şənbə günü, 31 oktyabr 2026
     

Könüllülük ümummilli hərəkata çevrilib. Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurlarının təminatçısıdır

Image


Dövlətimizin başçısı İlham Əliyev daim bəyan edir ki, islahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. İslahatları aparmaqla ölkəmiz güclənir və  gələcək dayanıqlı inkişafı təmin  edilir. Tərəqqi islahatlarsız mümkün deyil.

Bu inkişaf, tərəqqi, islahatlar ölkəmizin bütün sferalarını əhatə edir. Bunu şərtləndirən amil  təbii ki, dövlətimizin başçısı tərəfindən dövrün, zamanın tələblərinə uyğun qarşıya  yeni-yeni vəzifələrin qoyulmasıdır.  Bütün dövr üçün öz aktuallığını qoruyan, dəyişməyən tezis isə  Azərbaycanın gələcəyinin gənclərə məxsus olmasıdır. Çünki hər bir dövlətin gələcəyi yetişməkdə olan gənclərdən,  onların fiziki və mənəvi  sağamlığından, xalqına, Vətəninə bağlılığından, dövlət maraqlarını hər şeydən üstün tutmasından asılıdır.

Gənclərin potensial imkanlarının ortaya qoyulmasına, ictimai-siyasi fəallıqlarının artırılmasına, dövlət idarəçiliyində irəli çəkilmələrinə geniş imkanlar açan Dövlət proqramları  icra edilir, müxtəlif layihələr həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə diqqəti özünü 2007-ci ili “Gənclər ili”, 2020-ci ili isə “Könüllülər ili” elan etməsində  daha qabarıq şəkildə  göstərir. Ölkəmizdə könüllülük hərəkatının  geniş vüsət alması gənclərin malik olduqları  potensial imkanlarından daha səmərəli istifadə etmələrini şərtləndirir. Məhz bu amillər əsas götürülərək pandemiyanın bütün dünyanı cənginə aldığı bugünkü şəraitdə ölkəmizdə könüllülük əlillərə,  kimsəsizlərə, aztəminatlı ailələrə, qocalara, qaçqın və məcburi köçkünlərə, ehtiyacı olan digər kateqoriyadan olan vətəndaşlara  kömək edilməsi, insanpərvərliyin, mərhəmətin, bir sözlə, xalqımıza xas olan keyfiyyətlərin təbliği, hüquqi və mədəni maarifləndirmə, sağlam həyat tərzinin təbliği kimi istiqamətlər   üzrə həyata keçirilir.  Bu gün hansı sahəyə diqqət yetirsək könüllülərin fəaliyyətini görərik. Məhz bu fəaliyyəti nəzərə alaraq, eyni zamanda,  gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə  2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edildi.  Sənəddə də qeyd olunduğu kimi,  könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Artıq Azərbaycanda  könüllülük bir çox fəaliyyət sferalarına  nüfuz etməklə ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsini, ictimai həyatın müxtəlif sahələrini, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib.

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda könüllülər hərəkatı  “ASAN xidmət”dən başlayıb. O vaxta qədər könüllülər hərəkatı yox idi. Bu gün minlərlə könüllü ölkəmizin müxtəlif sahələrində çalışır,  dövlətə xeyir gətirir.  Bu, gənclərimizin istedadını, biliklərini aşkara çıxarmaqla yanaşı, kadr hazırlığı üçün də çox önəmlidir. “ASAN xidmət”lərdə təlim keçmiş, yaxud da ki, işləmiş gənclərimiz artıq həyata da vəsiqə alır, bilikli kadrlar kimi onlara inam artır,  onları işə götürənlər əmin olurlar ki, dürüstlük, keyfiyyət, biliklər və mədəni xidmət olacaq.  Bir sözlə, bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurlarının təminatçısıdır.

Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verirlər.  Ölkəmizdə “Evrovision” mahnı müsabiqəsi, ilk Avropa Oyunları,  Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində könüllülərimizin rolu inkaredilməzdir.

Bu gün də, yəni dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi  bir zamanda  könüllülərin fəallığı diqqətdən kənarda qalmır. Pandemiyanın insanların sağlamlığına, hər bir ölkənin iqtisadiyyatına böyük zərbələr vurduğu göz önündədir. Bu bəla öncə hər kəsdən  birlik, həmrəylik çağırışlarına dəstək olmağı tələb etdi. Buna görə də özünütəcrid qaydaları daha da aktuallaşdı, evdə qalıb sağlamlığımıza, böyüklərimizə, ətrafımızdakı insanlara, döğmalarımıza dəstək olmaq günümüzün əsas tələbinə çevrildi. Tətbiq olunan karantin qaydalarında böyüklərimizə hörmətdən irəli gələn yaşı 65-dən yuxarı vətəndaşların evdə olmasına duyulan ehtiyac da könüllülərimizin fəaliyyətinə işıq saldı. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə yanaşı, könüllülərimiz də  yaşı 65-dən yuxarı olan tənha  yaşlılara kömək olmağı, onlara sosial xidmət göstərməyi, qayğılarını çəkməyi özlərinin vətəndaşlıq borcu hesab edərək bu missiyanı yerinə yetirməkdən xoş əhval- ruhiyyəduyurlar. Təbii ki, bu kimi addımlar gənclərin milli-mənəvi dəyərlərə bağlılığına  öz müsbət təsirini göstərir. Böyüklərə hörmət və diqqət, onların qayğıları ilə yaşamaq, bu kateqoriyadan olan insanlara lazım olan dəstəyi göstərmək milli-mənəvi dəyərlərimizin əsas tərkib hissələridir. Həmin qayğıya mərhəməti, sədaqəti, xeyirxahlığı da əlavə etsək, bu ali keyfiyyətlərin fonunda koronavirus kimi bəladan uğurla çıxacağımızı əminliklə qeyd edə bilərik. Çünki birliyin, həmrəyliyin, vətəndaş məmnunluğunun yüksək səviyyədə olduğu bir ölkədə hansısa çətinlikdən, problemdən, yaxud onların həllinin mümkünsüzlüyündən danışmaq qeyri-mümkündür. “Biz, azərbaycanlılar həmişə  böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla  qorumuşuq. Əminəm ki,  üzləşdiyimiz bu vəziyyətdə  biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir” söyləyən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun  prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu əminliyi də ifadə edir ki,  müdrik xalqımızın ən gözəl xüsusiyyətləri- ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və  məhəbbət sayəsində  biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik.

Koronavirus xəstələrinin müalicəsində də  könüllülərin əməyi danılmazdır  və  dövlət tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin  18 mart 2020-ci il tarixli «Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında»  Sərəncamı deyilənlərin bariz nümunəsidir. Həmin sənədə əsasən  tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə  maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə edildi. Həmin Sərəncamda bu mühüm bənd də öz əksini tapmışdır ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtləri  müəyyənləşdirilsin. Ölkə Prezidentinin bu tapşırığına uyğun olaraq  Baş Nazir Əli Əsədovun «Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə» Qərarında  onlara  2020-ci il aprel 1-dən aylıq 250 manat məbləğində mükafat nəzərdə tutuldu.  Möhtərəm Prezidentimizin fikirlərinə istinad etsək,  onların   əsas motivasiyası bu, deyil.  Əsas odur ki,  hər kəs öz  borcunu yerinə yetirmək istəyir.

Bir əsas məqamı da qeyd etməliyəm ki, dövlətimizin başçısı  İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çağırışlarına cavab olaraq, koronavirus  infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə yaradılan  Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi bu qısa müddətdə fəaliyyət istiqamətini genişləndirməklə davamlı uğurlara öz töhfəsini vermişdir. Ətrafında birləşdirdiyi  “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, "BİR Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü Gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, habelə “Gənc Könüllülər” Hərəkatı və sair  təşkilatların,  hərəkatların təmsilçiləri ölkəmizdə koronavirus infeksiyasının yayılması ilə mübarizə sahəsində dövlətimiz tərəfindən atılmış qabaqlayıcı və preventiv xarakterli təcrid addımlarını yüksək qiymətləndirərək, bütün dünyanı bürümüş bu bəla ilə təkbaşına mübarizə aparmağın mümkün olmadığı, dövlət başçısının qeyd etdiyi kimi, xalq-iqtidar birliyinin, milli həmrəyliyin zəruri olduğu, bunu əməli müstəvidə nümayiş etdirmək məqsədilə könüllü təşkilatlarının da bu prosesdə aktiv iştirak etmələrinin vacibliyini vurğulamışdılar. Mərkəz məqsəd və məramına uyğun olaraq  sosial mediada genişmiqyaslı müxtəlif təyinatlı maarifləndirmə kampaniyalarını fəal şəkildə aparır,  ictimaiyyəti görülən işlər, həmçinin pandemiyanın yaratdığı  fəsadlarla bağlı məlumatlandırır, günümüzün əsas tələblərinə çevrilən  şəxsi gigiyena və sosial təcrid qaydalarına  düzgün riayət olunmasının vacibliyini aşılayır, bununla əlaqədar müxtəlif virtual aksiya və fləşmoblar təşkil edir, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsi işində iştirak edir. Mərkəzin ətrafında birləşən hər bir  təşkilat, hərəkat bu əminliyi ifadə edir ki,  Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə könüllülərin qarşısında geniş imkan açan  2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi  koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında könüllülərin təşəbbüskarlığının, enerjisi və bacarıqlarının səfərbər olunmasına dövlət tərəfindən görülən işlərin faydalılığının artırılmasına müsbət təsir edəcək. Bu arzu və istəklə fəaliyyətə başlayan  Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi adında ehtiva etdiyi  missiyaya uyğun olaraq  könüllü təşkilatlar və hərəkatlar arasında əlaqələndirməni yüksək səviyyədə həyata keçirməklə  yerlərdə əhalinin həssas qrupları haqqında  vacib məlumatların toplanmasına, onlara zəruri sosial xidmətlərin göstərilməsinin dəstəklənməsinə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının qərar və tövsiyələri ilə bağlı ictimaiyyət arasında  maarifləndirmə işinin həyata keçirilməsinə, həmçinin könüllü təşkilatlarının fəaliyyəti ilə  müvafiq dövlət qurumlarının işinin əlaqələndirilməsinə və sair kimi məsələlələrə öz dəstəyini göstərməyə səy göstərir. Bir əsas məqamı da nəzərə alaq ki,  Mərkəzin işinin əlaqələndirilməsi  Gənclər Fondu tərəfindən həyata keçirilir.

Təbii ki,  uğurlu başlanğıc, eyni zamanda, məqsəd növbəti addımların, nəticələrin aydın mənzərəsini yaradır. Qısa müddətdə Mərkəzin  gördüyü işlərin statistikasına nəzər salsaqqarşıya qoyulan məqsədə nail olunacağına böyük əsaslar yarandığını açıq-aşkar görərik. Belə ki,  paytaxt və regionlarda  “Böyüklərimizi qoruyaq!” devizi altında tənha ahılların, aztəminatlı ailələrin,  şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin qonağı olan, onlara zəruri tələbat məhsullarından  ibarət  bağlamaları çatdıran, 28 şəhər və rayonu əhatə edən minə yaxın  könüllülərimiz  6254 ailəyə sevinc bəxş etmiş, onlara dəstək  olmuşdur.  Həmçinin  “Könüllü qonşu” aksiyası çərçivəsində 44 şəhər və rayonda könüllülər xüsusi elanlar vasitəsilə ehtiyacı  olanlar barədə məlumatın əldə olunmasına şərait yaratmışlar. Bir zəng əsasında ehtiyacı olanların köməyinə çatan könüllülərimiz vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər.  Həmçinin Azərbaycan Könüllülərinin ƏlaqələndirməMərkəzi  talassemiyadan  əziyyət çəkən insanlara kömək məqsədilə  Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü donor” aksiyasına start vermişdir. Bu nəcib aksiyada da könüllülərimiz  fəal iştirak edirlər.

Bu məqamı da xüsusi qeyd etmək istərdim ki,  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban  Əliyeva  xalqımızın hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması kimi gözəl xüsusiyyətlərini önə çəkərək irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına  könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulmasını bu nəcib keyfiyyətəlrimizə  bariz  nümunə kimi  qeyd etmişdir. Mehriban xanım Əliyeva belə bir  arzunu ifadə etmişdir: “Qoy, xoş əməllərin sayı artsın. Uca Tanrı sizi qorusun!”

Möhtərəm Prezidentimiz İlham Əliyevin pandemiyaya qarşı həyata keçirdiyi mübarizə tədbirləri ilə bağlı ölkə vətəndaşları tərəfindən dövlətimizin başçısına  ünvanlanan minnətdarlıq və təşəkkür məktublarında da könüllülərimizin  bu fikirlərinə rast gəlirik: “Cənab Prezident, biz gənclər daim Sizin siyasətinizi və islahatlarınızı dəstəkləyirik və daim yanınızdayıq. Ölkəmizdə könüllülük yeni mərhələyə qədəm qoyub və böyük potensiala malikdir. Gənclərimiz Sizin diqqət və qayğınız, yaratdığınız şərait əsasında bu potensial imkanlardan daha səmərəli istifadə edərək günbəgün güclənən, qüdrətlənən dövlətimizin yeni-yeni hədəflərə nail olmasına öz töhfəsini verməyə  səy göstərirlər.”

Göründüyü kimi, ölkə vətəndaşları arasında  dövlətimizin həyata keçirdiyi siyasətə dəstək, Azərbaycan Pespublikasının möhtərəm Prezidentinə inam və etimad yüksək səviyyədədir.  Şübhəsiz, bu  yüksək inam və etimad, dövlət-vətəndaş birliyinin möhkəmliyi fonunda  pandemiyaya qarşı mübarizədən də uğurla çıxacağıq. Eyni zamanda,  yeni iqtisadi və sosial inkişaf modeli əsasında Azərbaycanın davamlı inkişafı təmin ediləcək, bütün sferaları əhatə edən islahatlar yeni-yeni hədəflərin gerçəkləşməsini şərtləndirəcəkdir. Bir sözlə,  hər zaman olduğu kimi, pandemiya dövründə də dünyanı birləşdirən Azərbaycan ən yüksək zirvələri fəth edəcək.

Vüqar Rəhimzadə,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,
“İki sahil” qəzetinin baş redaktoru,
siyasi elmlər doktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ