Bu gün milyonlarla Azərbaycan vətəndaşı bu ölkədə yaşadığı və azərbaycanlı olduğu üçün qürur hissi keçirir. Siyəzən rayonunun Həmyə kəndindən Prezident İlham Əliyevə məktub yazan İskəndərova Nəzrin Müşfiq qızı da müraciətində Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövlətin vətəndaşı olduğu üçün qürur hissi keçirdiyini vurğulayır. N.İskəndərova yazır ki, Azərbaycan xalqının sağlamlığı və ölkəmizin təhlükəsizliyi üçün gördüyünüz tədbirlər, vətəndaşlarımızın rifahı naminə aparılan işlər təqdirəlayiqdir.
“Xüsusi karantin rejiminin tətbiqi, kütləvi və ictimai yerlərdə bir müddət qadağaların və məhdudiyyətlərin olması öz səmərəsini verdi. Bu tədbirlər koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısının alınmasında həlledici oldu. İnanıram ki, həmin qadağa və məhdudiyyətlər tədricən aradan qaldırıldıqdan sonra da vətəndaşlarımız virus təhlükəsinə qarşı ayıq-sayıq olacaq, həssas davranacaq. Çünki hamımız başa düşürük ki, bu, koronavirusa qarşı mübarizədə uğurumuzun əsas şərtidir” - deyə bildirən Siyəzən sakini bu çətin mübarizə dönəmində gördüyü çoxsaylı təqdirəlayiq işlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirir.
Baki-xeber.com