Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorin mətbuat konfransı keçirib. Mətbuat konfransında səfirə “Aİ nəyə görə “Artsax”da nüməyəndəlik açmır” sualı verilib. Aİ səfiri erməniləri peşman edən cavab verib. Bildirib ki, qurum tanınmayan ərazilərdə nümayəndəlik aça bilməz: “DQR” tanınmamış bir birlikdir, beynəlxalq hüququn subyekti deyil. Aİ və Aİ ölkələri Dağlıq Qarabağı bir respublika olaraq tanımadılar. Buna görə də Aİ orada bir nümayəndəlik qura bilməz”.
Səfir Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin prioritet olaraq qaldığını, Aİ-nin ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləməkdə davam etdiyini və sülhün bərqərar olması üçün yüksək səviyyədə danışıqların intensivləşməsini tələb etdiyini bildirib.
Bununla belə, Ermənistanla Aİ arasında vizaların liberallaşdırılması ilə bağlı dialoqdan danışan səfir qeyd edib ki, tərəflər arasında imzalanan sazişdə vizanın liberallaşdırılması perspektivi var: “Vizanın liberallaşdırılması ilə bağlı dialoqa başlamaq üçün Aİ-nin 27 üzvü qərar qəbul etməlidir. Ancaq mən də hesab edirəm ki, üzv dövlətlər Ermənistan vətəndaşlarının viza rejiminin liberallaşdırılmasının nə olduğunu tam dərk etdikləri üçün lazımi zəmanətə ehtiyac duyurlar. Çünki bu, Avropada uzun müddət qalmaq və ya orada peşəkar fəaliyyətlə məşğul olmaq demək deyil. Bu o deməkdir ki, Şengen bölgəsində olma 6 ay ərzində 90 gündən çox olmamalıdır”.
Separatçı qurumda Aİ-nin nümayəndəlik açmaqla bağlı ermənilərin arzuları növbəti dəfə suya düşdü və bununla bağlı gərəkən cavabı aldılar. Ancaq Ermənistanla Aİ arasında viza rejiminin yumşaldılması məsələsinin gündəmə gətirilməsi anlaşılan deyil. Ona görə ki, Ermənistan kimi ölkəyə bu cür güzəştlərin edilməsi doğru deyil. Bunu şərtləndirən bir sıra faktorlar var. Məsələ ondadır ki, Ermənistan faşist cəlladlarının adını əbədiləşdirən, onlara heykəl qoyan ölkədir. Ölkə rəhbərliyi rəsmən bu siyasəti dəstəkləyir. Digər tərəfdən, ermənilər millət olaraq kriminal fəaliyyətə meylli olan xalqdırlar. Ötən il Almaniya və digər Avropa ölkələrində ermənilərin mafiyaları ifşa edildi, həbslər həyata keçirildi. Məlum oldu ki, ermənilər insan alverindən tutmuş, bir sıra digər qanunsuz fəaliyyətlərlə məşğuldurlar. Avropadakı siyasi hakimiyyətlərə təsir göstərirlər. Belə olan halda, Ermənistanla Aİ arasında viza rejiminin yumşaldılması istəyi nə dərəcədə doğrudur?
“Bu ölkədə dövlət səviyyəsində terrorizm dəstəklənir”
Məsələyə münasibət bildirən tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlının fikrincə, Avroittifaq Ermənistanla viza rejiminin yumşaldılmasının necə təhlükəli perspektiv vəd etdiyinin fərqində deyil: “Erməni lobbisinin Avropada təsir imkanları böyükdür. Üstəlik, Avropa ölkələrində çoxsaylı erməni yaşayır. Aİ-nin aparıcı ölkələrində isə erməni icmaları kifayət qədər mükəmməl təşkilatlanıblar. Ancaq Aİ ermənilərin əsl simasını, xislətini bilmir. Onlar fərqində deyillər ki, bu millət necə təhlükəlidir. Bununla yanaşı, Ermənistanda dövlət səviyyəsində terrorizm dəstəklənir. Ermənistanda faşist cəlladlarının adı əbədiləşdirilir. Hansı ki, faşizm Avropanı böyük fəlakətə sürükləyib. Nəticədə on milyonlarla insan məhv edilib. Digər tərəfdən, Ermənistanda dövlət səviyyəsində kriminal ünsürlərlə əlaqələr var və bununla bağlı kifayət qədər fakt da mövcuddur. Ötən il Almaniya polisinin erməni mafiyası ilə bağlı keçirdiyi əməliyyatlarda bunlar sübut olundu. O baxımdan hesab edirəm ki, Ermənistanla viza rejimi yumşaldılsa, bu, Avroittifaq ölkələri üçün ciddi problemlər yaradacaq”.
Vidadi ORDAHALLI