Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən pandemiya ilə bağlı mübarizə tədbirləri respublikanın təhsil ictimaiyyəti tərəfindən ciddi şəkildə dəstəklənir.
Gəncə şəhər 1 saylı orta məktəbin ingilis dili müəllimi Abbasova Günay Məzahir qızı Prezident İlham Əliyevə müraciət edib. “Hazırda tətbiq edilən xüsusi karantin rejimi müddətində Sizin tövsiyələrinizə uyğun olaraq evdə qalmağa davam edirik. Koronavirusla əlaqədar məktəblərimiz müvəqqəti bağlandığı üçün dərsləri də onlayn formatda keçirik. Məqsədimiz isə şagirdlərimizin evdə qaldıqları müddətdə dərslərindən geri qalmamalarıdır” - deyə qeyd edən G.Abbasova bildirir ki, dünya dövlətlərinin pandemiyanın qarşısında aciz qaldığı bir dövrdə Prezident İlham Əliyevin uzaqgörən qərarları ilə vaxtında görülən qabaqlayıcı tədbirlər nəticəsində koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısı alınmaqdadır. “Siz bu çətin günlərdə xalqımızın sağlamlığını qorumaqla bərabər, virusa yoluxmuş vətəndaşlarımızın müalicəsi və tez bir zamanda sağalması istiqamətində də çox böyük işlər görürsünüz. Gördüyünüz bu misilsiz işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir” - deyə məktub müəllifi yazır.
Baki-xeber.com