“Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri Azərbaycan vətəndaşı, eyni zamanda, bir mədəniyyət işçisi olaraq məni ürəkdən sevindirir. Sizi daim xalqın yanında görmək adamı fərəhləndirir. Bu təhlükəli virusun respublikamızda yayılmaması üçün gördüyünüz işlər olduqca təqdirəlayiqdir. Siz karantin rejimi dövründə mədəniyyət işçilərinə diqqət və qayğınızı əsirgəmədiniz. Belə ki, karantin müddətində əməkhaqlarımız saxlanılmaqla növbədənkənar məzuniyyətə buraxılmağımız buna ən gözəl nümunədir”.
Bu fikirləri Füzuli rayonu, 4-cü Zobucuq qəsəbəsindən şəhid ailəsinin üzvü Hüseynova Səadət Hüseyn qızı Prezident İlham Əliyevə yazdığı məktubda bildirir.
O, həmçinin qeyd edir ki, Füzuli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) kollektivi bütün sahələrdə olduğu kimi, pandemiyanın qarşısının alınması üçün Prezident İlham Əliyevin verdiyi qərar və göstərişləri də dəstəkləyir, bu mübarizədə daim ölkə başçısının yanında olduqlarını bəyan edirlər. “Şəhid ailəsinin üzvü olaraq bu çətin günlərdə xalqımıza, o cümlədən biz - mədəniyyət işçilərinə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm” - deyə S.Hüseynova Prezidentə yazdığı məktubda qeyd edir.
İradə SARIYEVA