şənbə günü, 31 oktyabr 2026
     

ÜST karantini zəiflətdiyi üçün Avropanın 32 ölkəsinə irad tutdu, Azərbaycan isə…

Image


Dünyanı cənginə alan koronavirus pandemiyasının tam olaraq aradan qaldırılması mümkün olmayıb. Buna baxmayaraq, bəzi dünya ölkələrində, o cümlədən də Avropa dövlətlərinin bir çoxunda karantin rejiminin zəiflədilməsi prosesi başlanıb.

Bu ölkələr tədricən, mərhələli şəkildə karantinin yumşaldılması yoluna deyil, birdən-birə bu rejimi ləğv etmək prosesinə üstünlük verirlər. Bu tendensiyanı isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təhlükəli hal kimi qiymətləndirərək, Avropa dövlətlərinə “Avropa koronavirusun ikinci dalğasına hazır olmalıdır” çağırışını edib.

ÜST Avropanı arxayınlaşmamağa və payızda koronavirusun ikinci dalğasına hazır olmağa çağırıb.

Bu barədə ÜST-in Avropa bürosunun direktoru Xans Klyuqe bildirib. Klyuqe Avropa ölkələrinə epidemiyaya görə tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin ləğvi məsələsində ehtiyatlılıq nümayiş etdirməyi məsləhət görüb.

"Mən ikiqat dalğadan çox narahatam: bizdə payızda COVID-19-un ikinci dalğası və mövsümi qrip və ya qızılcalar ola bilər", - o əlavə edib. ÜST nümayəndəsi, həmçinin, xatırladıb ki, pandemiya hələ qurtarmayıb. Onun sözlərinə görə, 43 Avropa ölkəsindən 32-si karantin təbdirlərini zəiflədir. O bunu tədricən və dəqiq etməyə çağırıb.

"İnsanlar düşünürlər ki, təcridetmə başa çatıb. Heç nə dəyişmədi. Xəstəliklərə nəzarət üzrə tədbirlərin tam həcmi qüvvədə qalmalıdır. Bu əsas şüardır", - Klyuqe qeyd edib.

X.Klyuqe bildirib ki, vəziyyətin yaxşıya doğru dəyişəcəyinə ümid etməyə və ən pisə hazırlaşmağa dəyər.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Qeyd edək ki, Azərbaycanda karantin rejimi qüvvədədir və dövlətimiz karantin rejiminin yumşaldılması prosesini tədricən həyata keçirir. Odur ki, Azərbaycan bununla ÜST-in pandemiya ilə bağlı verdiyi təlimatlara tam uyğun olan davranış sərgiləyir. ÜST Azərbaycanın prosesə bu cür yanaşmasını dəfələrlə təqdir edib, bununla bağlı ölkəmizə təşəkkürlər ünvanlayıb.

  • “...düzgün mübarizə üsulu seçdiyinin özünü təsdiqlədiyini görə bilərik”

ÜST-in təşəkkür etdiyi Azərbaycan dövlətinin və irad bildirdiyi bir sıra Avropa ölkəsinin karantin rejiminə münasibətini şərh edən “Novoe vremya” qəzetinin baş redaktoru, tanınmış siyasi şərhçi Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, ÜST-in payızda koronavirusun ikinci dalğasının başlayacağına dair Avropaya xəbərdarlıq etməsi təsadüfi deyil. O qeyd etdi ki, bütün mütəxəssislər, virusoloqların qənaətincə, epidemiyanın, pandemiyanın ən çox yayıldığı dövr yaz-payız aylarıdır. “ÜST xəbərdarlıq edir ki, payızda pandemiyanın ikinci dövrü başlaya bilər. Hətta qurum təmsilçisi  qeyd edir ki, bu daha təhlükəli ola bilər. Pandemiyanın ikinci dalğasının baş verəcəyi qeyd edildiyi bir dövrdə bir sıra Avropa dövlətlərinin karantin rejimini birdən-birə zəiflətməsi, karantin rejimindən tədricən çıxmaq yolunu tutmaması ÜST-in belə bir xəbərdarlıq etməsinə səbəb olub. Bu da, əlbəttə, böyük fəsadlar yarada bilər. Bu baxımdan, ÜST-in Avropa dövlətləri ilə bağlı narahatlığı təbiidir.

Düzdür, başa düşürəm ki, aylarla karantində qalmaq çətindir, dövlətlərin iqtisadiyyatı, maliyyəsi buna dözə bilməz, ölkələrin bu vəziyyətə tab gətirməsi çox ağırdır. Eyni zamanda, insanların mənəvi-psixoloji cəhətdən buna dözməsi çox çətindir. Ona görə də həmin dövlətlər koronavirusla bağlı olan karantin rejimindən çıxırlar və insanlar üçün iş yerlərinin bərpasına, iqtisadiyyatın inkişafına, maliyyə sisteminin tənzimlənməsinə və sair məsələlərə rəvac verirlər. Biz əgər karantini birdən-birə zəiflədən Avropa dövlətləri ilə Azərbaycanı müqayisə etsək, hələ pandemiyanın ilk dövrlərindən Azərbaycan dövlətinin çox düzgün yol tutduğunun və düzgün mübarizə üsulu seçdiyinin özünü təsdiqlədiyini görə bilərik. Pandemiya ilə mübarizə istiqamətində ilk qabaqlayıcı tədbirlər görən, karantin rejimi elan edən ölkələrdən biri məhz Azərbaycan oldu. Aprelin 5-də Azərbaycanda karantin rejimi xüsusilə sərtləşdirildi. Təbii ki, bu, Azərbaycan üçün də çox ağır iqtisadi, maliyyə itkiləri ilə nəticələnən bir qərar idi. Ölkə başçısı ortaya iradə qoydu və  vətəndaşların təhlükəsizliyini, sağlamlığını bunlardan üstün tutdu. Pandemiyanın kəskin xarakter almaması və insan itkisinin az olması üçün dövlət büdcəsindən 4 milyard manata qədər vəsait ayırdı. Eyni zamanda, dövlətimiz karantin rejimini gücləndirdi ki, vətəndaşlarımız bu ağrılı prosesdən az itki ilə çıxsınlar.

Bu gün, təbii ki, Azərbaycan dövlətinin karantin rejimindən mərhələ-mərhələ çıxmasının özü dünya üçün bir nümunədir. Bilirsiniz ki, dünya statistikası ilə müqayisədə karantin rejimindən bütün ölkələrdən tez biz çıxa, hər yeri aça bilərdik, hər yerdə fəaliyyət bərpa oluna bilərdi, ölkənin vergi, gömrük sisteminə də, büdcəyə də pul yığılardı, insanlara yardım edilməzdi, onlar işləyib pul qazanardılar. Amma Azərbaycan Prezidenti bu yükü dövlətin çiyninə qoydu və vətəndaşların pandemiyadan xilas olunması üçün karantin rejimindən mərhələli şəkildə çıxılması üçün qərar verdi. Görünür ki, bu çox düzgün addımdır”.

Ş.Ağayev qeyd etdi ki, karantin rejiminin yumşaldılması nəticəsində yoluxanların statistikasında artım müşahidə edilir. Bunun da vətəndaş məsuliyyətsizliyi ilə bağlı olduğunu deyən Ş.Ağayevin sözlərinə görə, insanların ehtiyac olmadığı halda küçəyə çıxmasına lüzum yoxdur. “İnsanlar özləri dərk etməlidirlər ki, görülən bütün tədbirlər onların sağlamlığı, dövlətin pandemiyaya qarşı gördüyü işlər onların özlərini, ailələrini qorumaq üçündür. Təbii ki, insanlar buna əməl etməlidirlər. Mən Azərbaycan dövlətinin ÜST-in bütün tələblərinə uyğun addımlar atmasını, karantin rejimindən mərhələ-mərhələ çıxmaq barədə qərarını düzgün hesab edirəm. Bilirsiniz ki, mayın 31-nə qədər bütün iri ticarət obyektlərinin fəaliyyətinə, kütləvi toplantılara qadağalar qoyulub. Bu qadağa ölkəmizin iri şəhərlərində və Abşeronda qüvvədədir. Çünki ən çox əhali buradadır”.

Ş.Ağayev hesab edir ki, birdən-birə hər yeri, o cümlədən də sərhədləri açmaq hələ tezdir. Onun sözlərinə görə, pandemiyanın ikinci dalğasına qədər prosesləri elə aparmaq lazımdır ki, ikinci dalğanı dövlət yüngül hiss etsin. “Pandemiyanın ikinci dalğası olur və heç bir dövlət bundan sığortalanmayıb, necə ki, birinci dalğasından sığortalanmamışdı. Amma pandemiyanın birinci dalğası dünyaya dərs verdi ki, ölkələrin infrastrukturu, xəstəxanaları, karantin yerləri ikinci dalğaya hazır olmalıdır. Belə olarsa, hesab edirəm ki, virusun ikinci dalğasında da daha az itkilərlə üzləşə bilərik. İnşallah, ikinci dalğa güclü olmaz, olsa da, Azərbaycan dövləti və xalqı birinci dalğada olduğu kimi, ikinci dalğadan da əl-ələ verib, həmrəylik göstərib az itki ilə çıxacaq” - deyə Ş.Ağayev bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ