər. Burada bəzən sual doğur, necə oldu ki, Cümhuriyyətin qurucusu və ilk dövlət başçısı olan  Məhəmməd Əmin Rəsulzadə qətlə yetirilmədi? Əslində, terrorçuların planında Rəsulzadəni də qətlə yetirmək vardı. Ümumiyyətlə, terrorçuların əsas məqsədi, ilk növbədə, Rəsulzadəni qətlə yetirmək idi. Sadəcə, Rəsulzadə Lahıcda həbs olunarkən bu barədə Stalinə məlumat çatdırılmışdı. Çünki Rəsulzadə ən azı iki dəfə Stalini ölümdən xilas etmişdi. Stalin də həmin dövrdə bolşevik Rusiyasında böyük vəzifələrdən birini tururdu. Ona görə də Stalin Rəsulzadənin həbsindən xəbər tutan kimi dərhal Azərbayana, Bakıya gəlir. Çünki bilirdi ki, erməni daşnakları, terrorçuları birinci onu qətlə yetirəcəklər. Sözün açığı, Bayılda Rəsulzadə ilə görüşərkən də Stalin bildirdi ki, onun öldürülməsi, qətl edilməsi bir an çəkə bilər, hər an onu öldürə bilərlər. Stalin açıq şəkildə Rəsulzadəyə dedi ki, yalnız onun yanında olduğu yerdə Rəsulzadənin təhlükəsizliyini qoruya bilər. Azərbaycan həbsxanasında qaldığı təqdirdə Rəsulzadəni də bolşeviklər və daşnaklar qətlə yetirəcəklər. Məhz Stalin onu özü ilə Moskvaya apardı və Moskvada da, şübhəsiz, yenə də Stalin nəzarət edirdi ki, Rəsulzadəyə zərər toxunmasın. Çünki Stalin Rəsulzadəyə böyük dəyər verirdi”.

F.Ələkbərli qeyd etdi ki, Stalinin əsas məqsədi ondan ibarət idi ki, Rəsulzadəni öz tərəfinə çəksin, Sovet Azərbaycanında, bütövlükdə isə gələcəkdə yaranacaq Sovetlər Birliyində onun əsas silahdaşlarından biri olsun. Amma Rəsulzadənin Stalinin bu təkliflərini rədd etdiyini və Fin körfəzindən qaçaraq Finlandiyaya, oradan da Almaniyaya, daha sonra isə Türkiyəyə getdiyini deyən F.Ələkbərlinin sözlərinə görə, o, İstanbulda qalmışdı. “Şübhəsiz ki, Cümhuriyyət liderlərinin qətlə yetirilməsi erməni terror təşkilatları tərəfindən əvvəlcədən planlaşdırılmışdı. Azərbaycanın işğalından sonra mümkün olduğu dərəcədə onların bəzilərini qətlə yetirə bildilər. Bəzən deyirlər ki, Əlimərdan bəy Topçubaşovun da, Xəlil bəy Xasməmmədovun və digərlərinin də qətlə yetirilməsi ilə bağlı plan olub  Bu siyahıda Azərbaycanın digər tanınmış simaları da vardı. Bəziləri qətlə yetirildi, bəziləri isə müəyyən səbəblərdən qətldən xilas oldular. İndi çox təəssüflər olsun ki, bizdə Azərbaycanda bunu başqa istiqamətə yönəltmək istəyirlər ki, Fətəli bəy Xoylu, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Behbud ağa Cavanşir qətlə yetirildi, amma Əlimərdan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov, Məhəmməd Əmin Rəsulzadə, Abbasqulu Kazımzadə niyə qətlə yetirilmədilər? Bilirsiniz, məsələni hərtərəfli və obyektiv şəkildə araşdırıb, olduğu kimi qiymətləndirmək lazımdır” - deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA   




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ