Koronavirsula mübarizə dövründə Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünləri unutmaması, onları daim diqqətdə saxlaması bu qəbildən olan insanların minnətdarlığına səbəb olub.
Qubadlı rayonundan Sumqayıt şəhərində məskunlaşan məcburi köçkünlər Aydınova Dilarə Dağbəyi qızı və Almuradov Cavid Dünyadur oğlu Prezident İlham Əliyevə ünvanladıqları müraciətdə məcburi köçkünlərin ölkə başçısına duaçı olduğunu qeyd edirlər. “Məcburi köçkünlər Sizə duaçıdırlar. Həm sosial problemlərimizin həllinə, həm də pandemiya dövründə az itki verdiyimizə görə Sizə təşəkkür edirik. Biz – Qubadlıdan olan məcburi köçkünlər Sizi və ailə üzvlərinizi özümüzə ən yaxın insanlar bilib həmişə dəstəkləmişik. Sizin yolunuzla ona görə gedirik ki, bu yolda inkişaf, tərəqqi vardır.
Sizin pandemiya ilə əlaqədar xalqa müraciətləriniz bizim üçün müstəsna rol oynadı. Dəyərli tövsiyələr, həmrəyliyə çağırış bizim bu xəstəliklə layiqli mübarizə aparmağımıza zəmin yaratdı” - deyə məcburi köçkünlər məktublarında vurğulayırlar.
Baki-xeber.com