“...Dünya iqtisadiyyatının çökdüyü bir dövrdə Azərbaycan vətəndaşının sağlamlığını düşünərək atdığınız addımları hər bir vətəndaş kimi, biz də yüksək qiymətləndiririk. Pandemiya ilə əlaqədar olaraq qısa zamanda yeni laboratoriyaların quraşdırılması, süni nəfəs aparatlarının ölkəmizə gətirilməsi, həmçinin qoruyucu tibbi maska və spirt istehsalı müəssisələrinin istifadəyə verilməsi, ölkə vətəndaşlarının bu məhsullara olan tələbatının yerli istehsal hesabına ödənilməsi Sizin siyasətinizin növbəti uğurudur. Həmçinin pandemiya ilə əlaqədar işsiz qalan vətəndaşlara birdəfəlik ödənişin edilməsi Azərbaycan vətəndaşına verdiyiniz yüksək qiymətin əyani sübutudur. Bu gün hər bir vətəndaş tam əmindir ki, Azərbaycan Prezidenti daim onun yanındadır və daim onu düşünür”. Bunları Hacıqabul rayonunun Atbulaq kəndindən Ramazanov Babək Nizami oğlu Prezident İlham Əliyevə yazdığı məktubda qeyd edib. O, həmçinin COVID-19 pandemiyası ilə əlaqədar Prezidentin rəhbərliyi ilə ölkəmizdə görülən işlərə görə ölkə başçısına təşəkkür edir.
Baki-xeber.com