Respublikamızda pandemiya əleyhinə görülən mübarizə tədbirlərinin, həyata keçirilən genişmiqyaslı işlərin öz müsbət effektini verdiyinin şahidi oluruq. Biz bunu vətəndaşların Prezident İlham Əliyevə yazdığı məktublarda daha aydın şəkildə görürük.
Abşeron rayonunun Xırdalan şəhərindən Rəhimov Rauf İntiqam oğlu Prezident İlham Əliyevə yazır ki, bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri çətinliklərlə üzləşsələr də, Azərbaycan dövləti həyata keçirdiyi mübarizə üsulları ilə fərqlənməyi bacarıb. “...Sizin iqtisadi və siyasi sahələrdə yürütdüyünüz düzgün və məqsədyönlü siyasət, həyata keçirilən qətiyyətli və qabaqlayıcı tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaratdı. Əminik ki, dünyanı cənginə alan xəstəlikdən tezliklə qurtulacağıq. Ölkə əhalisinə göstərdiyiniz maddi və mənəvi dəstəyə görə Sizə təşəkkür edirik” - deyə R.Rəhimov vurğulayıb.
İradə SARIYEVA